“Laçın dəhlizində Azərbaycanın sərhəd qoşunları, gömrüyü durmalıdır”
1-12-2020, 10:32
175

“Laçın dəhlizində Azərbaycanın sərhəd qoşunları, gömrüyü durmalıdır”

“Ermənistan dövlət sərhədində Rusiya sülhməramlıları dayana bilməz, Azərbaycanın sərhəd qoşunları, Gömrük Komitəsi burada yerini almalıdır”.
Üçtərəfli razılaşmaya əsasən, bu gün Laçın rayonu boşaldılıb, Azərbaycana təhvil verilib. Amma razılaşmaya görə, bu rayonda Dağlıq Qarabağla Ermənistanın əlaqəsi üçün 5 km enində dəhliz olmalıdır. Dəhlizin də Laçın rayon mərkəzinə düşəcəyi gözlənilir…
Mövzu ilə bağlı “Turan” agentliyinə açıqlama verən Milli Məclisin sədr müavini Fəzail İbrahimli də deyib ki, qarşı tərəfin Laçın rayonundan çıxması Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli bəyanatında yer alır.
Onun fikrincə, həm də bu məsələdə “ağsaqqallığı” Rusiya öz üzərinə götürüb: “Burada baş verən hər hansı cüzi anlaşılmazlıq Rusiya tərəfinin ya özünün içindən gələ bilər, ya da ona qarşı hörmətsizlik olar. İndi Rusiya tərəfi bu işə hansı qəribə düşüncələrlə girişsə, özünü nüfuzdan salar, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirər”.
Sədr müavininin fikrincə, perspektivdə isə Azərbaycan-Ermənistan dövlət sərhədlərinin müəyyən olunması prosesi başlamalıdır.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə mövzu ilə bağlı “Azadlıq” radiosuna açıqlamasında dəhliz amili üzərində xüsusi dayanıb. Ekspert deyib ki, bu, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizdir, ona da razılaşmaya əsasən, Rusiya sülhməramlıları nəzarət etməlidir.
Ekspert qeyd edib ki, bu dəhliz Laçın rayon mərkəzinin, Zabux və Su kəndlərinin içindən keçir. Ekspertin fikrincə, buna görə də Azərbaycan qoşunları Laçın şəhərinə də getməlidir.
İ.İsmayıl hesab edir ki, digər ən vacib məsələ sərhədlərin müəyyən olunmasıdır. Onun vurğulamasına görə, Laçın dəhlizinin başlandığı yer Azərbaycan-Ermənistan dövlət sərhədinin başlanğıc nöqtəsidir: “Odur ki, burada ancaq Rusiya sülhməramlıları dayana bilməz. Azərbaycanın sərhəd qoşunları, Gömrük Komitəsi burada yerini almalıdır. Laçın əraziləri Azərbaycana tam təhvil verilir, amma köçürülmə müvəqqəti, ermənilər üçün yeni yol çəkilənə qədər dayanır, yeni yolun çəkilməsi də üç il çəkəcək”.
Laçın rayonu işğal edilənə qədər orada eyniadlı alayın komandiri olmuş Arif Paşa isə hesab edir ki, bu işdə də yubanma ola bilər.
A.Paşa deyib ki, Azərbaycan qalib tərəfdir. O hesab edir ki, dəhlizin yerini də Azərbaycan müəyyən etməlidir. 

Oxşar xəbərlər

Rusiyalı sülhməramlılar Laçın dəhlizində ilk postu qurdular - FOTO
Rusiya MN: Laçın dəhlizində minalardan təmizlənmə işləri aparılır
Ermənilər Laçından qaçır - BBC
Ermənilər Laçını tərk edir
Rusiya sülhməramlıları erməni tərəfində isterika yaradıb - Foto
Rusiya MN-dən Kəlbəcərlə bağlı AÇIQLAMA
Təslim olduğumuzu mətbuatdan öyrəndim - Ermənistan prezidenti
“Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir”
“BBC” Laçının son görüntülərini yaydı: Düşmən var-yoxlarını yandırdı- VİDEO
Ermənilər rus sülhməramlılara qarşı: Kim Putinə ümid edirsə...
Laçın azaddır - Ordumuz rayona daxil oldu
Laçın rayonunun yol nişanları hazırdır
Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Rusiya sülhməramlıları Laçın dəhlizini minalardan təmizləyir - Video
Lavrov: “Rusiya Qarabağa dair sözünün arxasındadır”
Rusiya XİN-dən Qarabağa dair YENİ AÇIQLAMA
Ermənilər Laçın yoluyla gedib-gəlməkdən qorxur - Azərbaycan ordusu 2 km-likdədir
Rusiya sülhməramlıları Qarabağa yola düşüblər
“Rusiya Xankəndiyə nəzarəti Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirir“ - Ekspert
Sülhməramlı qoşunlar ermənilərdəki silahları müsadirə edir
Laçın yolunu Ermənistanın özü bağlayıb - Hikmət Hacıyev
Rusiya XİN: “Status məsələsi çox həssasdır”
Söz sahibi təkcə Rusiya deyil, Türkiyə də həlledici mövqedədir - ŞƏRH
Laçın-Şuşa yoluyla Rusiyaya məxsus “Qrad” daşınır?
Qarabağda vəziyyətə nəzarət: Türk-rus Mərkəzi hansı işə baxacaq?
Putin: “Qarabağ üzrə razılaşmaya əməl edilir”
Hərbi ekspert: "Qarabağda hər hansı erməni bundan sonra...”
Laçın dəhlizindəki sülhməramlıların yeni VİDEOSU yayıldı
Rusiya sülhməramlıları Laçında erməni bayrağını çıxardılar
Ermənistanda “Laçın davası” qızışır