Məcburi köçünlərin torpaq bölgüsü bu cür aparılacaq
4-12-2020, 09:45
169

Məcburi köçünlərin torpaq bölgüsü bu cür aparılacaq

44 günlük II Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Artıq işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmə, yolların çəkilməsi və digər işlər həyata keçirilir və məcburi köçkünlərin geri qaytarılmasına hazırlıq işləri aparılır. Lakin bəllidir ki, 27-28 illik işğaldan azad olunmuş rayonların əhalisi bu illər ərzində xeyli artıb. Bu baxımdan, həmin rayonların əhalisi geri qayıdarkən onlar üçün torpaq sahələrinin hansı qaydada verilməsi maraq doğurur.
 Milli Məclisin Aqrar siysət komitəsnin sədri Tahir Rzayev bu məsələdə heç bir problemin olmayacağını bildirib. Onun sözlərinə görə, həmin rayonlar işğal olunan zaman xüsusi mülkiyyətində torpaq sahəsi olan insanların torpaqları sözsüz ki, özlərinə veriləcək:
“Bu məsələ məlumdur. Həmin insanlar gedib öz torpaqlarına sahib olacaqlar. Həmin ərazilərdə dövlət mülkiyyətində olan torpaq sahələri də var və dövlət bu torpaq sahələrindən artan əhaliyə pay torpaqları verə bilər.
Sözsüz ki, həmin ərazilərdə bələdiyyələr də olmalıdır. Həmin bələdiyyələrə də dövlət torpaqlarından sahələr ayrıla bilər. Azərbaycanda aparılmış aqrar islahatların şərtlərinə uyğun hər kəsə torpaq sahələri ayrılacaq. Ancaq ola bilər ki, bəzi rayonlarda əhaliyə torpaq sahələri az düşsün, bəzi rayonlarda çox. Misal üçün, Ağdamın əhalisi çox, ərazisi kiçikdir, lakin Kəlbəcərin ərazisi Ağdamdan böyük, əhalisi isə azdır. Belə olan halda ola bilər ki, ayrı-ayrı rayonlarda insanlara düşən torpaq sahələrinin həcmində fərq olsun. Ancaq bütün hallarda əhalinin hamısına pay torpaq sahələri ayrılacaq”. (Trend)

Oxşar xəbərlər

Erməni işğalından azad olunan ərazilərə ilk kimlər köçürüləcək? - AÇIQLAMA
"Şəhid ailələri və qazilərə azad edilmiş ərazilərdə torpaq verilməlidir" - deputat
Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
“Qaçqınkom” ləğv ediləcək, yoxsa... - GƏLİŞMƏ
Məcburi köçkünlərin qayıdış prosesi necə təşkil olunacaq – Proqram hazırlanır
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?
İşğaldan azad olunan ərazilərə müvəqqəti komendantlar təyin edildi
Rayonlara gediş-gəliş necə olacaq? - Rəsmi
Məcburi köçkünlərə verilən evlər geri alınacaqmı? - Açıqlama
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək
Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı işlər aparılır - Fotolar
Xudafərin ətrafında 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb - RƏSMİ
Füzuli şəhərinin ərazisi minalardan təmizlənir - İcra başçısı
Ağdam minaların qənimi “Bozena-5”lə təmizlənir - Özəllikləri (VİDEO)
Ərazilərimiz minalardan nə vaxt təmizlənəcək?
"Digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik" - Prezident
İmişlidə ÖZBAŞINALIQ... - "...mən öz haqqımı sonuna qədər tələb edəcəm"
Bakıdan azad edilmiş rayonlara marşrutlar açılacaq
“Azərbaycanın haqlarını qorumaq üçün meydanda olacağıq” - Çavuşoğlu
Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanıldı
Dilqəm Əsgərovun oğlu DTX-ya şikayət etdi
Baş Prokurorluq və DİN-dən işğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
Cəbhə bölgəsində keçirilən ilk yardım təlimləri başa çatıb
Ronaldo 8 milyon avroya torpaq sahəsi alıb
Baş Prokurorluqdan çağırış: İşğaldan azad olunan ərazilərə səfər etməyin - VİDEO
Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
"Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır" - PA rəsmisi Fransaya XİTAB ETDİ
Rusiya MN: Laçın dəhlizində minalardan təmizlənmə işləri aparılır