Azad olumuş ərazilərin qazlaşdırılmasına başlanıldı
3-12-2020, 11:01
151

Azad olumuş ərazilərin qazlaşdırılmasına başlanıldı

Məlum olduğu kimi işğaldan əvvəlki dövrdə Dağlıq Qarabağ və ətraf rayonların ərazisində yerləşən şəhər, qəsəbə və kəndlərin böyük bir hissəsi Azərbaycan Respublikası tərəfindən təbii qazla təmin olunurdu. Bu məqsədlə magistral və paylayıcı qaz şəbəkəsi də çəkilib. Lakin erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində qeyd olunan ərazilərin həmin vaxt qaz təminatı dayandırılıb.
«Azəriqaz» İstehsalat Birliyindən HİT.Az-a verilən məlumata görə, 2020-ci ilin sentyabr ayının 27-dən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident  İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi zamanı əldə edilən Qələbədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastrukturun yaradılması işləri çərçivəsində, yaşayış ərazilərinin təbii qaz təchizatı üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb:
«Əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutlarının araşdırılması işləri aparılıb. Bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edilib. 
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə vaxtı ilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü də araşdırılmaqdadır. Qeyd olunmuş istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaq. Hazırda planlaşdırılan magistral qaz şəbəkəsinin marşrutlarının münasib konfiqurasiyası, ilkin texniki-iqtisadi göstəriciləri müəyyən edilir. Ərazilərin baş planları hazır olduqdan və istiqamətlər təsdiq olunduqdan sonra qazlaşmanın işçi layihələrinin hazırlanması mərhələsinə başlanılacaqdır. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş ərazilərin qazlaşdırılmasının başlanılması gününü “Azəriqaz” İstehsalat Birliyinin kollektivi səbirsizliklə gözləyir və bunu ən müqəddəs vəzifə borcu sayır».

Oxşar xəbərlər

İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır
Əfqanıstan səfiri Azərbaycan xalqını təbrik edib
Baş nazir azad olunmuş ərazilərlə bağlı iclas keçirdi
FHN Suqovuşan su anbarını mühafizəyə götürdü
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanıldı
Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı
Ermənilər tərəfindən bu ərazilərin bəziləri minalanıb
Azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir - ANAMA
İşğaldan azad edilmiş ərazilərdə bu müəssisələr də yaradılacaq - Nazirlik
Tərtərdə ziyan dəymiş 796 obyektə baxış keçirilib
İşğaldan azad olunan ərazilərə müvəqqəti komendantlar təyin edildi
Azərbaycan Ordusu BMT-nin iki qətnaməsini tam YERİNƏ YETİRDİ
Zakir Həsənov işğaldan azad edilən kəndlərdən DANIŞDI
"Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək" - Prezident
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
Cəbrayıl və Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi - RƏSMİ
Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı işlər aparılır - Fotolar
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrıldı - SƏRƏNCAM
Ərazilərimiz minalardan nə vaxt təmizlənəcək?
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
Baş Prokurorluq və DİN-dən işğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Qarabağda sülhməramlıların nəzarət etdiyi ərazilər - XƏRİTƏ
“Əsgərlərimiz arzularımızdan daha sürətli irəliləyirlər” - Ramiz Rövşən
“Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bəyanat yaydı
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb
“Azəriqaz”dan deputatın iradlarına CAVAB
Türkiyəli biznesmenlərdən Azərbaycana dəstək
Prezidentdən yeni tvit: Daha 9 yaşayış məntəqəsi işğaldan azad olunub