“Azərbaycan özünə sığışdırmaz ki, Azadlıq meydanını erməni hərbi əsirlərlə çirkləndirsin” - GƏLİŞMƏ
2-12-2020, 10:13
100

“Azərbaycan özünə sığışdırmaz ki, Azadlıq meydanını erməni hərbi əsirlərlə çirkləndirsin” - GƏLİŞMƏ

Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ardınca Qələbə paradı keçirməyi əlbəttə ki, haqq edir. Düz 27 il bu günü, bu şanlı-şərəfli tarixi gözləmişik. Niyə də indi Azadlıq meydanında - o əzəmətli yerdə Qarabağın azadlığını qeyd etməyək?!

“Yeni Müsavat”ın məlumatına görə, artıq Qələbə paradına hazırlıq gedir. Dünyaya səs salacaq parad bir çox fərqlilikləri ilə diqqət çəkəcək. Hətta düşməndən qənimət götürülən hərbi texnika nümayiş etdiriləcək. Prezident İlham Əliyev xalqa müraciətlərinin birində vurğulamışdı ki, düşməndən qənimət götürülən hərbi texnikalar Bakıda nümayiş olunacaq. Bu, elə Qələbə paradının təşkil olunacağına bir işarə idi. Məlumatda deyilir ki, paradın dekabrın birinci on günlüyündə baş tutması ehtimalı var.

Təbii ki, həm pandemiya, həm təhlükəsizliyin təminatı səbəbindən paradın müəyyən məhdudiyyətlər çərçivəsində keçirilməsi də mümkündür. Amma hələ ki bu haqda rəsmi informasiya verilməyib və yaxın günlərdə səhih məlumatlar açıqlanacaq.

Yeri gəlmişkən, bir neçə gündür erməni ictimai xadimləri və siyasətçiləri erməni hərbi əsirlərin “şərəf və ləyaqəti” uğrunda mübarizəyə qoşulublar. Onlar haray-həşir salıblar ki, guya rəsmi Bakı erməni hərbi əsirləri bilərəkdən saxlayır, məqsədi Qələbə paradında onların rüsvayçılıq yürüşünü təşkil etməkdir. Heç bir əsası olmayan bu informasiya İrəvanda sürətlə yayılır. Düzdür, vaxtilə yüzlərlə alman əsirini Moskva küçələrində məhz belə rüsvayçılıqla nümayiş etdiriblər. Lakin Azərbaycanın buna ehtiyacı yoxdur. Sadəcə, ermənilər bu yalanı tirajlayırlar.

“Parlaq Ermənistan” partiyasından deputat Qriqoryan da belə bir iddia ilə çıxış edib: “Bizim əsir düşən həmvətənlərimizi öz hərbi paradlarında ”trofey" kimi nümayiş etdirəcəklər. Parada qatılanlar isə onlara baxacaq. Onların qorunması üçün ayağa qalxacaq və onları belə aşağılanmadan qurtaracaq bir dövlətimiz varmı?" Təbii ki, erməni deputat yalan danışır. Eyni zamanda burada Azərbaycan dövlətini şantaj etmək cəhdi də var. Təbii ki, Azərbaycan Qələbə paradı keçirəcək. Və burada mütləq Ermənistan ordusundan alınan qənimətlərdən istifadə ediləcək, onları qürurla nümayiş etdirəcəyik.

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, Qələbə paradının olacağı barədə eşidib. Onun sözlərinə görə, tədbirin nə zaman və harada keçiriləcəyi haqda rəsmi məlumat verilməsə də, müəyyən hazırlıq gedir: “Bilirəm ki, buna hazırlıq gedir. Prezident də hərb texnikanın nümayiş olunacağı haqda demişdi. Artıq proses gedir, həmin texnika gətirilib. Amma harada yerləşdirildiyini bilmirəm. Ümumiyyətlə, Prezident həmişə deyib ki, qələbə bayrağı Azadlıq meydanına gətiriləcək və orada dalğalanacaq. Prezident şübhə etmirdi ki, qələbə olacaq”. Ş.Ramaldanov hesab edir ki, erməni tərəfi indi nə olsa uydurmağa başlayacaq: “Azərbaycan heç vaxt özünə sığışdırmaz ki, Azadlıq meydanını erməni hərbi əsirlərlə çirkləndirsin. Azadlıq meydanı təmiz niyyətli, qələbə əzmli meydandır. Ona görə də əsirlərin öz yeri, paradın öz yeri var. Paradda qalib ordunun texnikası və düşməndən qənimət götürülən texnika göstəriləcək”.

