Aşıq Namiq məhkəməlik oldu - DİN-dən açıqlama
1-12-2020, 11:07
237

Aşıq Namiq məhkəməlik oldu - DİN-dən açıqlama

Televiziya kanallarının birində aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) Nərimanov polisinin ünvanına əsassız ittihamlar səsləndirib.
Bu barədə mətbuatın sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Namiq Hüseynovun səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir:
"Oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb.

İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə Namiq Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib.
Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin 7 noyabr tarixli qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib".

Oxşar xəbərlər

“Lotu Quli”nun varisi elan edildi...
DİN-də yüksək vəzifəyə TƏYİNAT
Məşhurları “öldürən“ tapıldı
Polis oğurluq edən 3 qardaşı saxlayıb
Ermənilər azərbaycanlı aktyoru “öldürdülər“
Vilayət Eyvazov polis rəisini yüksək vəzifəyə TƏYİN ETDİ
Lənkəranskinin qardaşı "Lotu Quli"nin ölümündən DANIŞDI
Gülnarə Rəhimovanın polis idarəsində təzyiqə məruz qalması əsassızdır - RƏSMİ
Bakıda sürücü yol polisinə rüşvət verib? - RƏSMİ + VİDEO
Yaralansa da, silahdaşlarını tək buraxmadı - VİDEO
Bakıda qızlar arasında kütləvi dava: “Üzr istə” deyə-deyə döydülər
İntihar edən Naidə İsayevanın atası və qardaşı ŞOK FAKTLAR AÇIQLADILAR
“Sizlər ölsəniz, heç nə olmaz“ - Tolik məşhurları “yıxdı-sürüdü“
“Lotu Quli”nin imperiyasının başına kiçik qardaşı keçdi
Əli Həsənovun yerinə sabiq səfir TƏYİN EDİLDİ
DİN: Balakəndə polisə müqavimət göstərməyə cəhd edən 4 nəfər saxlanılıb
Neftçalada qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olundu - YENİLƏNİB
Çeçen “qanuni oğru” “Lotu Quli”nin kriminal imperatorluğunu zor gücünə ələ keçirmək istəyir
Arvadının universitet müəllimləri ilə intim əlaqəsindən şübhələndi — Bakıda şok olay
Bakıda polis COVID-19 xəstəsini küçədə yaxaladı
Qazax sakinindən narkotik vasitə aşkar edilərək götürülüb
Bakıda xadimə işlədiyi evi "silib süpürdü"
"Qorotdel"də bu vəzifə LƏĞV OLUNDU
Vilayət Eyvazov bu polis polkovniklərinin YERİNİ DƏYİŞDİ
Lotu Qulinin qardaşı qanlı qarşıdurmanın qarşısını aldı - VİDEO
Videosu yayıldığı üçün işini itirən polislər... - FOTOLAR
Lotu Qulinin varisi: “adı” mübahisəli Bakinski kimdir?
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib