Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi qeyd ediləcək
3-12-2020, 13:45
269

Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi qeyd ediləcək

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Gündəlik Bakının xəbərinə görə, məlumatda deyilir:
Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.
Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir.

Oxşar xəbərlər

10 noyabr Zəfər Günü oldu - Prezidentdən sərəncam
Yeni orden və medallarla bağlı layihə ikinci oxunuşda təsdiqləndi
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
Milli Məclis bu gün toplanır
Yeni orden və medallar təsis olunacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
“Torpaqlarımız işğaldan azad olunana qədər...“ - İsa Qəmbər əsgərə məktub YAZDI
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Ağdamın azad edilməsi Türkiyədə də alqışlanır
"8 noyabr zəfəri həm də bütün türk dünyasının zəfəridir" - deputat
FHN Suqovuşan su anbarını mühafizəyə götürdü
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tarixçi alim: “Əgər Ermənistan bəyanata sadiq qalmasa...”
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
“Azərbaycan xalqı 30 il bu qələbə həsrətilə yaşayırdı“ - Zakir Həsənov
“Əldə edilən kəşfiyyat məlumatlarına əsasən…” – Generaldan açıqlama
Ömər Çelik: “İşğalçı və təcavüzkar Ermənistan məğlub edildi”
Aygün Kazımodan Qələbə günü paylaşımı - FOTO
Fəxrəddin Manafov əsgərlərə məktub yazdı: “Sizin haqqınızda kinolar çəkiləcək“
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
"Azərbaycanda yeni medal və ordenlər təsis ediləcək" - Prezident
"Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək" - Prezident
“Zəfər Azərbaycanındır!” - Türkiyə Prezidenti
İşğaldan azad olunan Hadrutun peyk görüntüsü - FOTO
3 gün iş olmayacaq
"Bütün torpaqlarımız azad edilənə qədər Azərbaycan mübarizəyə davam edəcək"
“Şuşa uğrunda döyüşlər zamanı separatçı Araik Arutunyan...” - Prezidentin köməkçisi