AXC-nin dövründə kafe müdirinin müavini necə nazir müavini oldusa, Mahir də eləcə deputat oldu…
Bu gün xırda araşdırma zamanı bəlli oldu ki, sən demə “manıs” sözü qaraçı sözü imiş…
Bəli, bizdə hazırda manıs deyəndə çal-çağır əhli, müğənni-zad başa düşülür.
Amma əslində, manıs sözünün arxasında böyük mətləblər dayanır.
Siyasətçi də, məmur da, partiya sədri də, rektor da, nazir də, hətta deputat da manıs ola bilər.
Söhbət Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadədən düşmüşkən…
Bu adam daş karxanasından parlamentə gəlmiş adamdır…
Vallahi, bütün dünyada, hətta ən geridə qalmış ölkələrdə deputat olmaq üçün uzun bir siyasi mübarizə yolu keçilir və sonda kimsə vətəndaşların səsini qazanaraq qanunverici orqanla xalqı təmsil edir.
Kimə desən ki, Mahir Abbaszadə daş karaxanasında işləyə-işləyə gəlib deputat olub….vallah dünya bizə gülər…
Bax, MANIS sözü bu məqamda yerinə düşür.
Yəni daş karxanasından gəlib deputat olmaq əslində MANIS olmaqdır.
Yeri gəlmişkən, bu məqamda bir məsələni xatırlayım.
Deməli, 1992-ci ildə AXC hakimiyyətə gələndə bir nəfəri nazir müavini qoymuşdular. Onun saxta sənədlərinə baxanda bəlli oldu ki, Göyçayda hansısa kənddə yol qırağında kafe müdirinin müavini olub.
O vaxtda biz soruşduq ki, kənddə kafe nədir, müdir mədir, hələ allah qoymasa müdir müavini nədir..?
O vaxt, ümumiyyətlə, kafe sözü yox idi…
Bəli, bu gün də həmin eybəcər hallar davam edir.
Bax, bunun adı MANIS-çılıqdır.
Və Mahir Abbaszadə də bu yolla gəlib deputat olub, həm də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur.
Görəsən Mahir Abbaszadə kimdir, nəçidir ki, buna 2 MÜHÜM VƏZİFƏ tapşırılıb..?
Bu adam həm on minlərlə seçicini parlamentdə təmsil edir, həm də 1 milyondan artıq məcburi köçkünlərin problemi ilə məşğul olur..
Bunun üçün bu adamın ƏQLİ imkanlarını bir kənara qoyaq, FİZİKİ imkanları necə çatır..?
ƏQLİ sözünü boşuna işlətmədik ee…
Bir deputat ki, şəhid bulağının üstündə spirtli içki içib feyziyyab ola, ondan nə gözləyirsiniz…
Söhbət feyziyyabdan düşmüşkən, bu deputatın şair qardaşı Zahir Abbasın müğənni Nazpəri Dostəliyeva haqqında sosial şəbəkədə yazdıqlarını oxuyanda adam xəcalət çəkir.
Zahir Abbasın müğənniyə ithafən yazdığı şeiri “Yaralıyam, yarama məlhəmdir o gur səsin” cümləsi ilə başlayır.
Görəsən, deputatın qardaşının harası yaralanıb..?
Bəlkə ermənilərlə vuruşub..?
Laçın camaatının dediyinə görə, ümumiyyətlə, bu ailədən erməniyə bir daş atan olmayıb.
Erməniyə nə daş atmaq ee….
Sən demə cənab deputatımız “neqodnu” imiş…
Bu qardaşlar barəsində yayılan informasiyaları nəzərdən keçirəndə, adamın yadına görməmişin bir….məsəli düşür…
Təsəvvür edirsiniz, ölkə mediası Mahir Abbaszadənin qiymətli saatlarının nədən hazırlanmasını müzakirə edir..
Ağ və sarı qızıl, timsah naxışları, nə bilim briliyant qaşlar və s
Bunun bircə adı var: görməmişlik.
Ölkə mediası yazır ki, Mahir Abbaszadənin saatı 18 əyar qızıldan hazırlanıb, original "PATEK FİLİPPE" firmasının məhsuludur, su keçirməzdir, mexanik rejimlə işləyir, zərbəyə davamlı şüşəsi var və daha nələr…
Ölkəmizin qarşısında bu qədər problemlərin dayandığı bir vaxtda Mahir Abbaszadənin saatını müzakirə etmək….
