“Harınlamış məmurlara islahatlar təsir etmir”
7-12-2020, 15:50
126

“Harınlamış məmurlara islahatlar təsir etmir”

Hüquq-mühafizə orqanlarının Cəlilabad Rayon İcra Hakimiyyətində həbslərlə müşayiət xüsusi əməliyyat keçirməsi yenidən diqqəti icra başçılarının fəaliyyətinə yönəldib. 
Yenisabah.az xəbər verir ki, artıq bu sahəyə məsul olan yüksək vəzifəli şəxslərin fəaliyyətinin araşdırılması gündəmə gəlib. Özü də bu təklifi irəli sürənlər hakimiyyət düşərgəsini təmsil edən şəxslərdir.
Məsələn, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib ki, Cəlilabadın icra başçısının və onun tabeliyində olan şəxslərin həbsi bu sahəyə məsul olan PrezidentAdministrasiyasının Regional İdarəetmə və Yerli Özünü İdarəetmə Orqanları ilə İş Şöbəsinin fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu deməyə əsas verir.
“Cəlilabad Rayon İcra hakimiyyətinin başçısının və digər şəxslərin həbsi həm də onu göstərir ki, harınlamış məmurlara islahatlar təsir etmir və onlarda qorxu hissi yoxdur”, - deyə Musa Musayev əlavə edib.
Hakim partiya təmsilçisinin məsələyə bu sayaq sərt yanaşması təsadüfi deyil. 2019-cu ildən bu yana anti-korrupsiya əməliyyatları çərçivəsində 4 icra başçısı həbs edilib. İctimai rezonans doğuran bu həbslərin, eyni zamanda Prezident İlham Əliyevin həbs olunan icra başçıları barədə kəskin açıqlamaları, digər məmurlara barmaq silkələməsi, heç kimə güzəşt olunmayacağını bəyan etməsi artıq yerli hakimiyyətlərinin qanunsuz əməllərdən çəkinəcəyinə ümidləri artırmışdı. Amma son həbs göstərdi ki, hələ də baş verənlərdən nəticə çıxamayanlar var və bu məmurların çoxu həm də YAP-ı təmsil edir. Ona görə də Musa Musayevin timsalında hakim partiyanın yaranmasında əməyi olanlar baş verənlərə daha sərt formada reaksiya verir.

Oxşar xəbərlər

Cəlilabadın başçısı ilə birlikdə tutulanların ADLARI
Cəlilabad İcra Hakimiyyətində əməliyyat keçirilir: saxlanılanlar var
Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi - YENİLƏNİB
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Saxlanılan icra başçısının ittihamları məlum oldu
"Hakim partiya kadr islahatlarından kənarda qalmayıb” – YAP katibi aydınlıq gətirdi
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
YAP-ın "qocaman" üzvləri - Yaşı 70-dən çox olanlar
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Zaqatalada OLAY: - sabiq məmur intihar edib
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - AÇIQLAMA
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
İcra başçısı müavini və şöbə müdirini işdən çıxardı
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
İcra başçısı məhkəməyə verildi
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Əli Həsənovun qardaşı da işdən çıxarıldı
Koronavirusdan ölən icra başçısı dəfn olundu
"Bayram Səfərov əraziləri işğal edib!"