“Bu, şəhidlərin ruhuna xəyanət, tərbiyəsizlik, səviyyəsizlikdir”
5-12-2020, 12:20
96

“Bu, şəhidlərin ruhuna xəyanət, tərbiyəsizlik, səviyyəsizlikdir”

Millət vəkili, politoloq Rasim Musabəyovun sülhməramlılarla bağlı  Rusiyanın “NTV” kanalına verdiyi müsahibə cəmiyyətdə birmənalı qarşılanmayıb. Çünki Musabəyov açıqlamasında Türkiyə Ordusunun Qarabağa gəlməsinə etiraz edib. Bunun regiondakı təhlükəsizliyə zərər verə biləcəyini deyib.
Məsələyə münasibət bildirən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Yenisabah.az-a açıqlamasında qeyd edib ki, Rasim Musabəyov bu çıxışı ilə öz düşmən münasibətini və bu xalqdan olmadığını göstərib:
“Bütövlükdə bu məsələdə Azərbaycan dövlətçiliyinin, o cümlədən İlham Əliyevin bir nömrəli əleyhidarı olduğunu nümayiş etdirib. Amma həm də ola bilsin ki, daha böyük havadarı var deyə, ona arxalanır və Stepan Şaumyanın təyin elədiyi Bakı komendantı olan babasının xarakterinə uyğun hərəkət edərək onun nəvəsi olduğunu xatırlatmaq istəyir. 
Bu, satqın mövqedir, amma özbaşına deyil, şübhəsiz ki, onu danışdıranlar var. Yəqin ki, mandat verdirənlər onun belə əcayib səslər çıxarmasına şərait yaradırlar”.
Həmsöhbətimiz Rasim Musabəyovun bu açıqlamaya görə cəzalandırılmalı olduğunu vurğulayıb:
“İlham Əliyev sayın Rəcəb Tayyib Ərdoğanın dostu, qardaşı olduğunu, Türkiyənin bizə həm mənəvi, həm siyasi, həm də diplomatik dəstək göstərdiyini deyir. Bu adam isə həmin mövqeyə dil uzadır. Çünki sırf anti-milli mövqedən çıxış edir. 
Belə bir ehtimal da var ki, o, beşinci kolonun nümayəndəsi kimi çıxış edir və yaxud da ona elə belə danışmaq lazım olduğunu deyiblər. Amma birmənalı şəkildə atılan bu addım şəhidlərin ruhuna xəyanət, Türkiyəyə və türklüyə qarşı olan münasibətdir. Yəni gerizəkalılıq, tərbiyəsizlik, səviyyəsizlik və bütövlükdə tarixi saxtalaşdırmaqdır. Ortada böyük bir qanmazlıq var. Adam 44 günlük müharibədə əldə olunan qələbəyə də dil uzadır. Dost da, düşmən də bilir ki, bu qələbə Türkiyənin mənəvi, siyasi, diplomatik dəstəyi ilə qazanılıb. 
Seçicilər - əgər onu, həqiqətən də, səsvermədə seçənlər varsa - buna reaksiya göstərməlidir. Bu son yaramaz seçkidə onu seçənlər öz seçimlərinin nəticəsinə - Rasimin çıxışına münasibət bildirməli, onu geri çağırıb yerində oturtmalıdır. Bu tərbiyəsizliyə tez zamanda son qoyulmalıdır. Bildirim ki, mən sizə və  sizin oxucularınıza hörmət edərək kəskin ifadələr işlətmədim”.

Oxşar xəbərlər

“Məndən əl çəkin!” – Jurnalist Rasim Musabəyovu “yaramaz” adlandırdı
Rasim Balayev: “Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı?”
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
İlham Əliyev Ərdoğanla birgə Şuşaya gedəcək? - Düşmənə növbəti zərbə
Putindən Paşinyana mesaj: Ermənistanın iddiaları yersizdir - GƏLİŞMƏ
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
Əli Həziquliyevə AĞIR İTKİ
Qoy indi Kanada düşünsün ki... - Politoloq
Bakı ŞİH-nin müdirləri Zülfəli, Rasim və…Orxanın HƏBS-i an məsələsidir
“Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” – Deputat
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
“YAP-a qayıtmaq üçün cəhd etmədim” - Gülər Əhmədova Hafiz Hacıyevi seçməyinin səbəbini AÇIQLADI
"İlham Əliyev Azərbaycan xalqının Atatürküdür"
Köçkünlər Qarabağa nə vaxt qayıdacaq? - AÇIQLAMA
“Mehdiyev ermənilərə qarşı çıxsaydı, arvadı ona divan tutardı” - Fəzail Ağamalı
Bakı ŞİH-nin müdirləri  Zülfəli, Rasim və…Orxanın HƏBS-i an məsələsidir
Afaq Bəşırqızı qəzəbləndi: "Əgər gəlinim savadsız olsaydı...."
Türkiyəli deputat gecikmə səbəbini açıqladı: - “Əsgərimiz çoxdan Qarabağda olmalı idi, ancaq...”
"Əli Həsənov son 5-6 ildə Prezident olmaq istəyirdi" - İŞ APARIRMIŞ...
Ermənilər Rusiyanı günahlandırır - Video
Türk ordusunun Azərbaycana gəlməsi nəyi dəyişəcək?
Akardan Fransa Senatının Qarabağla bağlı qətnaməsinə SƏRT REAKSİYA
Xocavənd, Xankəndi və Xocalı Azərbaycanın tərkibində qalır - Açıqlama
Şəhidlərin şəkillərinin avtomobillərdən çıxarılmasının SƏBƏBİ AÇIQLANDI
“O, Rusiyaya kimin bağlı olub-olmadığını bilməmiş olmazdı”
Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA
“Ordumuz Şuşa və Laçında tarix yazır”
“Düşmən nə edirsə etsin, Dağlıq Qarabağ Azərbaycanın olacaqdır” - Dövlət Bahçeli
Ermənistan müxalifəti xalqı küçələrə səslədi: “Bu satqın...“
Məhkəmə Əli Kərimlinin şikayətini təmin etmədi