Bir yaşında ermənilərə əsir düşən qızın diplomatlara dediyi dəhşətli sözlər (FOTO)
1-12-2020, 19:23
34

Bir yaşında ermənilərə əsir düşən qızın diplomatlara dediyi dəhşətli sözlər (FOTO)

Laçın bu gün düz 28 illik əsirlikdən sonra erməni işğalından azad oldu. 

Ermənilər Laçının torpağı ilə bərabər insanlarını da yurd-yuvasından ayırdı, öldürdü, əsir götürdü. 

Qaynarinfo Laçın alınarkən bir yaşında əsir götürülən Nurlanə adlı qızın iki il əvvəl tədbirlərin birində iştirak edən səfir və xarici qonaqların qarşısında etdiyi çıxışı təqdim edir:

"Mən bu səhnəyə sinəsi suallarla dolu çıxmışam. Birinci sualım odur ki, mənim günahım nə idi? Tədbirdən əvvəl eşitdim ki, burada səfirlər var, xarici qonaqlar var. Sizin hər birinizin ata, ana, qardaş və bacınız var. Mən sizi görməsəm də, yəqin ki, indi siz məni görürsünüz. 

 Mənim sualımın cavabını verən zaman sizdən bir xahişim var: öz övladlarınızı mənim yerinə qoyun, mənə baxın və gözünüzün qarşısına övladlarınızı gətirin, sonra suala cavab verin. 

Mənim anamın günahı nə idi və anamın bətnindəki uşağın günahı nə idi? Mən heç bilmirəm ki, həmin uşaq mənim qardaşım idi, yoxsa bacım. Anam da bilmədi. Onların günahı nə idi?

20 ildir ki, məni işıq üzünə həsrət qoyublar. Bunu ermənilər etdi. Bunu Ermənistanın indiki prezidenti Serj Sarkisyan etdi. Mən bu səhnədən ona müraciət edirəm: 

- Sənin iki qızın var. Hər qızının bir gözünü mənə ver. Buna razısanmı? Bunu ona görə deyirəm ki, mənim gözlərimin nurunu sən almısan. Bəlkə də sən razı olarsan, çünki gözləri kor qoymaqla gəlib prezident olmusan. Amma mənim dilim desə də, ürəyim bunu demir. Mən sən deyiləm. Sənin qızlarının gözləri mənə lazım deyil. Mənim anamı qaytar! Qaytara bilərsənmi? Mənim nurumu qaytar! Qaytara bilərsənmi? Mənim xoşbəxt körpəliyimi qaytar! Qaytara bilərsənmi? Sən bunların heç birini qaytara bilməzsən. 

Və sizə bir sual vermək istəyirəm. Biz hamımız insanıq, siz də, mən də. Bəs məni bu günə qoyan, mənim anamı, dayılarımı əlimdən alan kimdir? Bunu insan edə bilərmi? Suallarım çoxdur, amma mənim bir istəyim var: Mən Laçınımı istəyirəm, mən Laçınsız yaşamaq istəmirəm, mən torpaqlarımızı istəyirəm, mən anamı istəyirəm, mən ana vətənimi istəyirəm. Bu gözlərlə yaşamağa razıyam, amma Laçınımda..." 

Qeyd edək ki, 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.


Oxşar xəbərlər

“Bu, mənim erməni xalqına sözümdür” - İlham Əliyev
“Bu gün atamın qəbri üstünə gedib yüksək səslə qışqırdım ki...” - Məhəbbət Kazımovun oğlu
Erməni hərbi əsir Paşinyanı SÖYDÜ - VİDEO
Övladlığa uşaq götürən məşhurlarımız
"Şuşa mənim qəlbim və nəfəsimdir"
Azərbaycanlı əsgər bronjiletsiz gəldi, silahı yerə qoydu və... - Erməni əsir (VİDEO)
"Mənim Azərbaycan pasportum yoxdur" - Xalq artisti Emin Ağalarov - VİDEO
Gömrükdəki limit vətəndaşı çətin duruma salır... - GİLEY
“Bir malım vardı, satıb anamı müalicə elətdirdik” + Video
Mənsum İbrahimov şəhid olan qardaşı oğlundan DANIŞDI: - “Dedi ki, ölsəm, heç kim ağlamasın“
Əlinin dərdi var, Əli xəstədir
İrşad Elektronics" mənim kimi müştəriləri aldadıb..." - GİLEY
Polşada erməni vəhşiliyi: Soydaşımızı öldürdükdən sonra meşədə asıblar – QANDONDURAN TƏFƏRRÜAT
Ramil Usubov Xocalıda keçirdiyi günlərdən DANIŞDI: - "Unudulmaz xatirələrim var..."
“Atam dedi ki, özünü öldür” - İntihar edən qızın mesajları sosial şəbəkədə gündəm oldu...
"Onun mənimlə nə düşmənçiliyi vardı ki, belə tapşırıq vermişdi” - Əli Həsənova sərt ittiham
Ermənistanda böyük aksiya: "Uşaqlarımızı Qarabağdan geri qaytarın”
Yaralı halda düşmənin cavabını verən Amin Musayevlə bağlı - AÇIQLAMA
“Moyes mənim üçün ata kimi idi”
Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"
Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”-dən reaksiya: "Mənim adımdan "keçmiş olsun" deyərsiniz"
Baş infeksionistdən Zaur Baxşəliyevin tənqidlərinə CAVAB: “Onun haqqında yüksək fikirdə idim”
“Manafın namusu namusumdur, qeyrəti qeyrətimdir”
Tofiq Yaqublu komaya düşə bilər
Görüntüləri yayılan əsir əsgərlərimizdən nə xəbər var?
İtkin düşmüş Xocalı sakini ilə bağlı videoçarx hazırlanıb - Video
“Ermənilər əsirlərimizə amansız davranıb, baş və ürəkdən güllələyiblər”
Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil... – “Azərbaycan məsələ qaldıracaq”
“Bu gün mənim yox, Ağdamın doğum günüdür“ - Əli Mirəliyev
“Yüzlərlə azərbaycanlı idmançı hazırdır, növbəmizi gözləyirik”