Astrologiyada sərt reaksiyaları ilə seçilən bəzi bürclər var. Çox nadir hallarda məmnun qalan bu bürclər həmçinin özləri haqqında edilən tənqidlərə də dözümlü olmurlar. Onlar insanlarla mehriban davranmır, çox vaxt ətrafdakılarla yola getmirlər. 
Həmin bürcləri təqdim edirik: 
Şir
Şir bürcləri mübahisələrində həmişə özlərini haqlı görürlər. Çox çətin anlaşılan şirlər heç vaxt sözü üzə deməkdən çəkinmirlər. Narazı olduqları hallarda ətrafdakılarla razılaşmaq istəmirlər. 
Qız 
Qız bürcləri başqalarının fikirlərinə hörmət etmirlər. Onlar bildikləri və düşündüklərini həmişə doğru hesab edirlər. Onları nəyəsə inandırmaq çox çətindir. Qızlar qarşısındakı insanı tənqid etməkdən heç vaxt çəkinmirlər. Onlar üçün həmişə qüsurlu bir şey var və israrla həmin mənfi detalı tapıb ətrafdakılara bunu kobud şəkildə deyirlər. 
Əqrəb 
Əqrəb bürcü ilə mübahisə etmək məsləhətli deyil. Narahat edilmədikləri müddətdə zərərsiz olan əqrəb bürclərinin damarına bassanız, sizi çox pis sanca bilərlər. Həmçinin manipulyasiya etməyi çox yaxşı bilən bu bürcün insanları emosional olaraq sizi asanlıqla özlərinə tabe edə bilərlər. Onların əsəbləri kifayət qədər güclüdür, siz ağlayanda isə intiqam almaq üçün bir növ and belə içirlər.