Koronavirusla bağlı əsas tövsiyələr
2-12-2020, 15:29
48

Koronavirusla bağlı əsas tövsiyələr

“Əgər koronavirusdan qorunmaq üçün maska taxılırsa, bu, düzgün formada taxılmalıdır. Maska tənəffüs yollarını tamamilə bağlamalıdır. İnsanlar arasında məsafə saxlanmasına fikir verməliyik. Əllərin gigiyenası, tez-tez sabunla yuyulması bu virusu əlimizdən apara bilər. Hökmən dezinfeksiyaedici məhlulun istifadəsinə ehtiyac yoxdur”.
Bunu  Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bugünkü brifinqdə deyib. 
O qeyd edib ki, yoluxma saylarında əsas artım faktoru ailədaxili yoluxma ilə bağlıdır. Bir nəfər yoluxaraq bütün ailə üzvlərini yoluxdura bilir. 
A.Qurbanov bildirib ki, koronavirusa yoluxan şəxs həkim nəzarəti ilə evdə müalicə alıb sağala bilər. Bir şərtlə ki, ətrafdakıları qorusun və tam özünütəcrid rejiminə əməl etsin: “Bir çox insan hələ də bu xəstəliklə bağlı tam məlumatlı deyil. Bir şəxs soyuqlama halı hiss edirsə, dərhal xəstəxanaya müraciət edir, ağciyərlərini KT etmək istəyir. Ciyərlərində heç nə çıxamayanda isə arxayınlaşır. Lakin insanlarda lazımi qədər informasiya olsaydı, bilərdi ki, ciyərlərdə pnevmoniya əlaməti xəstəlik ağırlaşanda ortaya çıxır. Bəzən insanlar, bəzən də həkimlər xəstəyə belə düzgün olmayan istiqamət verirlər. Hər kəs bilməlidir ki, COVİD-in diaqnozunda KT yardımçıdır, PSR test əsas müəyyənedicidir”. 
Həkim vurğulayıb ki, virus aşkarlanan şəxs özünü təcrid etməli, işə bu barədə məlumat verməli və evdə də özünütəcrid rejiminə keçməlidir: “Hər kəs soyuqlama əlaməti hiss edərsə sanki “məndə COVİD var” kimi fikirləşməlidir. Onda həkimə müraciət edib diaqnozu dəqiqləşdirmək olar. Bəzən xəstəliyin bütün əlamətləri göz qabağında olur, lakin PSR analizi mənfi gəlir. Bu halda da özünü təcrid rejiminə riayət etməliyik. Lazım olmadığı halda ictimai nəqliyyatdan istifadə olunmasın, mümkün qədər evdə qalaq. Görüşəndə daha sıx münasibətləri - əllə görüşməyi, qucaqlaşmanı  tərgitmək lazımdır. Bu halda yoluxma sayını azaltmağa nail ola bilərik”. 

Oxşar xəbərlər

“Ciyərlərdə heç nə çıxmayanda arxayınlaşırlar”
“Maskanın düzgün taxılmaması yoluxma sayını artıra bilər” - Akif Qurbanov
"Özümüzdə soyuqlama əlaməti hiss etsək, sanki COVİD-19 var kimi düşünməliyik"
Virusa yoluxanların sayı niyə 1000-i keçdi? - TƏBİB rəmisindən AÇIQLAMA
Hər kəs maska istifadə etsə, koronavirusa yoluxma faizi çox aşağı olar - TƏBİB
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
“Yaxın aylarda kütləvi vaksinasiya başlayacaq”
"Maska hər kəsin gündəlik aksesuarı olmalıdır"
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
“Xəstəliyə yoluxanların hər gün çoxalmasının səbəbi...” - Direktor müavini
Gələn həftədən xəstələrin sayı artacaq - Gün ərzində 40-50 nəfərin ölməsi halı adiləşəcək
Azərbaycanda vəziyyət pisləşir: Əhaliyə XƏBƏRDARLIQ
TƏBİB rəsmisi xəbərdarlıq etdi: “Karantin sərtləşdirilə bilər” - Video
Gözəlik salonları və bərbərxanalar yenidən bağlanır? - AÇIQLAMA
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
"Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun!
Yoluxma artsa, qaydalar sərtləşə bilər - TƏBİB-dən xəbərdarlıq
Koronavirusa yoluxan deputatların vəziyyəti necədir…
Yoluxma pik həddə: SMS icazə bərpa edilir?
Yoluxmanı artıran amillər: - “Avtobuslar və mağazaların kassası...”
Açıq havada tibbi maskalardan istifadənin effektivliyi - Həkim rəyi
Koronavirusla bağlı SON STATİSTİKA
Bir gündə 100 min yeni yoluxma - ABŞ şokdadır
“Xəstələnmədən qorunmanın əsas yollarından biri məhz...” - Mütəxəssis rəyi
“İnfeksiyaya yoluxan bütöv ailələr var” - Həkimdən HƏYƏCAN təbili
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
Pandemiya bəlası nə zaman səngiyəcək? - GƏLİŞMƏ
Vaqif Əsədov: “Sürücülər belə halda maska taxmaya bilər
Maska taxmaq vacib olan yerlər (SİYAHI)
Koronavirusun əsgərlərimizə gedib çatması riski çoxalr - Xəbərdarlıq