Heç kimə sirr deyil ki, Mahir Abbaszadəni atası, babası maldarlıqla, mal-qara saxlamaqla məşğul olub, yəni bunlar dədə-babadan maldar olublar.
Maldarın qolunda 3 milyon dəyərində saat, vallahi, gülməlidir…
Bu hələ harasıdır..?
Mahir Abbaszadə həyat yoldaşına ad günündə bağışladığı….hədiyyə ölkə mətbuatının manşetinə çevrildi….
Bu adam o dərəcədə milyonçuya çevrilib ki, 14 iyun 2021-ci il tarixdə həyat yoldaşına keçirdiyi möhtəşəm ad günündə ( 42 yaş ) xanımına 420000 yevro dəyəri olan hədiyyə bağışlayıb.
Təkcə bu fakt “Qaçqınkom”dakı rüşvətin və korrupsiyanın miqyasını göstərir.
Biz kiminsə həyat yoldaşına nə hədiyyə etməsini müzakirə etmirik. Amma dövlətdən maaş alan və keçmişi maldar olan bu adam bu boyda vəsaiti, milyonlarla pulu haradan əldə edib..?
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri, deputat Mahir Abbaszadə qaçqınlara dövlət tərəfindən ayrılan pulların hesabına milyonçuya çevrilib.
Məcburi köçkünlər üçün tikilən mənzillərin, qaçqın şəhərçiklərindəki obyektlərin pulla satılması, qaçqınlar üçün tikilən qəsəbələrə, şəhərciklərə ayrılan 100 milyonların öz yaxınlarına tender vasitəsilə verilməsi böyük cinayət əməlidir.
Necə deyirlər, divin canı şüşədə olan kimi Mahir Abbaszadə kimilərin davamlılığı da bir yoxlamaya bənddir.
Bəli, Maliyyə Nazirliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, daha doğrusu, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda ciddi bir yoxlama aparsa, Mahir Abbaszadənin harada olacağı bəllidir.
Çox təəssüf ki, neçə illərdir ki, nə Maliyyə Nazirliyi, nə də Hesablama Palatası komitədə normal bir yoxlama aparıb həqiqəti üzə çıxartmaq istəmir.
Məlumdur ki, son illər Maliyyə Nazirliyi bir çox dövlət qurumlarında operativ, illik yoxlamalar aparsa da, nəsə “Qaçqınkom”da, Fondda yoxlama aparmaq istəmir.
Görünür, buna görə də Mahir Abbaszadə kimilər özlərinə çox arxayın olub, milyonlarla dövlət vəsaitini dağıdırlar.
Amma geci-tezi var. Bir gün bütün bunlara görə, cavab verməli olacaqsınız, cənab deputat..?
Ardı var...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qaraçıların “manıs” sözü və Mahir Abbaszadə… - Deputatın şair qardaşının harası yaralanıb…?
06
iyun
06:55

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Mahir Abbaszadə kimdir ki, ona 2 MÜHÜM vəzifə verilib ? - Deputatın şair qardaşı Nazpərini vəsf edir, özü isə…
Deputat Mahir Abbaszadədən 4 saat gözlətdiyi seçicisinə HÖRMƏTSİZLİK: "Övladımın ölümü ilə bağlı..." (FOTO)
Deputat Mahir Abbaszadənin qardaşından Nazpəriyə TƏRİF: "Oxu Nazpərim oxu" (FOTO)
Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saatları - FOTOLAR
Özünü prezidentliyə namizəd kimi aparan deputat Mahir Abbaszadə (FOTO)
Daş karxanasından Milli Məclisə gələn Mahir Abbaszadə... - Mahir Abbaszadənin qolundakı saata 3 ev, 5 maşın almaq olar…
300 minlik saat taxan deputat Mahir Abbaszadənin BİABIRÇI FOTOSU yayıldı - Milli Məclisdə "Şəpik"lə
Elman Nəsirov: "Deputat" sözü "millət vəkili" sözü ilə əvəz edilməlidir"
300 minlik saat taxan deputat Mahir Abbaszadənin BİABIRÇI FOTOSU yayıldı - Milli Məclisdə "Şəpik"lə
Həbs olunan Eldəniz Səlimovla deputat Mahir Abbaszadənin bu görüntüsü diqqət çəkdi (FOTOLAR)
MAHİR ABBASZADƏ QAÇQINKOMA SƏDR KEÇMƏYƏ HAZIRLAŞIR-RÖVŞƏN RZAYEV YOLA SALINIR?-ŞOK VİDEO
Şəhidlərə hörmətsizlik edən DEPUTAT Mahir Abbaszadənin MANDATI əlindən alınır ?
