Ümumdünya Səhiyyə Təşkilatı dünya miqyasında COVID-19 dalğasının hələ də davam etməsini - yoluxma hadisələrinin sayının artmasına görə virusun “Eris” ştammını yeni variant kimi elan edib. Omikronun alt variantı ilə əlaqəli olan EG.5 ştammının sağlamlıq riski hazırda qiymətləndirilir. Qurumun rəsmiləri bu ştammın böyük infeksiya dalğasına səbəb ola biləcəyini istisna etmirlər.
İnfeksionistlər bu virusdan qorunmaq üçün maska taxmağı, insanların sıx olduğu yerlərdən uzaq durmağı tövsiyyə edirlər. Bu isə hazırkı vəziyyətdə demək olar ki, mümkünsüzdür.
Bəs Azərbaycanda insanlar özünü bu virusdan necə qoruya bilər? Doğurdanmı "Eris" ştammı deyildiyi qədər təhlükəlidir?
Virus ölkədə yayılarsa, yenidən karantin rejimi tətbiq edilə bilərmi?
Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev Yenisabah.az-a danışıb.
O, bildirib ki, bu infeksiyaya yoluxub-yoluxmamaq tamamilə immun sisteminin gücünə bağlıdır:
"Deyilir ki, koronovirusun "Eris" ştammı dəhşətlidir. Ümumiyyətlə, insan bədəninə belə yanaşmaq doğru deyil. Elə insan var ki, ona adicə bir külək belə xəstələnmək üçün bəs edir. Bu, bədənin immun sisteminin gücündən asılıdır. İmmun sistemi güclü olduqda insan bədəninə xaricdən, yaxud daxildən olan müdaxilələri zəiflədir, yəni bədən özünü qoruya bilir. Bədənin özünü qoruya bilməsi üçün insanın bədəninin təbiətlə əlaqəsi olmalıdır. Təmiz qida, təmiz su içmək lazımdır, şərt deyil ki, çox bahalı qidalar alasan. əsas olan təmiz məhsullarla qidalanmaqdır. Unu, yağı, südü, suyu, havası təmiz olan insana xəstəliklər güc gələ bilmir, bədən istənilən xəstəliyi asanlıqla ötürə bilir. Amma bu gün dünyanı idarə edənlər ekologiyanı elə vəziyyətə salıblar ki, ekoloji mühit həddindən artıq pisdir, keyfiyyətsiz qidalar, dərmanlar hər yerdədir. Nəticədə insan bədəni gücdən düşür və yanından yel əsəndə də xəstələnir.
Bu cür xəstəliklərin yaranmasına səbəb məhz insanlardır. Gözləri doymayanlar dünyamızı bu günə salıblar. Bu cür ekoloji natarazlıqda istənilən xəstəlik yarana bilər.
Digər səbəb isə laboratoriyalarda yaradılan viruslardır ki, hər ikisi insan əməlinin nəticəsidir".
Həkim virusdan qorunmaq üçün insanlara bəzi məsləhətlər verib:
"Çıxış yolları var, məsələn, xaricdən Azərbaycana keyfiyyətsiz qidalar gətirməyək, gələndə də gigiyenik qaydaları qoruyaq. Artıq payız gəlib, havalar soyuyub, Bakı isə küləklər şəhəridir, hər şeydən əvvəl biz özümüzü qorumalıyıq. Gigiyena qaydalarına mütləq riayət etmək lazımdır. Siqaret kötüklərini yerə atmamalıyıq, öskürəndə, asqıranda ağzımızı tutmalıyıq. Yerə tüpürməməli, tüpürəndə də ən azından ayağımızla onu ayaqlamalıyıq. Bunlar elementar qaydalardır. Əgər bunlara riayət etsək, xəstəlikləri də yüngül keçirərik. Dünyanı anormal insanlar idarə etdiyinə görə, xəstəliklər çoxalır, bu həkimlərin günahı deyil! Həkim iki şeyə cavabdehdir: diaqnoz qoymaq və həmin diaqnoza uyğun dərman yazmaq. Keyfiyyətlə bağlı məsələlərə həkim cavabdeh deyil".
