"Ermənistan hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir"
1-12-2020, 12:21
219

"Ermənistan hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir"

“Onu da bildirməliyəm ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib.
“Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox. Misal üçün, əgər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına baxsaq, orada daha çox hərbi hissələr yerləşirdi. Çünki orada bütün evlər, binalar mənfur düşmən tərəfindən dağıdılmışdı. Orada hərbçilər, onların ailə üzvləri yaşayırdı və çox az sayda mülki əhali yaşayırdı. Xaricdən gətirilən ermənilər oraya göndərilmirdi. Laçın rayonu isə artıq Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarətə alınmışdı və orada çox böyük məskunlaşma proqramı icra edilmişdi. Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır”, - Prezident bildirib.

Oxşar xəbərlər

"Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib" - Prezident
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
“Laçın dəhlizində Azərbaycanın sərhəd qoşunları, gömrüyü durmalıdır”
Laçın yolunu Ermənistanın özü bağlayıb - Hikmət Hacıyev
Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi
Laçında Azərbaycan Himni oxundu - VİDEO
Laçın rayonunun yol nişanları hazırdır
80 nəfər jurnalist Xankəndindən çıxa bilmir? - AÇIQLAMA
İşğalçı Ermənistan ordusu bu torpaqlarımızdan çıxır? – Erməni mətbuaatı yazır...
Bu kəndlər də işğaldan azad edildi - Prezident açıqladı
“BBC” Laçının son görüntülərini yaydı: Düşmən var-yoxlarını yandırdı- VİDEO
Rusiyalı sülhməramlılar Laçın dəhlizində ilk postu qurdular - FOTO
Laçında nə baş verir? – “Hər şeyi son günə buraxdın ki...”
Ordumuzun Laçın istiqamətində irəliləyişi nə yerdədir? - Polkovnik cavab verdi
Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Ermənilərin cəmi 1 YOLU QALDI: - Qarabağdan qaçmaq üçün...
Vətən müharibəsinin 1 ayı tamamlandı- Azad olunmuş kəndlərin TAM SİYAHISI
Laçının iqtisadi potensialı : Turizm, kənd təsərrüfatı, heyvandarlıq
Xocavənd, Xankəndi və Xocalı Azərbaycanın tərkibində qalır - Açıqlama
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib…”
44 günlük Qarabağ müharibəsi... – Qalib Azərbaycandır
Tezliklə Laçın rayonu haqqında xoş xəbərlər olacaq - ekspert
Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanıldı
“Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu” - Ali Baş Komandan
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Ermənistan bugünədək axıtdığı qanların cəzasını çəkdi - Bahçeli
“İşğalçını öz adı ilə çağırmaq istəmirdilər” – İlham Əliyev
Azad olunmuş ərazilərdə yol infrastrukturu bu cür olacaq
ATV Şuşa, Laçın və Kəlbəcərdə yayım üçün MTRŞ-yə müraciət etdi