Müğənni Şəbnəm Tovuzlu sosial mediadakı izləyicisini təhqir edib.

Müğənni "Instagram" hesabında daha çox öz şəkillərini paylaşmağa üstünlük verdiyi üçün, şəhidlərimizin fotolarını ictimaillə.dirmədiyi üçün izləyicilərin tənqidinə tuş gəlib.

Belə ki, yeni fotosunu paylaşan müğənniyə izləyicilərdən biri "Səndən həmişə xoşum gəlirdi indi amma gözümdən düşdün. Elə ancaq öz şəklini paylaşırsan şəhid şəkli yoxdu səhifəndə. Rəqsanənin səhifəsinə bax özünü elə göstərsən səni tanıyarıq da" tənqidi rəyini yazıb.

Şəbnəm isə izləyicisinə təhqirlə cavab verib: "Cəhənnəmə istə. Kor gözünlə yaxşı bax səhifəmə. Gör paylaşmışam ya yox".