“Cəmiyyətdə bu virusa qarşı hələ də laqeydlik var“ - Mütəxəssis
1-12-2020, 21:42
134

“Cəmiyyətdə bu virusa qarşı hələ də laqeydlik var“ - Mütəxəssis

"Son vaxtlar müxtəlif rayon və şəhərlərdə COVİD-19 aşkarlanmış xəstələrin yaşayış yerini tərk etməsi halları barədə çox tez-tez məlumatlar alırıq. Bu faktlar onu göstərir ki, cəmiyyətdə bu virusa qarşı hələ də laqeydlik var, bir çox insanları infeksiyanın yayılma arealının getdikcə genişlənməsi, sutkalıq yoluxma sayının 4000-i ötməsi narahat etmir".
Bunu tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Belə hallara görə təəssüflənən mütəxəssis qeyd edib ki, COVİD-19 xəstələrinin yaşayış yerini tərk edərək insanlar arasına çıxması bu virusun daha çox yayılmasına səbəb olur:
“Təbii ki, küçəyə çıxan COVİD-19 xəstəsinin virusa yoluxmasından kimsə xəbərdar olmur. Onunla ünsiyyət saxlayan, eyni nəqliyyat vasitəsində onunla yol gedən insanlar həmin xəstə tərəfindən virusa yoluxurlar. Bir xəstə insan küçədə nə qədər çox insanla ünsiyyətdə olarsa, bir o qədər də çox insanı virusa yoluxdurar. Nəticədə belə məsuliyyətsiz xəstələrin sayəsində virusa yoluxmanın qeydə alınmadığı ailələrdə də xəstəlik baş verir. Nəzərə alaq ki, belə insanlar yalnız ünsiyyətdə olduğu şəxslərə virusu ötürmürlər. Onlar getdikləri məkanda, məsələn, daxil olduqları mağazada və s. yerlərdə da bu virusu yayırlar. Nəticədə xəstə həmin məkanı tərk etdikdən sonra oraya daxil olan şəxs də havada qalan viruslar hesabına bu virusa yoluxa bilir”.
Bu amilləri nəzərə alaraq, xəstə insanlara evdən çölə çıxmamağı tövsiyə edən Y.Abdiyeva əlavə edib ki, əslində, COVİD-19 xəstələrinin yaşayış yerini tərk etməsinə görə məsuliyyət nəzərdə tutulub. Hüquq-mühafizə orqanları belə xəstələri aşkarladıqca onlar barəsində tədbirlər görürlər. Lakin virusun olduqca geniş yayıldığı indiki məqamda COVİD-19 xəstələri inzibati məsuliyyətdən deyil, özlərinin daxili məsuliyyətindən çəkinərək və onu hiss edərək yaşayış yerini tərk etməməlidirlər:
“Sözsüz ki, olduqları məkanı tərk etmə xəstəxanada deyil, evdə müalicə edilən COVİD-19 xəstələri tərəfindən qeydə alınır. Lakin bu halların baş verməməsi üçün bütün xəstələrin xəstəxana şəraitində müalicə edilməsi də mümkünsüzdür. Gündəlik yoluxma sayı getdikcə artdığı üçün xəstəxanalarda stasionar müalicə alan xəstələrin sayı olduqca çoxalıb. Xəstəxanaların yükü də bu artıma dözməlidir”
Bu məsələdə ictimai qınağı vacib sayan Y.Abdiyeva qeyd edib ki, COVİD-19 xəstəsinin evi tərk etməsindən məlumatı olanlar bu barədə lazımi orqanlara xəbər verməlidir. (Trend)

Oxşar xəbərlər

Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR
Koronavirusun əsgərlərimizə gedib çatması riski çoxalr - Xəbərdarlıq
Gələn həftədən xəstələrin sayı artacaq - Gün ərzində 40-50 nəfərin ölməsi halı adiləşəcək
Koronavirusla bağlı SON STATİSTİKA
Rusiyada peyvənd vurulan 20 nəfər koronavirusa yoluxdu
Azərbaycanda yas mərasimlərinə məhdudiyyət tətbiq edilir?
Bakını tərk etmək istəyən koronavirus xəstəsi postda saxlanıldı
Qusarda COVID-19-a yoluxan şəxs saxlanıldı
Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin – Video
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
Balakəndə yaşayış yerini tərk edən COVİD-19 xəstələri saxlanılıb
Polis evi tərk edən koronavirus xəstəsini saxladı
Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb
Bu əlamətlər yaranarsa, koronavirusa görə yoxlanmaq vacibdir - Baş infeksionistdən XƏBƏRDARLIQ
Astarada koronavirus xəstəsi evdən çıxdı, polis saxladı
“Maskanın düzgün taxılmaması yoluxma sayını artıra bilər” - Akif Qurbanov
“Yoluxma halları daha çox yas mərasimlərində olur” - Vasif Əliyev
Azərbaycanda qadağalar geri qayıdır... — Bu iş yerləri bağlana bilər
Astarada yaşayış yerini tərk edərək mağazaya gedən koronavirus daşıyıcısı saxlanılıb
Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”
Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
Cəlilabadda evi tərk edən üç koronavirus xəstəsi saxlanıldı
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır - 16 nəfər ölüb
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək - RƏSMİ
Azərbaycanda neçə tibb işçisi koronavirusa yoluxub? - RƏSMİ
Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
3 koronavirus xəstəsi saxlanıldı