Yevlax-Xankəndi dəmiryolunun bir hissəsi yenidən qurulur
7-12-2020, 13:07
208

Yevlax-Xankəndi dəmiryolunun bir hissəsi yenidən qurulur

Ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

Qeyd olunub ki, hazırda xəttin Bərdə-Köçərli sahəsi işləyir:

"Ermənistanın işğalı nəticəsində digər sahələrdə olduğu kimi, dəmir yolu infrastrukturuna da ziyan dəyib. Mövcud dəmir yolu xəttləri dağıdılıb, yollar, stansiyalar, ərazidəki hərəkət vasitələri (vaqonlar, lokomotivlər) və digər qurğu və avadanlıqlar tamamilə məhv edilib. Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmir yolu xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub.

Bu xətlər Horadiz-Ordubad sahəsində 144 km-dir. O cümlədən 43 km dəmir yolu xətti Ermənistanın Mehri rayonu ərazisindən (Zəngəzurdan) keçir. Yevlax-Xankəndi sahəsində 51 km, Mincivan-Qafan sahəsində 39,1 km, Qazax-Barxudarlı sahəsində 6,3 km təşkil edir.

Həmin ərazilərdə 23 stansiyamız qalmışdı, o cümlədən 5 stansiya Mehri rayonu ərazisindədir. Bundan əlavə, 85,5 km yan yollar işğalda ikən dağıdılıb.

Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz işğala son qoydu. Digər qurumlar kimi "Azərbaycan Dəmir Yolları" QSC-nin müvafiq strukturları tərəfindən mənfur düşmənin dəmir yollarına vurduğu ziyanın həcmi hesablanır. Dəmir yollarının yuxarıda qeyd etdiyimiz sahələrinin bərpa edilməsi üçün müvafiq təkliflər hazırlanır. O cümlədən, ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Bərdə-Köçərli sahəsi hazırda işləyir".

QSC-dən əlavə edilib ki, digər aidiyyatı qurumlar ərazidəki zəruri işləri tamamladıqdan, xüsusilə həmin ərazi minalardan təmizləndikdən sonra əsaslı infrastruktur layihələrinə başlanılacaq.

Oxşar xəbərlər

Dünyanın ən uzun dənizaltı dəmir yolu tuneli tikiləcək
Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür - FOTOLAR
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrıldı - SƏRƏNCAM
Dünyanın ən uzun avtomobil-dəmir yolu körpüsü tikildi
Bakıdan Naxçıvana yeni avtomobil yolu…
Qazaxda sərhədyanı kəndin yolu əsaslı təmir edilir
Abşeron dairəvi dəmir yolundan istifadə edənlərin nəzərinə - Artıq yeni qaydada yoxlanılacaqsınız
Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edildi
Laçın yolunu Ermənistanın özü bağlayıb - Hikmət Hacıyev
Xankəndi-Şuşa-Laçın yolu açıq elan edildi - VİDEO
Azad olunmuş ərazilərdə yol infrastrukturu bu cür olacaq
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır - FOTO
İran “Şimal-Cənub“ dəhlizini təkmilləşdirir
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
"Azərbaycan Dəmir Yolları" bugünkü qərarını ləğv ETDİ
Bakıda üzərinə dəmir boru düşən fəhlə ölüb
DİQQƏT! Bəzi avtomobil yollarında rənglənmə işləri aparılacaq
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
Paytaxtın məşhur bazarı köçürülür
80 nəfər jurnalist Xankəndindən çıxa bilmir? - AÇIQLAMA
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
Xocavənd, Xankəndi və Xocalı Azərbaycanın tərkibində qalır - Açıqlama
Ermənilərin cəmi 1 YOLU QALDI: - Qarabağdan qaçmaq üçün...
“Rusiya Xankəndiyə nəzarəti Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirir“ - Ekspert
Rusiya sülhməramlıları üçün yüklər niyə dəhlizlə yox, Azərbaycan ərazisindən daşınır? - ŞƏRH
Xankəndi tamamilə boşaldılıb - Erməni hərbçiləri belə yoxdur (FOTO)
Bakıda dəmir yol təmirçisi faciəvi şəkildə öldü
Xankəndi küçələri boş qalıb
Ermənistan çaylarımıza zəhər axıdır - Professor