“Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir”
1-12-2020, 13:43
223

“Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir”

“Burada konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. 
Dövlət başçısı bildirib ki, bu dəhliz tam təhlükəsiz olacaq: 
“Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni, bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz istəyirik ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Biz əməkdaşlığa hazırıq. Bu doqquzuncu bənddə göstərilən məsələlərin arasında bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünki bildiyiniz kimi, biz Bakı-Tbilisi-Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir bağlantıdır. Bu layihə də baş versə, - əminəm ki, baş verəcək, – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola bilər? Yox. Kimdir bunun təşəbbüskarı? Bizik. Kim bu bəndi buraya salıb? Mən. Bu gün - dekabrın 1-də biz bu işlərin artıq inkişafını görürük”. 

Oxşar xəbərlər

Naxçıvana iki dəhliz ola bilər - Prezident açıqladı
İlham Əliyev üçtərəfli bəyanatın detallarını açıqladı - İLK DƏFƏ
Naxçıvanı Azərbaycanla birləşdirəcək dəhliz haqda açıqlama
"Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib" - Prezident
“Laçın dəhlizində Azərbaycanın sərhəd qoşunları, gömrüyü durmalıdır”
Naxçıvan MSK-ya sədr seçildi
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb - Hikmət Hacıyev
Prezident Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollardan DANIŞDI
TRT: Naxçıvana birbaşa gedən yolun bərpası dekabrın 1-dən sonra başlanacaq
Ermənistan bugünədək axıtdığı qanların cəzasını çəkdi - Bahçeli
Pandemiya dövründə səfər etmək üçün MARAQLI TƏKLİF
Vasif Talıbov Naxçıvan Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olub
Qazaxın işğaldakı əraziləri bu tarixə qədər Azərbaycana təhvil veriləcək
Ermənilərin cəmi 1 YOLU QALDI: - Qarabağdan qaçmaq üçün...
Naxçıvanın blokadadan çıxması Azərbaycana nə vəd edir? - “Bakı-Naxçıvan-Türkiyə marşrutu ilə...”
"Ermənistan hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir"
Azərbaycanda nazir müavini işdən çıxarıldı
Dövlət başçısı: "Bəyanata müdaxilə etmək cəhdləri var"
"Faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü"
“Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu” - Ali Baş Komandan
“Xalq bu məlumatı məndən eşitsin…” – Prezident danışıqlardakı sirləri açdı
“Ermənistan təzminatı ödəyə bilməsə, öz ərazisindən torpaq verməlidir”
"Türkiyə bölgədə çox önəmli sabitləşdirici rol oynayır” - İlham Əliyev
“Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir”
"İndi nə oldu bu xəritələr? Cəhənnəmə getdi" - İlham Əliyev
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
“Bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər” - Azərbaycan Prezidenti
İran vətəndaşları üçün viza rüsumunun məbləği AZALDILDI
“Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir”
Milli Məclis Prezidentə və xalqa müraciət etdi - VİDEO (Yenilənib)