“Xaloğlum ordadır” deyib, ermənilərin içinə girdi - VİDEO
7-12-2020, 13:49
263

“Xaloğlum ordadır” deyib, ermənilərin içinə girdi - VİDEO

Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq şəhid olan hərbçilərimizdən biri də Oğuz rayonu, Xaçmaz kənd sakini 26 yaşlı Orxandır.
Orxan Rəşid oğlu Rəhimli 1994-cü ilin aprelin 28-də anadan olub. Orta təhsilini uğurla bitirən Orxan 2011-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. Universiteti də uğurla başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
Getdiyi bütün yerlərdə özünə dost tapmağı bacarırdı Orxan, deyən-gülən, şən biri kimi xatırlayır dostları onu.
Hər zaman üzündə gülüş olsa da, daxilində qəbul etmədiyi onu üzən hadisələrdə az olmamışdı. Belə ki, illər öncə 2 əmisini eyni qəzada itirən şəhidimiz bir il deyildi ki, atasını da son mənzilə yola salmışdı.
O, bütün çətinliklərə baxmayaraq, ruhdan düşmür, ailəsi ilə birlikdə yeni ev tikir. Ana və nənəsi gözlərinin ağı-qarası bircə oğulları üçün toy etmək arzusu ilə yaşayırlar, Orxanın şəhid olacağı ağıllarına da gəlmir.
Həmin gün isə gəlir. Orxan 29 sentyabr 2020-i ildə Qarabağ savaşına qatılır.
Müxtəlif istiqamətlərdə döyüşlərdən sonra son istiqamət Şuşa olur.
Orxan Oğuz rayonundan onunla birlikdə müharibəyə gedən Təbriz Cumuzadə, Rəvan Lətifov və Elşən Əhmədli birlikdə böyük qəhrəmanlıq göstərərək, Şuşa uğrunda mərd-mərdanə vuruşur.
Xidmət yoldaşları danışır ki, gedən döyüşlər zamanı Orxan yaralansa da, onu döyüş meydanından uzaqlaşdıra bilməyiblər. Yaralı-yaralı döyüşə davam edib və şəhid olmuş yoldaşlarının qisasını almaq üçün ermənilərin üstünə gedib. İkinci yaradan sonra o, Şəhid olub.
Başqa bir yoldaşı isə danışır:
“Orxan yaralanmışdı, biz geri çəkilməli idik. Bizdən 100-150 metr qabaqda bizlə birlikdə olan əsgər yoldaşlarımız var idi. Onlarla əlaqə kəsilmişdi. Kömək gələnə qədər geri çəkilməli idik, lakin Orxan “mənim orda dostlarım, yoldaşlarım, doğma xalam oğlu var axı, mən xalama nə cavab verərəm” deyərək getdi qabağa, sonrasından isə xəbərim olmadı, mən də yaralı idim”.
Yoldaşları həmçinin danışır ki, təkbaşına bəlkə də onlarla ermənini məhv edib. O qədər cəsur, o qədər mərd olub ki, son nəfəsinə kimi bir addım belə geri çəkilməyib.
Allah Orxanın timsalında vətən uğrunda canından keçən bütün Şəhid qardaşlarımıza rəhmət eləsin!


Oxşar xəbərlər

19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi (VİDEO)
Xalq artistinin oğlu Şuşa uğrunda döyüşlərdə ŞƏHİD OLDU
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
15 sentyabrda doğuldu, atasını erkən yaşlarında itirdi, yeni doğulan körpəsinin üzünü görmədi...
Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz - VİDEO
Qubadlı uğrunda şəhid olan müəllim
Şuşada ermənilərlə əlbəyaxa döyüşən şəhidimiz
Şuşa uğrunda döyüşlərdə şəhid olan tarix müəllimi - FOTO
Şuşa uğrunda döyüşərək şəhid olan müəllim - FOTO
Vətən Müharibəsində şəhid olan daha bir müəllim - FOTO
Düşməni dəqiq atəşlə məhv edən snayperimiz - VİDEO
Şuşa uğrunda şəhid olan müəllim - FOTO
Şəhid gizir Orxan Balayev Qubada dəfn olundu - FOTO
Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid oldu
Baş nazirin qohumu Şuşa uğrunda şəhid olub
Unibank şəhid Şahinin ailəsini himayəyə götürdü
Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO
Döyüşdə böyük rəşadət göstərən igidlərimiz - VİDEO
Şəhid baş leytenant ölümündən sonra oğul atası oldu - VİDEO
Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu (VİDEO)
Nazirlikdən şəhid Xudayar Yusifzadə ilə bağlı sevindirici addım
Şəhidimizin ifası ilə yenidən sevilən mahnının bəstəkarından REAKSİYA
“Oğlum şəhid olan gün saatım dayandı” - Video
İki oğlu şəhid olan Zeynəb ana: “Təki Vətən sağ olsun!”
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı
Şuşanın azad edilməsini Ali Baş Komandana məruzə edən xüsusi təyinatlı kimdir? - FOTO
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
Şəhadəti öz ad gününə hədiyyə edən şəhidimiz - VİDEO
Göyçayda şəhid ailəsi çıxılmaz durumda... - NARAZILIQ...
Ordumuzun şəhidi Dmitri Solnsevlə vida mərasimi keçirildi