Maliyyə nazirliyi “Qaçqınkom”da yoxlamalara başladı. - Rövşən Rzayev, Mahir Abbaszadə və digər vəzifəli şəxslər həbs oluna bilər...
“Qaçqınkom”da yoxlamalar aparılmalıdır... - Əsgərliyə çağrılanda “neqodnı”, deputat seçiləndə “qodnı” olan Mahir Abbaszadə...
“Kimliyindən asılı olmayaraq hər bir kəs karantin qaydalarına əməl etməlidir” – Mahir Abbaszadə
Şəhid bulağında kef məclisi quran deputat Mahir Abbaszadənin sərvəti...- “Qaçqınfondu”nun direktoru Mahir Abbaszadəni HƏBSƏ APARAN YOL...
Deputat belə DAĞIDIR... - SƏNƏDLƏR
Bərdədə vətəndaşlar faciə yaşayanda deputat təmtaraqlı ad günü keçirib-FOTO
Deputat Mahir Abbaszadənin bir fotosuna baxarkən… - Bir ağılın budağından sallanıb, Neçə-neçə ağlıdayaz yaşayır…
Qaçqınların pulu ilə troll saxlayırsan, deputat Mahir Abbaszadə ?- Hesablama palatası “Qaçqınkom”un və Fondun fəaliyyətini niyə yoxlamır ?
Deputat Mahir Aslanovla Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun şərikli biznesi… - Deputatın özünün, oğlanlarının və bacısının biznes səltənəti….
Deputat Mahir Aslanov Naftalanı zəbt edib ? - Naftalanın deputatı seçiciləri saymır?...
Rövşən Rzayev minlərlə qaçqını dövlətdən narazı salır…- Qaçqınkomda HƏBSLƏR GÖZLƏNİLİR…
Laçının deputatı ilə bağlı şok iddia... - FOTO
QAÇQINKOMDA 2 SƏDR FAKTORU-SƏDR RÖVŞƏN RZAYEVDİR YOXSA MAHİR ABBASZADƏ
Mahir Emrelinin “Dinamo”da hansı mövqedə oynayacağı bəlli oldu
Maliyyə Nazirliyi “Qaçqınkom”da apardığı yoxlamanın nəticəsini Korrupsiya İdarəsinə göndərdi.- Rövşən Rzayev, Mahir Abbaszadə, Səbuhi Əhmədovu HƏBS gözləyir...
Deputat Sahil Babayevi Parlamentə ÇAĞIRDI
Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
"Deputat olmaq böyük şərəfdir" - Sahibə Qafarova
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Misirdə akula turist qadını parçaladı - Video
- "Toyuma 1 həftə qalmış nişanlım küçədə məni döydü" - Məlahət Abbasova
- Britniyə görə Co Baydenlə görüşdən imtina etdi Ətraflı
- Bakıda pasiyent burun əməliyyatı zamanı ÖLDÜ
- Mixail Qorbaçov xəstəxanada yaşayır, yaddaşını itirib
- Zaur efirlə sağollaşdı
- Xəyanət edən məşhurlar: Siyahıda kimlər var?
- Rasim Balayev: “Qız gəlin gedəndə bilirdi ki...“
- "Kurtlar vadisi"nin "Tuncay"ı vəfat etdi
- Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
- Kiyev vilayətində düşmən raketi vuruldu - Kuleba
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- ÜST: “Avropada meymunçiçəyinə yoluxanların sayı son iki həftədə üç dəfə artıb”
- Təhsil Nazirliyi ziyalıları QƏSDƏN NARAZI SALIR?.. - İTTİHAM
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı