Professor oğlu olan universitet müəllimi külli miqdarda dələduzluqda ittiham olunur
17-04-2020, 12:00
184

Professor oğlu olan universitet müəllimi külli miqdarda dələduzluqda ittiham olunur

Azərbaycan Dövlət Aqrar Universitetinin müəlliminə dələduzluq etdiyinə görə cinayət işi başlanıb.

“Yeni Sabah”ın məlumatına görə, müəllim işləyən İbrahimov Əli Ziyatay oğlu və Hüseynov Rübail Arif oğlu 7 nəfərin etibarından sui-istifadə edərək onların 500 min manata kimi pullarını dələduzluq yolu ilə ələ keçiriblər.

Belə ki, toxumçuluq işi ilə məşğul olan uşaqlıq dostlarına Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və hər ikisi təqsirləndirilən şəxs qismində həbs olunublar.

İdtidai istintaq yekunlaşdıqdan sonra isə cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Dadaş İmanovun icraatına verilib. İlkin məhkəmə prosesində isə hər iki şəxsin həbs-qətimkan tədbiri ev dustağlığı ilə əvəz edilib.

Qeyd edək ki, hadisənin necə baş verməsi ilə bağlı Əli İbrahimovla əlaqə saxladıq. O, cinayət əməli barədə danışarkən bildirdi ki, zərərçəkənlərdən təkcə Mirzəyev Arif Mirzə oğlundan 50 min manat alıb və onu da qaytarıb, qalan heç kimə qarşı dələduzluq etməyib. Digər şəxslərdən isə pulları məktəbdə bir yerdə oxuduğu Rübail alıb.

Onu da bildirək ki, Əli İbrahimovun atası Ziyatay İbrahimov da Azərbaycan Dövlət Aqrar Universitetində işləyir, "Ekologiya və Meşəçilik” kafedrasının professorudu. O da məsələyə öz münasibətini bildirdi: “Əli toxumçuluq biznesi ilə məşğul idi, ilkin olaraq Rübail ondan faizə 4 min manat aldı və hər həftə 250 manat faiz verirdi. Sonra onu şirnikləşdirdi, bütün toxumlarını satdırdı və 12 min manatı əlindən aldı. Oğlum təkcə Arifdən 50 min alıb, onu da evini satıb verib. Qalan şəxslərdən heç bir pul almayıb. Oğlumdan şikayətçi olan yoxdu”.

Maraqlı məqam orasındadır ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi Əli İbrahimova cinayət işinin başlanmasını bilə-bilə onu müəllimlikdən uzaqlaşdırmayıb.

Oxşar xəbərlər

Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Şirkət direktoru axtarışa verildi
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Həbs dalğası Naxçıvana keçdi - vəzifəli şəxs həbs olundu
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Deputatın qardaşı oğluna cinayət işi açıldı
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Elvin İsayevin məhkəməsi başlayır
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda dörd qadın birləşib, kişinin evini soydu
Bakıda qadın qızını yoldan çıxaran kişini bıçaqladı - MƏHKƏMƏ
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi
Cəlilabadda həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Bakıda "general" həbs edildi
“İnterpol”un axtarışa verdiyi azərbaycanlı Kanadada tutuldu
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Rusiyada həbsdə olan 2 nəfər Azərbaycana ekstradisiya olundu
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
Bakıda qətl törədilib
Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi
DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı
Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı