Putin Paşinyanı niyə devirmək istəyir? (ŞƏRH)
1-12-2020, 23:02
114

Putin Paşinyanı niyə devirmək istəyir? (ŞƏRH)

Siyasi böhranın yaşandığı Ermənistanın baş naziri Nikol Paşinyana növbəti zərbə Rusiyadan gəlib. Belə ki, Paşinyanın Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşünə nail olmaq mümkün olmayıb.

Paşinyan anons etmişdi ki, Rusiya rəhbərliyilə ikitərəfli münasibətlərə dair ciddi məsələləri, eləcə də regiondakı vəziyyəti müzakirə edəcək.

Müşahidəçilərin fikrincə, Ermənistan baş nazirinin Rusiya rəhbərliyi ilə görüşə nail olmaması Kremlin Paşinyan hökumətinə etimad göstərmədiyinin əyani sübutudur. Artıq Yerevanda Paşinyan hakimiyyətinə qarşı ciddi hərəkətlənmələr var. Ermənistan Prezidenti Armen Sarkisyan başda olmaqla müxalifət Paşinyan hakimiyyətini istefaya göndərməyə çalışır. 

Bu baxımdan Paşinyan da vəzifədən gedə biləcəyini ehtimal edir və özünə əvəz axtardığı deyilir. Noyabrın 27-də Yerevanın "Qraparak” qəzeti Paşinyanın hakimiyyəti Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana ötürməklə bağlı gizli danışıqları barədə məlumat yayıb. Anti-Paşinyan hərəkatının təşkilatçılarından biri olan Vanetsyan onun üçtərəfli Bəyanatı (Azərbaycan, Rusiya, Ermənistan) imzalamasını "satqınlıq” hesab edir, buna baxmayaraq, onun bütün bəndlərinin yerinə yetirilməsini zəruri sayır.

"Ermənistanın növbəti baş naziri iş təcrübəsi olan, başqa ölkələrin rəhbərləri və Rusiyanın siyasi dairələri ilə yaxşı münasibətləri olan insan olmalıdır”, - deyə Vanetsyan bildirib. O qeyd edib ki, yeni baş nazir Qarabağla bağlı üçtərəfli Bəyanatın mətninə Ermənistan üçün sərfəli olan bəndlər daxil etməlidir. 
Digər məlumatlara görə, noyabrın 27-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev  Ermənistanda Rusiya Regional Akademiyasının (KTMT-Aİİ) rəhbəri Artur Baqdasaryanla Moskvada görüş keçirib. Deyirlər ki, Moskva onun Paşinyanın vəzifəsinə namizədliyini nəzərdən keçirir.

Rusiya ilə Ermənistan hakimiyyətinin münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyini Qaynarinfo üçün şərh edən politoloq Xaqani Cəfərli hesab edir ki, Paşinyanı hakimiyyətdən devirmək asan olmayacaq: 

"Putin Paşinyanın hakimiyyətə gəliş tərzini, baş nazir olduğu vaxt həyata keçirdiyi tədbirlərdən narazı qalmışdı. Putin ümumiyyətlə, postsovet məkanında inqilab yolu ilə hakimiyyət dəyişikliyini Qərbin "rəngli inqilab" senarisi hesab edir. Buna görə Paşinyanın da Qərb tərəfindən hakimiyyətə gətirildiyin düşünür. Eyni zamanda Paşinyan Putinin şəxsi dostu, biznes ortağı Robert Köçəryanı həbs etdirdi. Putinin təkidli xahişlərinə baxmayaraq, bir müddət həbsdə saxladı.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi erməni əsilli general Yuri Xaçaturovu həbs etdirməklə bu təşkilatın imicini zədələdi. Putin bütün bunları Paşinyana bağışlaya bilmir. İndi əlinə çox yaxşı fürsət keçib ki, Paşinyanı hakimiyyətdən devirsin. Amma bu, çox da asan deyil. Paşinyan parlamentə və hökumətə nəzarət edir. O, Ermənistan cəmiyyətindəki əvvəlki dəstəyini itirsə də, müəyyən imkanlara hələ də sahibdir. Ona görə Paşinyanı hakimiyyətdən devirmək asan deyil. Eyni zamanda Paşinyanın Qərbdə hələ dəstəyi var. Hadisələrin necə inkişaf edəcəyini demək çətindir. Ancaq Rusiya üçün də öz adamını Ermənistanda hakimiyyətə gətirmək asan olmayacaq”.

Oxşar xəbərlər

Moskvada Paşinyana əvəz axtarırlar: Nikol Kremlin bütün şərtlərinə hazırdır
Ermənistan müxalifətindən prezidentə xəbərdarlıq
Paşinyan bu dəfə Putinə məktub yazdı
Putin Paşinyanı niyə rədd etdi? – Sarkisyanın Moskva səfərinin pərdəarxası
“Paşinyan qorxu içində yaşayır” - Artur Vanetsyan
Paşinyan bunkerdə gizlənir, ailəsi isə...
Paşinyan tapıldı
Razılaşmanın bəndlərinin dəyişdirilməsi mümkün deyil - Paşinyan
Bu gün Ermənistanda Paşinyanın istefa tələbi ilə yürüş keçiriləcək
Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına Reaksiya
Paşinyan hər gün Putinin zəhləsini tökür - Ermənilər AÇIQLADI
Təslim olduğumuzu mətbuatdan öyrəndim - Ermənistan prezidenti
Yerevanla Moskva arasında yeni Qarabağ müzakirəsi - Paşinyan bir saatda iki dəfə Putinə zəng edib
Paşinyan daha bir vəzifəli şəxsi işindən azad edib
“Paşinyan üçün “möcüzə” Rusiya desantlarının...” – Rus ekspert
Nikol Paşinyan yaşadığı mənzili satır
Nikol Paşinyan bitib…
Əliyev tələb etsə, Paşinyan bunu ödəməlidir - Ovannisyan
Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir
“Paşinyan artıq siyasi meyitdir“ - Politoloq
Paşinyan kömək istədi, Rusiya "yox" dedi
Paşinyan canlı yayımda biabırçı məğlubiyyətin səbəbini izah edir
Paşinyan arvadını müdafiə etdi: “O da hardasa gizlənməli idi”
Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə
Moskvanın cavabı erməniləri pərt edib
Paşinyan yenə Putinə zəng etdi
Paşinyan daha bir yüksək vəzifəli məmuru işdən çıxardı
Paşinyan öz xalqını təhqir etdi: “Divar dibində ulayanlar…”
Paşinyan sazişi imzalamasının səbəbini AÇIQLADI: “Minlərlə hərbçimiz mühasirəyə düşəcəkdi”
Paşinyanın istefası tələb olunur: xəyanət edib