Azərbaycan şəhidlərinin sayını açıqladı -
3-12-2020, 14:37
171

Azərbaycan şəhidlərinin sayını açıqladı -

Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad etmişdir.
Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur.
Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.
30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Oxşar xəbərlər

Döyüş davam edir: Düşmən bu gecə də ağır itki verdi
Ağdərə, Xocavənd istiqamətində döyüş gedir: Düşmən ağır itki verdi
Erməni ordusunun hücumunun qarşısı alındı - Düşmən ağır itki verdi
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb
Müdafiə Nazirliyindən AÇIQLAMA
Düşmən alayının tabor komandiri məhv edildi - RƏSMİ
Düşmənin 4 ədəd “Qradı” məhv edildi - Video
Xankəndində hərbi hissə darmadağın edildi - VİDEO
10 noyabr Zəfər Günü oldu - Prezidentdən sərəncam
Düşmənin gün ərzində itirdiyi döyüş texnikasının SİYAHISI
Ermənistan təxribatının məktəblərə vurduğu ziyan
ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü
Ermənistanın "Vətən" muzdlu dəstəsi DARMADAĞIN EDİLİB
Suqovuşandan dünya azərbaycanlılarına ATƏŞLİ SALAM – Video
SON DƏQİQƏ: Düşmən Ağdam istiqamətində itki verərək geri çəkildi - RƏSMİ
Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var - RƏSMİ
Bütün istiqamətlərdə döyüş gedir: Düşmən ağır itki verdi
Bərdəni atəşə tutan “Smerç” belə məhv edildi - Video
Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi qeyd ediləcək
"Qubadlıda ermənilər gizli hücuma keçmək istəyirdilər" - Yaralı hərbçimiz
Düşmən bu istiqamətlərdə itki verərək GERİ ÇƏKİLDİ
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb
Ermənistan müxalifəti baş qərargah rəisi ilə görüşüb
Ermənilər Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib
Ağdərə istiqamətində nə baş verir? - Video
“Silahlı birləşmələrimiz döyüş tapşırığını şərəflə yerinə yetirir”- Prezident
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
QHT-lər Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsinə dair bəyanat yaydı
“Torpaqlarımız işğaldan azad olunana qədər...“ - İsa Qəmbər əsgərə məktub YAZDI