Qarabağda erməni vandalizmi əsgərimizi dəhşətə gətirdi: Yeraltı tunellər, güllələnmiş fərarilər...
2-12-2020, 16:52
75

Qarabağda erməni vandalizmi əsgərimizi dəhşətə gətirdi: Yeraltı tunellər, güllələnmiş fərarilər...

Ermənilər itkilərini gizlətmək üçün öldürülən əsgərlərinin cəsədlərini basdırırdılar. Cəbrayıl bölgəsində azərbaycanlı döyüşçülər yeddi erməni polisin dəfn olunduğu kütləvi məzarlıq aşkarlayıb. Onların cəsədləri ümumi bir çuxura atılıb və üstü torpaqla örtülüb.

Bu barədə Oxu.Az-a Qubadlı rayonunun Mahmudlu kəndində hərbi bölmədən olan könüllü Beyrək Məmmədov danışıb.



"Bizim tərəfimizdə itki az idi. Bununla belə, kəndləri 6-7 nəfərlik kiçik qruplarla alırdıq. Bir kəndi tutmaq üçün təxminən 40 dəqiqə vaxt sərf edirdik. Füzuli və Cəbrayıl istiqamətlərindəki döyüşlərdən sonra ermənilər çox qorxdular.

Qubadlı bölgəsində mövqelərini, hərbi texnikalarını, silahlarını qoyaraq, kütləvi şəkildə qaçdılar. Bu istiqamətdə bizə qarşı, əsasən, polislər vuruşurdu. Belə görünür ki, polis mövqelərini tərk edən fərariləri güllələyirmiş. Bizim tapdıqlarımız da onların cəsədləri idi”, - deyə o bildirib.



B.Məmmədovun sözlərinə görə, bu ərazilərdə hökumət tərəfindən pul müavinəti və payla təmin edilən erməni diversantlar yaşayıb. Mahmudlu kəndi yerli standartlara görə Qubadlı rayonunun ən böyük yaşayış məntəqəsidir. Orada isə maksimum 70 ev var.

"Burada, hər evdə konservləşdirilmiş yeməklər, eləcə də, hərbi geyim, silah və sursat tapdıq. Ermənilər işğal altında olan ərazilərdə dinc sakinlərin yaşadığı barədə yalanlar danışıb.

Birmərtəbəli yaşayış evləri, əslində, çoxsaylı yeraltı tunellərlə birləşdirilmiş, betondan ibarət ikimərtəbəli zirzəmisi olan möhkəmləndirilmiş bunkerlərdir. Bütün bu istehkamları tikmək üçün ermənilərin kifayət qədər vaxtı olub.

Kəndlərdə Sovet dövründən qalan bir çox atribut tapdıq. Burada, əsasən, xurma və üzüm yetişdirilib. Bütün evlərdə şərabçılıqla məşğul olunub”, - deyə könüllü əlavə edib.

B.Məmmədov, həmçinin, erməni vandallarının bütün müsəlman qəbirlərini dağıtdığını söyləyib. Ancaq təəccüblüdür ki, bəzi tarixi abidələr - türbələr və ziyarətgahlar günümüzə gəlib çatıb.

İşğalçılar, demək olar ki, bütün meşəni qıraraq, özləri ilə aparıblar.

Oxşar xəbərlər

"Qubadlıda ermənilər gizli hücuma keçmək istəyirdilər" - Yaralı hərbçimiz
İşğaldan azad edilən ərazilər - TAM SİYAHI
Azad olunmuş yaşayış məntəqələrimiz: 5 şəhər, 3 qəsəbə, 238 kənd - SİYAHI
Bu kəndlər də işğaldan azad edildi - Prezident açıqladı
10 min erməni mövqelərini atıb qaçdı – Erməni general
Ermənistanda ölən əsgərlərin cəsədləri qohumlarına 1000 dollara satılır – İRƏVANDA QALMAQAL
Kəlbəcəri tərk edən ermənilər ağacları da kəsib aparırlar - FOTO
Döyüşlərdən qaçıb İrana keçən Ermənistan əsgərləri axtarılır
Ermənilər Ağdamı yandırır
Vətən müharibəsinin 1 ayı tamamlandı- Azad olunmuş kəndlərin TAM SİYAHISI
Qırmızı Xaç Komitəsindən Qarabağda cəsədlərin mübadiləsiylə bağlı AÇIQLAMA
Ermənilər qoşunların Qarabağdan çıxarılmasına dair razılaşmanı pozur
Ermənilər apara bilmədikləri mal-qaranı bu hala saldılar  - Video
Qarabağda mülki erməni qalmayıb: Erməni nazirdən pensiya açıqlaması
Ermənilər Qarabağda minillik ağacları məhv ediblər
Azərbaycan Ordusu BMT-nin iki qətnaməsini tam YERİNƏ YETİRDİ
Düşmənin itkiləri 10 minə yaxınlaşır... – Cəbhə erməni leşi ilə doludur
Şuşa-Laçın yolu bağlandı: Ermənilər açıqlama yaydı
“Ermənilər əsirlərimizə amansız davranıb, baş və ürəkdən güllələyiblər”
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib
55 müsəlman kəndi yerlə-yeksan edilib - Gizli soyqırımın üstü açıldı
Şuşada FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Deputatlar işğaldan azad olunmuş ərazilərə niyə getməyib?
Hər bir yeni qələbə əsgərlərimiz sayəsində mümkün olur - Mehriban Əliyeva
Tankı qoyub, unitazı aparan ermənilər...
Müdafiə Nazirliyindən AÇIQLAMA
Düşmənə öldürücü zərbələr vuran Hikmət: "Erməni hərbi hissəsinə girdik..." (VİDEO)
Ermənilər döyüş texnikalarını qoyub qaçdılar - VİDEO
Qubadlı şəhəri işğalçılardan azad edildi
Tərtər, Cəbrayıl və Füzulinin bu kəndləri işğaldan azad olundu