Könüllü gedib şəhid olan prokurorluq işçisi... - VİDEO
7-12-2020, 12:52
307

Könüllü gedib şəhid olan prokurorluq işçisi... - VİDEO

O, öz adını yaddaqalan hesab edirdi. Sanki günün birində şəhid olacağını, bu dünyadan vaxtsız köçəcəyini bilirdi. Yəqin elə buna görə hələ dünyaya gəlməmiş qardaşı oğluna adının verilməsini istəmişdi. Bəli, dekabrın 3-də dünyaya daha bir Yüksəl adlı oğul gəldi. 24 yaşlı əmi Yüksəl Əlizadə isə o zaman artıq şəhidlik zirvəsinə yüksəlmişdi...
“Qafqazinfo” xəbər verir ki, şəhid qəhrəman Y. Əlizadə 1996-cı ilin iyunun 5-də prokuror İlqar Əliyevin ailəsində dünyaya göz açıb. Atası İ. Əliyev 2017-cı ildə dünyasını dəyişib. Ailədə 3 qardaş olublar, Yüksəl evin ən kiçik oğlu idi. O, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əvvəlcə Gəncə İnzibati-İqtisad məhkəməsində, son olaraq isə Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib. 
Tovuz hadisələrində könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılıb. Xidmətdən ona zəng gələndən sonra isə oktyabrın əvvəllərindən sona qədər Vətən müharibəsində iştirak edib. Döyüşlərdə dəfələrlə yaralı şəhid yoldaşlarını kürəyində sürünə-sürünə daşıyaraq həyatlarını xilas edib. Sonuncu döyüşü Xocavənd istiqamətində Üçtəpə yüksəkliyində olub. İgidimiz 19 güllə yarası alaraq şəhid olub.  
Ailəsi 11 gün ondan xəbər ala bilməyib. 19 noyabr tarixində isə ailəsinə Yüksəlin şəhid olduğu xəbəri verilir. Qəhrəmanım 20 noyabrda Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılır. 
Hazırda Baş Prokurorluqda dövlət ittihamçısı vəzifəsində çalışan ailənin böyük qardaşı Aqil Əlizadə “Qafqazinfo”ya bildirib ki, Yüksəllə sonuncu dəfə 8 noyabr tarixində danışıblar: “Ailəmizi Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik etdi. Əsas danışığımız bu məsələ ətrafında oldu. Demək olar ki, günaşırı bizimlə əlaqə saxlayıb. Əhval-ruhiyyəsi də həmişə yaxşı olub. O qədər fərqli uşaq idi ki, daim irəli gedib nəticə əldə etməyə can atardı. Həmişə şad xəbərləri biz ondan eşidərdik. Sevinə-sevinə zəng vurub deyirdi ki, bu gün filan nailiyyətləri əldə etdik.  
Nə hadisə baş verdisə, noyabrın 9-u günortadan sonra oldu. Bizə dedi ki, hələ döyüşlərdədir. Növbəti yüksəkliyi götürmək üçün çalışırlar. Ona kimi 3-cü taborun üzvləri olaraq 3 kəndi və 4 yüksəkliyi düşməndən azad etmişdilər. Əsas çətin yüksəkliklərdən biri də Xocavənddə yerləşən Üçtəpə yüksəkliyi olub. Son döyüşü də burada keçib. 34 nəfər dağın 2 istiqamətində bölünüblər. 17 nəfərdən 3-ür yaralanıb. Yaralılardan ikisini Yüksəl Vidadi adlı döyüş yoldaşıyla birgə aşağı düşürüb. Daha sonra döyüşçü yoldaşlarının yanına qayıdıb. Qayıtdıqdan sonra elə ikisi də bir yerdə şəhid olublar. Yerdə qalan 12 nəfər də bir yerdə şəhid olublar. Qardaşımdan 11 gün xəbər almadıq. 19 noyabr tarixində isə şəhid olması xəbəri gəldi".
Aqil Əlizadə qeyd edib ki, Yüksəl subay olub: "Dekabrın 3-də övladım dünyaya gəldi. Onun adını Yüksəl qoyduq. Yüksəl hətta müharibəyə getməmişdən qabaq iyun ayında bizə demişdi ki, oğlunuzun adını Yüksəl qoyarsınız. Çox vətənpərvər oğul idi. 2014-cu ildən etibarən sosial şəbəkə hesablarında müharibəylə bağlı postlar paylaşıb. Xüsusilə Qarabağ şəhidləri, qaziləri və şəhid anaları ilə bağlı paylaşımlar edirdi. Bu qısa müddətdə onunla bağlı çoxlu videoçarxlar çəkilib, dostları onun xatirəsinə şeirlər yazıblar. Yaralı döyüş yoldaşları Yüksəlin bu müddətdə göstərdiyi şücaətlər barədə bizə çox danışıblar”.
Yüksəl canını Vətən torpağına tapşırsa da, xatirəsi onu sevənlərin və bütün Azərbaycanın qəlbində daima yaşayacaq. Onun yoxluğuna şeir yazan dostları dərdiylə dolub daşsalar da, Yüksəllə fəxr edərək uca zirvə olan şəhidlik məqamının ona çox yaraşdığını dilə gətirirlər. Məqamın yüksək olsun Şəhidim!

Oxşar xəbərlər

Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu (VİDEO)
Qardaşım döyüşlərə könüllü qatılıb - Şəhid bacısı
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi (VİDEO)
Şəhid baş leytenant ölümündən sonra oğul atası oldu - VİDEO
“Oğlum şəhid olan gün saatım dayandı” - Video
Dərs deyə bilmədən tarix yazan qəhrəman şəhidimiz - VİDEO
Şəhid polkovnikin son mesajı: “Şərəfsizlərin dərsini veririk“ - Video
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
"Oğlumun sadəcə bir arzusu vardı" - Şəhid anası
15 sentyabrda doğuldu, atasını erkən yaşlarında itirdi, yeni doğulan körpəsinin üzünü görmədi...
Fərhad Əliyevin oğlu da ön cəbhədə döyüşüb
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı
Vətəni işıqlandıran şəhidlər - FOTOLAR
Şəhid psixoloqun anası: “Hər gün o mahnını oxuyur, rəqs edirdi...” (VİDEO)
Ordumuzun şəhidi Dmitri Solnsevlə vida mərasimi keçirildi
Mənsum İbrahimov şəhid olan qardaşı oğlundan DANIŞDI: - “Dedi ki, ölsəm, heç kim ağlamasın“
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - Fotolar
Şəhid olan hərbçimizin fotosu YAYILDI
Prezident Vətən Müharibəsində şəhid olanlarla bağlı paylaşım edib
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
Suqovuşan uğrunda şəhid olan müəllim - FOTO
Cəbrayıl uğrunda şəhid olan baş leytenant - FOTO
İlk qadın şəhidimizin ailəsindən - Videoreportaj
“Telefonuma zəng çatmasa bilin ki, getdim...” – Füzulidən Qubadlıyacan + Video
Göyçayda şəhid ailəsi çıxılmaz durumda... - NARAZILIQ...
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular: Biri şəhid, digəri qazi
Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid oldu
“Gəncə işi“ ilə bağlı tutulan şəxs təcridxanada vəfat etdi
Unibank şəhid Şahinin ailəsini himayəyə götürdü
İki oğlu şəhid olan Zeynəb ana: “Təki Vətən sağ olsun!”