"12 ildir ki, Sumqayıtda evdə fərdi təhsil məktəbində müəllimə işləyirəm. Bu müddətdə bir neçə direktor dəyişib, hamısı da pul alıb dərs verib, amma indiki kimisi olmayıb. 2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbin direktoru Vladim İbrahimovdan həddən çox şikayətlər olduğuna görə Abşeron-Xızı təhsil idarəsi onu işdən çıxarmağa məcbur oldu.
Bunu həmin məktəbin müəllimləri də açıq deyirlər. Amma işdən çıxarılan direktoru imtahansız gətirib bizim Evdə fərdi təhsil məktəbinə direktor qoydular. Həmin gündən də məktəbi Vladim müəllimlə birlikdə həyat yoldaşı Səidə müəllimə idarə edir. Səidə müəllimə başqa məktəbin müəlliməsi olsa da, evdə fərdi təhsil məktəbində saat hesabı dərs deyir, həm də Abşeron-Xızı təhsil idarəsində tibbi-pedaqoji ekspert komissiyasının rəhbəridir".
Bu barədə DİA.AZ-a "Evdə fərdi təhsil" məktəbinin müəllimləri adından edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra yazır: "Komissiyanın keçmiş sədri İsa Tərlanov yoxlamalar nəticəsində işdən çıxarılsa da, Səidə müəlliməni himayə edənlər onu komissiyanın rəhbərliyinə gətirdilər, halbuki xeyli sağlam, heç bir xəstəliyi olmayan uşaqlar 9-11-ci siniflərdə müəllim yanına gedə bilmək üçün məhz həmin komissiyanın saxta rəyləri əsasında evdə fərdi təhsil məktəbinə qəbul edilmişdilər, onlardan hələ də məktəbdə təhsil alanlar var.
Hətta deyilənə görə, sağlam uşaqların məktəbə qəbulu 1500-2000 manatdır. Vladim müəllim məktəbimizə direktor təyin olunandan Səidə müəllimənin bütün rəfiqələri aprel-may ayından etibarən məktəbimizə axın etməyə başlayıblar. Yoxlama aparılsa məlum olar ki, 2023-cü ilin aprel ayından başlayaraq 21 saylı məktəbdən və digər məktəblərdən onlarla müəllimə saat hesabı dərs verilib, məktəbin öz müəllimləri isə dərs üçün az qala yalvarır. May ayında məktəbin təsərrüfat müdirinin öz anasının əvəzinə dərsə girdiyi aydın oldu, amma Səidə müəllimənin rəfiqəsi olduğuna görə onunla bağlı tədbir görülmədi.
Bir neçə kurs müəllimi sövdələşmə əsasında illərdir məktəbimizdə işləyirlər və hər gələn direktor və ya əvəzi onların əmək haqqı kartlarını bir-birinə ötürməklə bir-birinin əyri işlərini ört-basdır edirlər. Həmişə də həmin müəllimlər təriflənir, əslində hamı bilir ki, tərif əyə görədir. Lakin illərin təcrübəli müəllimləri kiçik bir səhv edən kimi dərhal Vladim müəllim çağırıb deyir ki, ərizəni yaz öz xoşunla çıx işdən.
İndi hamı məzuniyyətdə olduğu vaxtda direktor Vladim İbrahimov həyat yoldaşı Səidə müəllimə ilə birlikdə dərs bölgüsü aparır, amma bu bölgüdən direktor müavinlərinin, məktəbin həmkarlar təşkilatı sədrinin xəbəri yoxdur. Məktəbimiz Prezidentin açılışını etdiyi 4-cü mikrorayondakı 20 saylı məktəbin binasına köçürüləndə təmir adı ilə 50 manatdan pul yığıb vermişik ki, dərs bölgüsü vaxtı bizi incitməsinlər, lakin indi bizi sayan yoxdur...."
