Rasim Musabəyovu kim danışdırır? – Babasının açdığı cığır…
5-12-2020, 15:21
123

Rasim Musabəyovu kim danışdırır? – Babasının açdığı cığır…

Deputat Rasim Musabəyov növbəti dəfə tənqid hədəfinə gəlib. Bu dəfəki məsələ “popkorn qalmaqalı”ndan daha ciddi xarakter daşıdığla görə ünvanına səsləndirilən tənqidlər də sərtliyi ilə fərqlənir.
Cənab Musabəyovun tənqidə məruz qalmasının səbəbi isə onun Türkiyə ordusunun Qarabağa gəlməsinə etiraz etməsidir. Deputat hesab edir ki, Türkiyə ordusunun bölgəyə yerləşdirilməsi regiondakı təhlükəsizliyə zərər verə bilər.
“Yeni Sabah” xatırladır ki, İkinci Qarabağ savaşı başlayanda Azərbaycana birmənalı dəstək verənlərdən biri və birincisi Türkiyə olub. Türkiyənin hərbi-siyasi rəhbərliyi dəfələrlə bəyan edib ki, Ankara Bakının yanındadır və Azərbaycanın haqq işində ona hər cür dəstək verməyə hazırdır.
Qarabağ savaşında Azərbaycan Ordusunun uğurlarında Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarının da əhəmiyyətli payı var.
Azərbaycana qarşı beynəlxalq təzyiqlərin neytrallaşdırılmasında Ankaranın səyləri yüksək qiymətləndirilməlidir. Məhz Türkiyənin Azərbaycana birmənalı dəstəyi regiondakı maraqlı oyunçuların prosesə birbaşa müdaxiləsini əngəlləyən faktorlardandır.
Azərbaycan və Türkiyə İkinci Qarabağ savaşında  “Bir millət iki dövlət” deyimini real platformaya çevirdi və iki ölkə arasında hərbi müttəfiqlik məsələsi gündəmə gəldi və cəmiyyətdən ciddi dəstək gördü.
Siyasi analitiklər hesab edir ki, mövcud geopolitk şərtlər daxilində Türkiyə ordusunun Qarabağda yerləşdirilməsi Azərbaycan milli maraqları baxımından məqsəduyğundur.
Heç bunu anlamaq üçün siyasi analitik olmağa ehtiyac da yoxdur. Amma hansısa səbəbdən həm də politoloq olan Rasim Musabəyovun bunun əksini düşünür. Türkiyə ordusunu regionun təhlükəsizliyi üçün zərərli hesab edir.
Rasim Musabəyov bu fikirləri Azərbaycan dilində səsləndirsəydi, fikrini doğru ifadə etmədiyini düşünmək olardı. Çünki Azərbaycanın millət vəkili olsa da, cənab Musabəyov doğma dilində ən azı eks xarici işlər naziri Elmar Məmmədyarov kimi axsayır. Amma deputat fikrini Azərbaycandan dili ilə müqayisədə daha səlis danışdığı rus dilində ifadə edib. Bu baxımdan, Musabəyovun dili dolaşdığını, yaxud Azərbaycan dilinin imkanlarından yaxşı yararlana bilmədiyini düşünmək sadəlövhlük olardı.
Yeri gəlmişkən, cəmiyyəti qıcıqlandıran səbəblərdən biri də Rasim Musabəyovun Türkiyə ordusunun “zərəri” barədə rus dilində danşımasıdır. Avtomatik olaraq bu insanların şüurunda Rusiya sülhməramlılarına priveligiyalar verməsi kimi assosiasiya olunur.
Təəssüf doğuran odur ki, Rasim Musabəyovun mövqeyi ciddi-cəhdlə Türkiyəyə qarşı kampaniya aparan, türk hərbçilərini Qarabağda görmək istəməyən Ermənistan rəsmilərinin yanaşması ilə üst-üstə düşür. Amma deyəsən, Musabəyov bunun fərqində deyil. Heç dediklərinə aydınlıq da gətimək istəmir. Ona zəng vuran media nümayəndələrinə “əl çəkin məndən” deyir. Sanki haqlı olduğuna görə ittiham edilir.
Rasim Musabəyov bolşevik Qəzənfər Musabəyovun nəslindəndir. İllərlə Azərbaycanda bolşevik hakimiyyətinin qurulması uğrunda mücadilə verən və sonda elə bolşevik daktiturasının qurbanına çevrilən Qəzənfər Musabəyovun.
Əlbəttə Rasim Musabəyov babasının mövqeyinə, əməllərinə görə ittiham edilə bilməz. Babasının yolunu getmədiyi sürəcə...

Oxşar xəbərlər

“Məndən əl çəkin!” – Jurnalist Rasim Musabəyovu “yaramaz” adlandırdı
“Bu, şəhidlərin ruhuna xəyanət, tərbiyəsizlik, səviyyəsizlikdir”
Qardaş ölkədən Azərbaycana daha bir dəstək
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Prezident ordumuzun müasir silahlarından danışdı
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
Ərdoğan qanunu imzaladı - Türk əsgəri Azərbaycana göndərilir
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
Vətən müharibəsindəki PUA-lar xarici mediada - FOTO
“Türkiyə Azərbaycanın yanındadır” -Binəli Yıldırım
“Bayraktar TB 2” zərbə dronu yeni dizaynda - FOTO
Suriyadan erməni batalyonu da Qarabağa göndərildi - YPG TƏLİM KEÇMİŞDİ...
Azərbaycan vətəndaşlarından Türkiyəyə dəstək - VİDEO
Bayraktar Azərbaycan xalqını təbrik etdi - Foto
Qarabağda ölüm saçan silah ABŞ-ı qorxuya saldı - Hərəkətə keçdilər
Türkiyənin sürü halında uçan kamikadze-dronları: - 3 dost ölkəyə ixrac üçün danışıqlar gedir
“Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” – Deputat
Türkiyə hərbçiləri ən qısa vaxtda Azərbaycanda olacaq - RƏSMİ
Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsinə ilk reaksiya
“Suriyalı terrorçular” barədə Azərbaycana qarşı yeni informasiya diversiyası
Xocavənd, Xankəndi və Xocalı Azərbaycanın tərkibində qalır - Açıqlama
İlham Əliyevlə Ərdoğanla danışdı
Türkiyəli diplomat Hulusi Kılıç: ”Azərbaycanın qələbəsi regionda intibah yaradacaq”
Binali Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır
Türk ordusunun Azərbaycana gəlməsi nəyi dəyişəcək?
Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA
Hətta Əli Kərimli də hakimiyyətə dəstək verdi, amma Ramiz Mehdiyev...
“Türkiyə hərbi bazası Şuşada yerləşdirilməlidir” - ADR sədri