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Qələbə paradı gözlənilir, amma tarixi məlum deyil və hansı formatda təşkil olunacağı bilinmir: “Paradın Ordumuzun silah-sursatı ilə, yoxsa döyüşlərdə xüsusi fərqlənən hərbi qulluqçuların iştirakı ilə olacağı haqda ətraflı məlumat yoxdur. İlkin məlumat budur ki, Azadlıq meydanında genişmiqyaslı hərbi parad keçirilməsi üçün hazırlıq gedir”, - deyə R.Məmmədli bildirdi.

Hərbi ekspertin gözləntisi paradın əsl qələbə formasında təşkilidir: “Nümunə kimi 1945-ci ildə sovet ordusunun keçirdiyi hərbi paradı qeyd etmək olar. O ki qaldı erməni hərbi əsirlərin nümayiş olunacağı iddialarına, bu, Ermənistanın ortaya atdığı məsələdir. Lakin qalib tərəf həmişə haqlıdır, bu müharibədə isə Azərbaycan tamamilə haqlıdır”.

R.Məmmədlinin sözlərinə görə, Azərbaycan hərbi parad keçirməklə bütün dünyaya Ordusunun qüdrətini bir daha nümayiş etdirəcək. Onun fikrincə, Qələbə paradı xalqın illərlə gözlədiyi arzudur: “Ona görə Azadlıq meydanı kimi tarixi və əzəmətli bir məkanda Qələbə paradının olması xalqımız üçün bayrama çevriləcək. Azərbaycan tarixən torpaqlarını itirə-itirə gedirdi, təqvimdə işğal tarixləri idi. Bu gün isə biz torpaqlarımızı azad etmişik, Ordumuz qalibdir, biz Qələbə paradını keçirməyi haqq edirik”.

Oxşar xəbərlər

Azərbaycanda Qələbə paradı keçiriləcək - VAXT AÇIQLANDI
Düşməndən qənimət götürülmüş texnika Bakıya gətirilir - FOTO
"Azərbaycanda yeni medal və ordenlər təsis ediləcək" - Prezident
Qələbə münasibətilə əfv olacaqmı? - “İndi lap yeridir”
Düşmənin daha bir neçə tankı hərbi qənimət kimi götürülüb - FOTO
Ordumuz ermənilərdən daha 5 hərbi texnika ələ keçirdi
Düşmənin məhv edilən və qənimət kimi ələ keçirilən texnikaları - SİYAHI
Prezident: Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq
Rusiya tarixində ilk dəfə prezident əbədi məşəl önünə tək gedəcək
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib
"233 erməni tankı bizdədir" - İlham Əliyev
Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik - İlham Əliyev
“Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu” - Ali Baş Komandan
Aygün Kazımodan Qələbə günü paylaşımı - FOTO
“Azərbaycan Ordusu 21-ci əsrin ordusudur”
Əli Kərimli Prezidenti təbrik edib: “İlham Əliyev xalqımıza güvənərək...”
Azərbaycanın müharibədə itirdiyi texnikanın sayı açıqlanıb
Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlər - VİDEO
Ələ keçirilən düşmən hərbi texnikasının YENİ VİDEOSU
Fəxrəddin Manafov əsgərlərə məktub yazdı: “Sizin haqqınızda kinolar çəkiləcək“
“Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”
Tariximizdə Nadir Şah Əfşardan sonra torpaq alan dövlət başçısı İlham Əliyevdir
“Şəhid valideynlərinə təşəkkür edirəm ki, belə igidlər yetişdiriblər” - İlham Əliyev
“Şuşa uğrunda döyüşlər zamanı separatçı Araik Arutunyan...” - Prezidentin köməkçisi
İlham Əliyevdən qələbə işarəsi! (VİDEO)
Azərbaycandakı F-16-lar haqda daha bir açıqlama
Kəlbəcərlilər qələbə sevinclərini bölüşdülər - FOTO/VİDEO
Bütün qələbələrimizin müəllifi odur! - Tarixə yazılan qızıl sətirlər...
Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir! - Məhərrəm Əliyev
İlham Əliyevin Şuşadakı şəklinin tarixi - FOTO