O, bildirib ki, əgər insanlar deyilən qaydalara riayət etməsə virus daha da yayılacaq və karantin rejimi qaçılmaz olacaq:
"Təbii ki, immun sistemimizin qeydinə qalmasaq, çağırışlara əməl etməsək, xəstəlik daha da artacaq. Bu, virusdur, bir yerdə dayanmır və yayılır. Belə olarsa, təbii ki, karantin rejiminə keçəcəyik. Əgər gigiyenik qaydalara,həkimlərin göstərişlərinə əməl etsək, ölkədə karantinə də ehtiyac qalmaz".
“Karantin rejimi qaçılmaz olacaq” - Məşhur həkimdən XƏBƏRDARLIQ
18
sentyabr
17:15

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Karantin rejimi ilə bağlı açıqlama: “İyun ayına qədər...”
Azərbaycanda koronavirusun yeni variantı aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA
Koronavirus geri qayıdır? - Yeni variantı aşkarlandı
Karantin rejimini sərtləşdirmək lazım deyil - Qapanma ilə bağlı AÇIQLAMA
COVID 19-un yeni variantı Eris: Faktlar nə deyir?
Peruda COVID-19-un yeni variantına yoluxma halları qeydə alınıb
“Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər” - Deputat
Həkim həyəcan təbili çaldı: “Yoluxan şəxslərin 10 faizində ağırlaşma olsa...“
Novruzda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA
Azərbaycanda virusun üçüncü dalğası yarana bilər - XƏBƏRDARLIQ
Rusiyada 17 nəfər koronavirusunun yeni variantına YOLUXUB
Professor: “Delta ştammının Azərbaycana gəlməsi ehtimalı böyükdür”
Azərbaycanda karantinlə bağlı açıqlama
Yoluxma artsa, qaydalar sərtləşə bilər - TƏBİB-dən xəbərdarlıq
Yoluxma sayının artımı "Delta" ştammı ilə əlaqəli deyil - AKTUAL
"Delta" ştammından necə qorunaq? - AÇIQLAMA
Ən azı 20 gün sərt karantin: Vəziyyət gərginləşir…
Sərt karantin hansı nəticələri verəcək?
ÜST-dən yenə maska ilə bağlı XƏBƏRDARLIQ
Apreldə yenidən sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA
Yanvarın 18-dən sonra karantin rejimi yumşaldılacaq - “İnsanlar qaydalara ciddi riayət edirlər“
"Delta" ştammı yaxınlaşır - Ölkəmizdə yenidən qapanma olacaq? - AÇIQLAMA
Sərt karantin rejimi yenidən qayıda bilər?
Yumşalmalar yoluxma sayını artıra bilərmi? - Nazirlikdən cavab
Türkiyədən sonra Azərbaycan da 2 həftəlik sərt karantin rejiminə keçir? - AÇIQLAMA
Sərt karantin qaçılmaz olacaq - Tanınmış həkimdən xəbərdarlıq
Almaniyada yaşayan azərbaycanlı alimdən koronavirusun mutasiyasıyla bağlı XƏBƏRDARLIQ
Maska qadağasına son? - "Aprelin sonlarında karantindən tam şəkildə çıxa bilərik"
Azərbaycanda COVID-in yeni ştammı: “Adamı it kimi hürdürür”
“COVID-19-la bağlı gündəlik statistika ləğv edilməlidir” - Həkimdən maraqlı təklif
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- İlon Maskın tərcümeyi-halı atasını HİRSLƏNDİRDİ
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- Ukraynada hərbi istehsal xərclərini 7 dəfə artırmaq istəyirlər
- “Neftçi”dən növbəti QƏLƏBƏ
- Hərbçimizin şəhid olması faktı ilə bağlı cinayət işi açıldı
- Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah-sursat - SİYAHI
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Oktyabrda maliyyə problemlərinin həlli vəd edilən BÜRCLƏR
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”
- Bu vaxtlarda qəhvə içmək olmaz
- Həzm üçün zərərli olan tərəvəzlər
- Gecə yemək istəyindən qurtulmağın sadə yolları
- "MDB ölkələrinin güclü orduları olmalıdır" - Şoyqu
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək