Tanınmış gitaraçı Nofəl Süleymanovu ölümü ilə bağlı oğlunun məhkəməsi başlayır
30-11-2020, 12:18
93

Tanınmış gitaraçı Nofəl Süleymanovu ölümü ilə bağlı oğlunun məhkəməsi başlayır

Tanınmış gitaraçı Nofəl Süleymanovu ehtiyatsızlıqdan öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlu Şövqü Süleymanov barəsindəki cinayət işinin istintaqı başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rauf Əhmədovun icraatına verilib.

Qeyd edək ki, Nizami rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Nizami rayon prokurorluğu tərəfindən Ş.Süleymanov barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham olunur.

Oxşar xəbərlər

Bilmədən atasını öldürən Şövqü haqqında maraqlı detallar məlum oldu - FOTO
Nofəl Süleymanlının güllələnməsi ilə bağlı cinayət işi açıldı
Mərhum Nofəl Süleymanlının oğlu haqda qərar verildi
Şövqü Süleymanova hansı yüngülləşdirici cəza verilə bilər?
Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? – SENSASİON İDDİA
Nofəl Süleymanov dəfn edildi - Video
"Oğluna deyib ki, tüfəngi gətir..." — Mikayıl məşhur gitara ifaçısının ÖLÜMÜNDƏN DANIŞDI
Dövlətə xəyanətdə təqsirləndirilən ər-arvadın məhkəməsi başlayır
Oğlu tərəfindən öldürülən Nofəl Süleymanovun son görüntüləri - Video
"Lotu Quli"nin yaxın adamının məhkəməsi başlayır - Foto
Tanınmış azərbaycanlı musiqiçini oğlu öldürüb (Yenilənib)
Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
Azərbaycanda dörd qadın birləşib, kişinin evini soydu
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Elvin İsayevin məhkəməsi başlayır
Turizm şirkətinin rəhbəri sabiq polis rəisini ALDATDI
Metroda maskaya görə insident törədənlərin məhkəməsi başlayır
Bakıda qardaşı arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır
Tanınmış azərbaycanlı musiqiçi vəfat etdi
Bakıda maşın piyadanı vurub öldürdü
Abşeronda rüşvət alan məmurların məhkəməsi başlayır
“Azərtoxum” MMC-nin direktorunun bıçaqlanması işi üzrə məhkəmə başlayır
Usta hündürmərtəbəli binadan yıxılıb öldü
Sabiq icra başçısının oğlu məhkəmə qarşısında
Bərdədə ana-bacısını öldürən şəxslə bağlı – Yeni xəbər
Bakıda qadın qızını yoldan çıxaran kişini bıçaqladı - MƏHKƏMƏ
Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Bakıda silahlı quldur dəstə yaxalandı
Kişi müəllim arvadına dəhşət yaşatdı — Ağdaşda ŞOK OLAY