Mütəxəssis Mari Ellen Sabat diabet xəstələri üçün ən yaxşı qəlyanaltıları açıqlayıb.
Xarici mətbuat xəbər verir ki, mütəxəssisin firkincə, yüksək proteinli, az karbohidratlı qəlyanaltılar diabet xəstələri üçün faydalıdır.
Onun sözlərinə görə, bu qəlyanaltılar şəkər səviyyəsini tarazlaşdırmağa və bədəni ümumi sağlamlıq üçün vacib qidalarla təmin etməyə kömək edə bilər:
“Qatıq, bərk qaynadılmış yumurta, badam və kəsmik kimi qidalar yüksək protein və aşağı karbohidrat tərkibinə görə əla seçimdir. Qaynadılmış yumurta zülal və sağlam yağlarla zəngin olan qidadır.
Badam sağlam yağlar, vitaminlər və minerallardan ibarətdir. Aşağı glisemik indeksə malikdir, yəni qan şəkərinin səviyyəsinə minimal təsir göstərir.
Kəsmik zülalla zəngin, az karbohidratlı və çox yönlü məhsuldur. Çəki nəzarətinə kömək etmək və toxluq hissini dəstəkləmək üçün böyük bir kalsium və probiyotik mənbəyidir”.