Şuşanın azad edilməsini Ali Baş Komandana məruzə edən xüsusi təyinatlı kimdir? - FOTO
3-12-2020, 17:29
435

Şuşanın azad edilməsini Ali Baş Komandana məruzə edən xüsusi təyinatlı kimdir? - FOTO

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali Baş Komandan məruzə edən xüsusi təyinatlı, mayor  Zaur Şirinbəy oğlu Rəhimovdur.
Zaur müharibənin ilk günlərindən cəbhəyə yollanıb. Murovdağ silsiləsi, Cəbrayıl, Füzuli, Qubadlının  kəndləri, Xocavəndin Hadrut qəsəbəsinin işğaldan azad olunmasında böyük şücaət göstərib. İlk dəfə Murovdağ silsiləsində gedən döyüşlərdə boynundan qəlpə yarası alıb. Xəstəxanaya yerləşdirilən Rəhimov əməliyyat olunub, qəlpəsi çıxarılıb. Lakin yarası sağalmadan təkidlə yenidən cəbhəyə qayıdıb, döyüşü davam etdirib. 
“Zauru xəstəxanada saxlamaq mümkün olmurdu. Şuşa uğrunda döyüşlərə qatılmaq istəyirdi, Şuşanın azad edilməsini görmək arzusundaydı, bu arzusuna çatdı. Yaralarının sağalmasını gözləmədən hospitaldan çıxıb yenidən döyüşə getdi”,-yaxınları sosial şəbəkələrdə onun haqqında yazıblar. 
Zaur ikinci dəfə Şuşa uğrunda döyüşlərdə yaralanıb. Şuşanın alınmasını Prezdentə məruzə edib və yenidən xəstəxanaya qayıdıb. Hazırda müalicəsini davam etdirir. 
Ali Baş Komandan tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. 
Lerik rayonu, Veri-Əliabad kəndindən olan Rəhimovları hamı tanıyır. Ailənin 10 övladı-7 oğlu, 3 qızı var.  Qardaşlardan üçü birinci Qarabağ savaşında iştirak edib və yaralanıblar. Zaurun  əmisinin oğlu, Valeh Rəhimov isə şəhid olub. Zaurun bacısının iki oğlu da Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, onlardan biri şəhid olub.
Zaur Rəhimov ailəlidir, övladları var. 

Oxşar xəbərlər

Yeni orden və medallarla bağlı layihə ikinci oxunuşda təsdiqləndi
İş adamı "Mercedes" hədiyyə etdiyi əsgərlə görüşdü - FOTO
“Şuşanın işğaldan azad edildiyini ölkə başçısından eşidəndə koridora çıxıb qışqırdım"
Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu (VİDEO)
Baş nazirin qohumu Şuşa uğrunda şəhid olub
Ermənistan ordusunun xüsusi təyinatlısı məhv edildi
Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
Xalq artistinin oğlu Şuşa uğrunda döyüşlərdə ŞƏHİD OLDU
Düşməni dəqiq atəşlə məhv edən snayperimiz - VİDEO
Yaralansa da, 23 hərbçinin həyatını xilas etdi (VİDEO)
Arutyunyan foto paylaşdı: “Həyatımın ən ağır şəfəqini qarşıladım”
"8 noyabr zəfəri həm də bütün türk dünyasının zəfəridir" - deputat
“180 milyona yaxın insan Şuşa xəbəri gözləyir” – Rəsul Quliyevin hesablaması
İşğaldan azad olunan Hadrutun peyk görüntüsü - FOTO
Düşməni öz silahıyla məhv edən hərbçilərimiz - VİDEO
Şuşalı qız Milli Məclisdə çıxış etdi
Qolunu və ürəyini Qarabağda qoyub gələn qazi -Günün fotosu
Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz - VİDEO
Cəbrayılda yaralanan əsgər: “Döyüşə yenə gedərəm” - VİDEO
Xüsusi Təyinatlı Dəstənin komandiri şəhid olub
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
Şuşada ermənilərlə əlbəyaxa döyüşən şəhidimiz
Hadrutda düşmənin qurduğu pusqu belə məhv edilib - VİDEO
Dünya hərb tarixinə düşən unikal əməliyyat: Ordumuz Şuşanı bu cür aldı
“Bu mübarizə Qarabağ işğaldan tam azad olunana qədər davam edəcək” - Ərdoğan
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
"Beynəlxalq və yerli ekspertlər Şuşanın tarixi mərkəzinə səfər edəcək" - Anar Kərimov
Bu kəndlər də işğaldan azad edildi! - Prezident açıqladı
Şuşanın gəzməli-görməli yerləri - Video
Əli Kərimli Prezidenti təbrik edib: “İlham Əliyev xalqımıza güvənərək...”