Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin – Video
1-12-2020, 09:48
154

Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin – Video

Ölkəmizdə koronavirusa yoluxma sayı 4 mindən çoxdur. Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi sonluqdan qaçmaq üçün mübarizə tədbirlərinin daha da sərtləşdirilməsini məsləhət görürlər.
Pandemiya ilə əlaqədar preventiv tədbirlər görülsə də, vətəndaşların qaydalara əməl etməsində müəyyən çatışmazlıqlar hələ də qalır.
Nəticədə virusun sirkulyasiyası yüksək olmaqda davam edir. Pulmonoloq Elzamin Sadıqov AZTV-yə deyib ki, hər hansı respirator xəstəliyin simptomu olan şəxs evi tərk etməməlidir: “Fərqi yoxdur ki, bu, COVID-19-dur, yoxsa yox. Gigiyena qaydalarına əməl edilməlidir. Xəstə ola-ola kollektivlərə getmək düzgün deyil”.
COVID-19-un bizə hələ də qalib gəlməsinin digər səbəbi isə özümüzü izolyasiya etməməyimizdir. Belə ki, evdə ailə üzvlərindən biri virusa yoluxubsa, deməli digər ailə üzvləri də izloyasiya edilməli və ətraf aləmlə təması sıfıra endirməlidir.
E.Sadıqovun sözlərinə görə, heç bir simptomu olmayan COVID-19 xəstəsi 50-60 faiz hallarda virusu yaya bilir.
Bəs çıxış yolu nədir? Mütəxəssislər əks-epidemik tədbirlərin gücləndirilməsini təklif edirlər.
Milli Məclisin deputatı Musa Quliyevin sözlərinə görə, karantin qaydaları sərtləşdirilməlidir: “İş yerlərində sürüşkən qrafikə keçilmə, yaxud məhdud sayda işçinin işə çıxması, onlayn iş rejiminə keçilməsi lazımdır.
18 yaşa kimi və 65 yaşdan yuxarı şəxslərin 2 həftə çölə çıxmasına qadağa qoyulmalıdır, cümə, şənbə və bazar günləri xüsusi qaydalar tətbiq olunsun. Bütün sahələrdə iş dayandırılsın”.
Yoluxma statistikası hər gün dəyişir. Mənfi tendensiya davam edir. Canımızı, bizə canımız qədər dəyərli olanları qoruyaq. Virusa elə özü kimi - düşmən kimi davranaq.

Oxşar xəbərlər

Gələn həftədən xəstələrin sayı artacaq - Gün ərzində 40-50 nəfərin ölməsi halı adiləşəcək
“Yoluxma iki dəfə artacaq” - ÜST rəsmisindən xəbərdarlıq
"Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır"
“Sosial məsuliyyətsizlik yoluxma sayını artırır“ - İnfeksionist
“İnfeksiyaya yoluxan bütöv ailələr var” - Həkimdən HƏYƏCAN təbili
Koronavirusun əsgərlərimizə gedib çatması riski çoxalr - Xəbərdarlıq
DİN vətəndaşlara xəbərdarlıq etdi - Video
Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
“Koronavirus təhlükə olaraq qalır”
“Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsizik” - İnfeksionist
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
“Göz karandaşı və dodaq boyası koronaya yoluxdurur” - XƏBƏRDARLIQ
“Hərarətim 38,7 dərəcəyə yüksələndə təlaşlanmağa başladım”
Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”
Yoluxma pik həddə: SMS icazə bərpa edilir?
Temperatur da artır, yoluxma da: İsti ölkədə qorxunc rəqəmlər
“Sadə xalqın üzərinə bu qədər getmək olmaz”
Məktəblərdə kütləvi tədbirlər QADAĞAN EDİLDİ
Virus Binqədidə niyə “tüğyan edir”? - Mərkəz direktoru da bilmir
Koronavirusun yeni və gözlənilməz simptomu ortaya çıxıb - FOTO
“Sərt karantin tətbiq edilib-edilməməsi hər birimizdən asılıdır” - deputat
Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır - Həkimdən XƏBƏRDARLIQ
Dəsrlər başladı, dərhal on minlərlə tələbə və müəllim koronavirusa yoluxdu - QORXUNC VƏZİYYƏT...
Antibiotiklərdən yalnız bu halda istifadə edilməlidir
Karantin sərtləşdirilsin, yoxsa? - Məşhurlar son günlərin ən vacib sualına cavab verir
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
“Sərt karantinə getmək lazımdır ki...” - İnfeksionist
Gündəlik yoluxma sayı 4 mini ötəcək - İnfeksionistdən HƏYƏCAN TƏBİLİ
Azərbaycanda yas mərasimlərinə məhdudiyyət tətbiq edilir?