Nazirlik hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib
2-12-2020, 12:12
108

Nazirlik hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib

“Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 dekabr tarixli Sərəncamının icrasının sürətləndirilməsi məqsədilə Müdafiə Nazirliyi vətəndaşlara müvafiq sənədləşməni aşağıdakı qaydada həyata keçirməyi tövsiyə edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfərbərlikdən tərxisedilmə ilə əlaqədar hərbi qulluqçuların aşağıda göstərilən kateqoriyalara aid olmasını təsdiq edən sənədlərin (surətləri notarial qaydada təsdiq olunmuş) Azərbaycan Ordusunun müvafiq hərbi hissələrinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təqdim olunması xahiş olunur:
- üç və ya daha çox uşağı olan;
- himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
- himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
- ailənin tək övladı olan;
- ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
- döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
- yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
- mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.

Oxşar xəbərlər

Prezidentdən hərbi qulluqçularla bağlı SƏRƏNCAM
Səfərbərlik Xidmətindən bu şəxslərə MÜRACİƏT - SMS daxil olduqda...
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Səfərbərlik Xidməti məlumat YAYDI
Dövlət Xidməti: 8500-ə yaxın vətəndaş döyüşə getmək üçün qeydiyyata düşüb
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
Kimlər hərbi təlimlərdə iştirakdan imtina edə bilər? - Açıqlama
Azərbaycanda ordudan tərxis başladı
Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - Açıqlama
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
Həqiqi hərbi xidmətə çağırışla bağlı açıqlama
Şuşa uğrunda döyüşlərdə şəhid olan 6 hərbçimizin cəsədi təhvil alındı
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiq edildi
Aztəminatlı azərbaycanlılara XOŞ XƏBƏR
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
Azərbaycan ordusunda YENİLİK: hərbçilərə pul əvəzinə ərzaq veriləcək
"Döyüşə getmək istəyən çox sayda vətəndaş Dövlət Xidmətinə müraciət edib" - General
"Hərbi təlimə gedənlərə bir aylıq əlavə maaş verilsin" - TƏKLİF
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi genişləndirilir - FƏRMAN
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - MN
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF
Bu, səfərbərlik deyil, adi təlimdir - Millət vəkili
Prezident yeni dövlət qurumu yaratdı
Bu gecədən hərbi vəziyyət elan edilir - RƏSMİ
“Türkiyə hərbi bazası Şuşada yerləşdirilməlidir” - ADR sədri
FHN Suqovuşan su anbarını mühafizəyə götürdü