Suqovuşan təmizlənir…
30-11-2020, 10:31
104

Suqovuşan təmizlənir…

26-29 noyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 49 (qırx doqquz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 4 (dörd) müraciət daxil olub.
ANAMA-dan verilən məlumata görə, daxil olmuş 53 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 47 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 48 ədəd tank əleyhinə mina, 59 ədəd piyada əleyhinə mina, 5 ədəd tank əleyhinə minanın partladıcısı və 42 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatı davam edir, 76 ədəd tank əleyhinə mina, 118 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə minanın partladıcısı, 6 ədəd partlamamış hərbi sursat (PHS) (cəmi: 206 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Agentliyin partlayış qrupu tərəfindən 64 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Oxşar xəbərlər

Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib
Ermənistan ordusunun 10 rayonumuzun kəndlərinə atdığı partlamamış mərmilər zərərsizləşdirilib
Düşmənlə təmas xəttində raket və mərmi qalıqları aşkarlanıb
Cəbhəboyu ərazilərdə mərmi, dron və bir sıra sursatlar zərərsizləşdirildi - FOTO
Düşmənin rayonlarımıza atdığı fosforlu top və raket mərmiləri zərərsizləşdirilib
Cəbhəboyu ərazilərdə raket və top mərmiləri AŞKARLANDI - FOTO
Dəniz kənarından 2 ədəd mina tapıldı
Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto
Bakıda mərmi aşkarlanıb - Foto
Gəncədə iki top mərmisi tapıldı
Goranboyda xeyli sayda silah-sursat tapıldı
Ermənistandan Azərbaycana 13 ballistik “Skad” raketi atılıb
Ağdam yolu minalardan təmizlənir - FOTO
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşdü
"Bandotdel" əməliyyat keçirdi - SAXLANILANLAR VAR
Ordumuzun bu gecə məhv etdiyi düşmən texnikaları - SİYAHI
Bakıda qəbiristanlıqdan qumbara tapıldı
Ağdam və Ağcabədinin minalardan təmizlənməsinə başlanıldı
Ermənilərin daha 6 tankı ələ keçirildi - RƏSMİ
Ordumuzun Ermənistana vurduğu ziyan - SİYAHI
Ağdam minaların qənimi “Bozena-5”lə təmizlənir - Özəllikləri (VİDEO)
Son 24 saatda düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Sərhəddən tapança keçirmək istədilər - FOTO
Xızıda sürücü polisləri silahla hədələdi
Bakıda uşaq bağçasından 24 min manatlıq oğurluq edildi
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəkidə əməliyyat keçirib
Polisdən daha bir uğurlu əməliyyat - FOTO
DSX və DİN-dən birgə ƏMƏLİYYAT
Düşmənin gün ərzində itirdiyi döyüş texnikasının SİYAHISI
Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb