Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
2-12-2020, 12:19
288

Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı

Ölkədə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Lənkəran rayon prokurorluğundan "Report"a bildirilib ki, Lənkəran rayon Xarxatan kənd sakini 1984-cü il təvəllüdlü Bəhruz Nəsirov barəsində Rusiya Federasiyasının İstintaq Komitəsindən Baş Prokurorluq vasitəsilə Lənkəran rayon prokurorluğuna cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair beynəlxalq tapşırıq daxil olub.

Həmin beynəlxalq tapşırığın icrası ilə əlaqədar sorğular verilib və Bəhruz Nəsirovun 09.08.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazi hüdudlarını tərk edərək Rusiya Federasiyasına getməsi və geri qayıtmamasına baxmayaraq 21.04.2020-ci il tarixdən “Lənkəran Beynəlxalq Mühafizə Xidməti” MMC-də işə düzəlməsi müəyyən edilib.

“Lənkəran Beynəlxalq Mühafizə Xidməti” MMC-nin rəisi İlkin Məmmədovun Bəhruz Nəsirovun ölkə xaricində olmasına baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə bilə-bilə yalan məlumatları daxil etməklə tamah niyyəti ilə həmin şirkətə mühafizəçi kimi rəsmiləşdirməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Bələdiyyə sədrinə cinayət işi açıldı
Daha bir sabiq məmura cinayət işi açıldı
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Rusiyada həbsdə olan 2 nəfər Azərbaycana ekstradisiya olundu
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Lənkəranda samovar qalamaq istəyən kişi özünü yandırdı
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Qubada iki koronavirus xəstəsinə cinayət işi açıldı
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Bərdədə körpə doğuşdan sonra ölüb
Azərbaycanda vəzifəli şəxslər rüşvət alarkən YAXALANDI
Türkiyənin İnterpolla axtardığı şəxs Sumqayıtda həbs edildi
Astarada balıqçı vətəgələrinə qənim kəsilən şəxslər saxlanılıb
Lənkəranda dəhşətli qəza: Bir nəfər ölüb, dörd nəfər yaralanıb
DTX 3 rayonda əməliyyat keçirir - Rəislər saxlanıldı
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Direktor rüşvətə görə həbs edildi
Şirkət direktoruna cinayət işi açıldı
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Prokurorluq Xaçmazda iki nəfərin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb
Bakıda qadını zorakılıqla qətlə yetirən 3 nəfər saxlanıldı
Şabran sakini həmyerlisini bıçaqlayıb
Bərdədə 28 yaşlı qız əməliyyatdan sonra ölüb