Nəsimi DYPŞ-də Qara ƏLƏM parolu nədir ?
3-09-2020, 19:30
1 002

Nəsimi DYPŞ-də Qara ƏLƏM parolu nədir ?

Cənab nazir !
Daxili işlər orqanlarında qulluq edən şərəfli polis işçilərimizin ölkəmizin asayişinin qorunmasında, dövlətimizin sabitliyində xidmətləri danılmazdır. Təkcə br məsələni qeyd eləmək kifayət edər. Ki, məşhur filmin qəhrəmanı olan Kərbəlayi İsmayıl demişkən, Azərbaycanın “Topu-topxanası...”, Ordusu olmayanda Azərbaycan polisi canı-qanı bahasına vətəndaşlarımızı erməni vəhşilərindən qoruyublar. Ancaq DİN-in böyük bir qurumu olan Dövlət Yol Polisində uzun illərdir neqativ hallar qalmaqda davam edir. Yəqin mərhum Ulu Öndər Heydər Əliyevin müşavirələrdə DYP ilə bağlı dedikləri cəmiyyət üzvlərinin yadındadır. Hətta Milli Məclisin tribunasından dəfələrlə DYP-nin ünvanına sərt ittihamlar səslənib. Cənab nazir !
Heç bir pafosa yolvermədən, tam səmimiyyətlə qeyd etmək istəyirik ki, şəxsən Sizin rəhbərliyiniz altında DİN-in son bir ildə həyata keçirdiyi cəsarətli əməliyyatlar Azərbaycanın müstəqillik tarixində ən uğurlu əməliyyatlardan biridir. Son dövrlər DYP sistemində də ciddi addımlar atılır. Ancaq təəssüf ki, hələ də yol polisində “yol kəsənlik” edənlər də var. Bəzən yersiz olaraq qadın-qız-gəlin sürücüyə ilişirlər, tamah məqsədilə bunu edənlər də var, başqa məqsədlə də. Cənab Nazir ! Sizi şəxsən tanıyanlar da bilir ki, Siz milli dəyərlərə bağlı insansınız. Hamımızın qızı, bacısı, həyat yoldaşı sükan arxasında ola bilər. Bu bizim inkişafımızın nəticəsidir. Cənab Prezidentimiz 2003-cü ildə ölkə başçısı seçilərkən ilk çıxışında demişdir: “ Biz mağara psixologiyası, feodal təfəkkürü ilə heç nəyə nail ola bilmərik”. Cənab Nazir ! Az vaxtda gördüyünüz fundamental işlərə görə çox sağ olun. Ancaq media olaraq gördüyümüz rast gəldiyimiz problemləri də nəzərinizə çatdırmağı öz vətəndaş borcumuz hesab edirik. Sizin etimad göstərdiyiniz vəzifəli şəxslər arasında elələri var ki, vətəndaşları incidir, pul qazanmaq üçün hər yola baş vururlar. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayevin və onun sağ əli polis əməkdaşı Mərdanın əməlləri və hərəkətləri Sizin etimadınıza layiq deyil. Polis əməkdaşı olan Mərdan vətəndaşlarla 5(oo), yaxud əlinin 5 barmağını ƏLƏM kimi göstərir. Bu nə deməkdir ? Mayor Abdullayev DİN-in Səfalətinin qohumu olanda nə olar ? Məgər kiminsə qohumu DİN-də vəzifə daşıyırsa bu qanunları pozmağa əsas verir ? Cənab Nazir ! Bir media olaraq bizim əlimizdə çox məhdud imkanlar var. Yəni bizə daxil olan informasiyaları tam araşdırmaq üçün mütləq təhqiqat və istintaq orqanları bu məsələləri nəzarətə götürməlidir. Cənab Nazir! Biz istəyərdik ki, öyrədilmiş gənc oğlan sürücü tərəfindən təhdid edilən xanım sürücüyə kameranı və əlinin 4(00) barmağını göstərən və nəticə hasil olandan sonra gülərək xanım sürücünü yola salan Mərdandan soruşsunlar ki, niyə həmin cavan oğlanı polisə dəvət etmədiniz. Bu barədə soruşanda “O mənim xalam oğludur, sonra...” deyən Mərdandan xalası oğlunu xəbər alsınlar. Cənab Nazir ! Biz ümid edirik ki, belə neqativ hallara qarşı həlledici sözünüzü deyəcəksiniz. Məlumat üçün qeyd edək ki, Qara Abdullayev bundan öncə Abşeron DYPŞ-də baş inspektor vəzifəsində çalışıb.

Oxşar xəbərlər

Nəsimi DYPŞ-də Qara ƏLƏM parolu nədir ?
İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi
Tanınmış diplomat Daşqın Şikarov Mehriban Əliyevanı təbrik etdi
"Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlar" - deputat
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
Yeni Baş nazirdən ilk açıqlama
Əli Əhmədov: "Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub"
"AŞPA elə bil, erməni diasporalarının sifarişini yerinə yetirir"
“AXC-Müsavatın yaratdığı anarxiya Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı”
YAP-a dönük çıxan MƏMURLAR...
Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu
"Bütün proseslər göstərdi ki, Azərbaycan real və effektiv iş qurub"
Vilayət Eyvazov Balakişiyevi müstəntiq
“Ermənistan hücumu öncədən planlaşdırıb” - Ceyhun Bayramov
Hikmət Babaoğlu: "Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"
Milli mətbuatın yaranmasından 145 il ötür
Nazir DYP-nin rəisini işdən çıxardı - Yeni təyinat
“Xəyanətkar qüvvələrə Ermənistanın Xalq artisti fəxri adı verlisə, təəccüblənməyin”
Prezident açıqladı: Bundan sonra neft gəlirləri...
“Bəzi marginal qüvvələr hələ də destruktiv və məkrli siyasi xətlərini davam etdirməkdədir”
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
SOCAR-ın Prezidentin çıxışına absurd və gülməli cavabı: “Prezident İlham Əliyevin SOCAR-a ünvanlanan tənqidini “dəqiq və haqlı” sayırıq”...
Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Bu rayonun prokuroru vəzifəsindən azad edildi
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Nazir onu bu bölməyə rəis TƏYİN ETDİ