Sumqayıt təhsilində NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
23
avqust
10:12

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Rüşvətə görə işdən çıxarılan direktor başqa vəzifədə çalışır
Rüşvətə görə işdən çıxarılan direktorun yerinə TƏYİNAT
Məktəbli qızı döydüyü deyilən direktorla bağlı YENİ XƏBƏR
"Direktor 29 sinif açıb, hansı maraqla?" - Müavin öz məktəbindən ŞİKAYƏTÇİ DÜŞDÜ
Təhsil şöbəsinin müdiri və üç direktor işdən AZAD EDİLDİ
Sumqayıt təhsili ona əmanət idi... - O İSƏ...
Saxta “covid pasportu” alan məktəb direktoru
Nazir bu məktəbdə baş verənlərdən xəbərdar olmalıdır...
Sumqayıt məktəbindəki rüşvət iddiası təsdiqini tapdı
Bu məktəbin direktor əvəzi və direktor müavini işdən ÇIXARILDI
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
Xırdalanda orta məktəbin müəllimi ilə bağlı araşdırma aparılır
Goranboyda kənd məktəbində ölkə qanunları NƏZƏRƏ ALINMIR - İDDİA
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
Qalmaqallı məktəbdə 6 sanitar qovşaq tikiləcək - Direktordan açıqlama
Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı
Heç bir şagirdi universitetə qəbul olmayan məktəbin direktorundan AÇIQLAMA
"Bilmirik, Mirzəcan Xəlilov məktəbin direktorudur, yoxsa Təhsil naziri?" - NARAZILIQ!
Sabirabad rayon 1 saylı tam orta məktəbin direktorunun fəaliyyəti narazılıq yaradır
Daha bir məktəb distant təhsilə keçdi
Dərsə gecikən şagirdin döşəmə sildiyi, tualet xəbərdarlığı aldığı məktəbin direktoru CƏZALANDIRILDI
Bu məktəbdə ÖZƏL QANUNLAR VAR - Müəllimə GİLEY EDİR
113 saylı məktəbin direktoru müəllimlərdən pul alır, saat bölgüsünü ona uyğun aparır - Şikayət
Təhsil nazirliyi bu faktı nəzərə almalıdır - İTTİHAM
Təhsil ocağında “korona sərgüzəştləri”
Şəkidə müəllimlərin etiraz etdiyi direktor işdən çıxarılıb
Evdə təhsil alan şagirdlərin sayı açıqlandı
Gənc nazirin bunlardan XƏBƏRİ VARMI? - İDDİA
Laçın təhsilində ƏNDRƏBADİ OLAYLAR... - İLGİNC FAKTLAR
Məktəb direktoru vəfat etdi
- Ölən dostunun 70 minlik toy üzüyünü oğurladı
- Dünyanın ən yaşlı kişi üçəmləri: Uzunömürlülüyün səbəbi - FOTO
- Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB
- Prezident bu qurumun nizamnamə fondunu 240 milyon artırdı - FƏRMAN
- Binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub
- Məşhur aktyor 5 ayda 22 kilo ARIQLADI: SƏBƏB
- Zəlzələ panikası: Əhali niyə bu qədər təlaş keçirdi?
- Uşaqlarını ağladıb analarını ölümcül döydü
- Bu qidalar bişirildikdən dərhal sonra yeyilməlidir - Əks halda...
- Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il cəza istənildi - Yenilənir
- Ukraynanın daha bir təyyarəsi vuruldu
- Türkiyədə evdən 45 ton zibil çıxdı - FOTO
- Volodimir Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”
- Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
- "Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək" - Zelenski
- Rusiyalı futbol hakimi rüşvət almaqda şübhəli bilinir
- Bakıda bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ
- Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb
- 2024-cü ilin uğurlu rəngləri hansılardır? - Sevinc, enerji, yeni başlanğıclar...
- Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
- Şəkidə 40 yaşlı qadını it dişlədi
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO
- "Bavariya"nın oyunu qara görə təxirə salındı
- Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi