Vətəni işıqlandıran şəhidlər - FOTOLAR
2-12-2020, 17:11
160

Vətəni işıqlandıran şəhidlər - FOTOLAR

Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən Müharibəsi nəticəsində 28 illik həsrətə son qoyuldu, işğal altındakı torpaqlarımız azad edildi. Ali Baş Komandanın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında “Azərişıq” ASC-nin əməkdaşları da böyük şücaət göstərib.
Vətən Müharibəsində Səhmdar Cəmiyyətin ümumilikdə 293 əməkdaşı iştirak edib, onlardan 5-i şəhidlik zirvəsinə yüksəlib, 17-si isə yaralanıb.
Şəhid energetiklərdən biri “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1990-cı il təvəllüdlü İbrahimov Atiq Ariz oğludur. Qəhrəman Atiq İbrahimov Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.
“Şimal” RETSİ-nin İzolyasiya test, Rele Mühafizəsi və Avtomatika (RMA) Xidmətinin RM üzrə mühəndisi 1995-ci il təvəllüdlü Məmmədov Murad Yusif oğlunun da adı şanlı tarix yazan qəhrəmanlarınmız sırasındadır. O, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib və şəhid olub. Azərbaycan Texniki Universitetinin TEMPUS layihəsi çərçivəsində elektroenergetika mühəndisliyi üzrə ali təhsil alıb.
“Cənub” RETSİ-nin Lənkəran ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1993-cü il təvəllüdlü Həbibi Şəhriyar Vidadi oğlu Qubadlı–Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. O, Bakı Dövlət Universitetində (BDU) fizik ixtisasına yiyələnib.
“Şirvan” RETSİ-nin Salyan ETSİ-nin paylayıcı şəbəkə sahəsinin mühəndisi 1993-cü il təvəllüdlü Həsənli Elçin Vaqif oğlu Şuşa şəhəri uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Qəhrəman şəhidimiz Azərbaycan Texniki Universitetinin bakalavr və magistr dərəcəklərini fərqlənmə ilə bitirib, şəhid olana qədər aspiranturada qiyabi təhsil alırdı.
“Qərb” RETSİ-nin Ağstafa ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1994-cü il təvəllüdlü Hüseynli Əliheydar Səlahəddin oğlu da 44 gün müddətində vətən torpaqlarımızın işğaldan azad edilməsi üçün böyüş şücaət göstərib və Xocavənd uğrunda döyüşlərdə şəhid olub. O, Azərbaycan Texniki Universitetində təhsil alıb.
Şəhid olan “Azərişıq” əməkdaşlarından Əliheydər Hüseynli və Elçin Həsənli nişanlı olub. Əliheydər Hüseynlinin atası 2018-ci ildə, Şəhriyar Həbibinin atası isə 2008-ci ildə vəfat edib.

Oxşar xəbərlər

Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT
"Oğlumun sadəcə bir arzusu vardı" - Şəhid anası
“Oğlum şəhid olan gün saatım dayandı” - Video
“Azərişıq”da kadr dəyişikliyi baş verib
Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu (VİDEO)
Mənsum İbrahimov şəhid olan qardaşı oğlundan DANIŞDI: - “Dedi ki, ölsəm, heç kim ağlamasın“
Vətən Müharibəsində şəhid olan daha bir müəllim - FOTO
“Azərişıq” 2 region və 10 rayona yeni rəis təyin etdi
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
Suqovuşan uğrunda şəhid olan müəllim - FOTO
Ağdaşda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
28 ermənini məhv edən şəhidin atası: “Ölümünə inanmadım, elə bilirəm...” - VİDEO
Şəhidimizin bu videosunu izləməyən yoxdu: “Dastana döndü…”
“Torpaqlarımız işğaldan azad olunana qədər...“ - İsa Qəmbər əsgərə məktub YAZDI
Xalq artistinin oğlu Şuşa uğrunda döyüşlərdə ŞƏHİD OLDU
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
Təhsil Nazirliyinin əməkdaşı şəhid olub
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi (VİDEO)
"Şəhid ailələri və qazilərə azad edilmiş ərazilərdə torpaq verilməlidir" - deputat
Baş nazirin qohumu Şuşa uğrunda şəhid olub
Şəhid baş leytenant ölümündən sonra oğul atası oldu - VİDEO
Düşməni öz silahıyla məhv edən hərbçilərimiz - VİDEO
"Biz öz torpağımızda vuruşuruq" - Prezident
Şuşa uğrunda döyüşərək şəhid olan müəllim - FOTO
İşğaldan azad edilmiş rayonlarda işləmək məqsədilə kadr ehtiyatı formalaşdırılır
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Düşməni dəqiq atəşlə məhv edən snayperimiz - VİDEO
Əsgərini canı hesabına xilas edən komandir - VİDEO
Onların həyatına ermənilər son qoydu... (FOTOLAR)