Müasir dünyanın dili ilə danışmağı bacaran İlham Əliyev və  MAĞARA LİDERİ Paşinyan
23-09-2020, 14:06
850

Müasir dünyanın dili ilə danışmağı bacaran İlham Əliyev və MAĞARA LİDERİ Paşinyan

Ali Baş Komandan İlham Əliyev son sözünü dedi:
Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün hərbi yola əl atmaqdan başqa çarəsi qalmır
Məlumdur ki, Ermənistanın rəhbərliyinin son 1 ildə özünü aparması, Dağlıq Qarabağda Yallı getməsi, Paşinyanın arvadının erməni arvadlara Qarabağda hərbi təlim keçməsi, Paşinyanın Qarabağ Ermənistanındır deməsi və s  onu göstərdi ki, Ermənistanın barış siyasəti yoxdur. 
Cənab İlham Əliyevi yaxından tanıyanlar bilir ki, cənab Prezident ən ziddiyyətli-anti qütbləri barışdırmağı, birgə əməkdaşlığı, humanist və bəşəri dəyərləri, sülhü, müasir dünyanın qəbul etdiyi qaydaları qəbul edən liderdir. Yəni MAĞARA LİDERİ Paşinyandan fərqli olaraq cənab İlham Əliyev müasir dünyanın dili ilə danışmağı bacarır. Paşinyan isə dünya dilində ''kitayski'' danışır. Bütün bunlar sonda cənab İlham Əliyevi SON SÖZ deməyə məcbur etdi. İlham Əliyevi yaxından tanıyanlar bilir ki, heç vaxt HÖKM ritorikasında danışmır. Həmişə BARIŞ  üçün ayaq yeri  saxlayır. 
Amma… Son məqamda hamı bilir ki, cənab İlham Əliyevi öz qərarından döndərmək mümkün deyil. 
Və Cənab Prezidentin son çıxışına diqqət edək: 

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclas keçirilib. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. İclasda həm Qoşulmama Hərəkatının sədri kimi, həm də Azərbaycan Prezidenti kimi çıxış edən İlham Əliyev xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə diqqət çəkib. Ölkə başçısı bildirib ki, Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. İlham Əliyev həmçinin işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələrin məhv olunmasına, mülki əhalini hədəfə alınmasına diqqəti çəkib. “Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir”, - deyə İlham Əliyev vurğulayıb. Ermənistanın bu addımları Azərbaycan üçün hərbi əməliyyatları zərurətə çevirir. Bir halda ki, rəsmi İrəvan təxribatlarından əl çəkmir, “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini mənasız diskursa çevirir o zaman Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün hərbi yola əl atmaqdan başqa çarəsi qalmır. 
Bəli, Azərbaycanın başqa çarəsi qalmır. Prezidentin son çıxışlarındakı sərt forma artıq çox mətləbdən xəbər verir. Türkiyənin son ciddi dəstəyi və Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlunun “Ermənistan ağlını başına yığsın” müraciəti və Müdafiə Nazirliyimizin son hərbi təlimləri ondan xəbər verir ki, artıq müharibənin qoxusu hiss olunur. 
Ermənilər isə təşvişə düşüb.

''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)

Oxşar xəbərlər

Bu, Ermənistanın dövlət siyasətidir - İlham Əliyev
Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"
“Qarabağın mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz”
İlham Əliyev yeni baş prokuroru videoformatda qəbul etdi - FOTO
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
İlham Əliyev Paşinyanla görüşdü: Qarabağ müzakirəsi...
Ermənistana "müharibə" əmri verilib — Azərbaycan terrorçularla savaşacaq
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
"AŞPA elə bil, erməni diasporalarının sifarişini yerinə yetirir"
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Əliyev Paşinyanı darmadağın etdi: Nikol yalana əl atdı
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirini təbrik etdi
"Ermənistanla heç bir danışıq olmayacaq" - deputat
Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?
“Bir mayor və iki erməni əsgərini öldürmüşəm” Qazimizdən ölkə başçısına müraciət + VİDEO
"Otur aşağı...səndən general olmaz"  cənab Xəqani Cəbrayılov-Xəqani Cəbrayılov yoxsa Cəbrayıl Xəqaniyev?-VİDEO
İlham Əliyev əfqanıstanlı həmkarına məktub göndərdi
“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək”
Prezidentdən xəbərdarlıq:İşləyə bilməyənlərə qapı açıqdır
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq
İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul etdi
Deputatlar səfərbərliyə hazırdımı... - Özləri danışır...
Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsin
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
Bahar Muradova: "Ermənistan rəhbərliyi Njdeyə heykəl qoymaqla dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur"