Azərbaycan Premyer Liqasının VI turu lider “Zirə” və son çempion “Qarabağ”ın qələbəsi ilə əlamətdar olub.
Ağdam təmsilçisi əsas rəqiblərindən “Sabah”ı üstələyibsə, lider 80 dəqiqə azlıqda oynadığı qarşılaşmada “Sumqayıt”a qalib gəlib.
Turun sensasiyası “Dalğa Arena”da baş verib. Bu mövsüm elitaya qayıdan “Araz-Naxçıvan” Premyer Liqanın bürünc mükafatçısı “Neftçi”ni məğlub edib. “Səbail” Tovuzdan sonra Gəncə səfərindən də 3 xalla dönüb. “Qəbələ” isə Tovuzda yerli komandadan 1 xalı əzmkarlıqla qoparıb.
“Report”un suallarını cavablandıran futbol veteranı Adil Şükürov turun qarşılaşmalarını dəyərləndirib.
- Çempionatın lideri “Zirə” dördüncü dəfə 1:0 hesablı qələbə qazandı. Komanda bu cür oyun üslubu ilə nə vaxta qədər irəliləyə bilər?
- “Sumqayıt”la görüşün əvvəlindən azlıqda qalan “Zirə”nin müdafiədən oynayacağı məlum idi. Komanda tam olaraq arxada “oturdu”, ani əks-hücumlara bel bağladı. Bu matçla bağlı mənə ən çox maraqlı gələn qırmızı vərəqə epizodunda hakimin doğru qərar verib-verməməsidir. Problem ondadır ki, yaxın məsafədən çəkiliş yox idi. Mübahisəyə açıq qərardır. Ümumiyyətlə, baş verən dəyişikliklərdən, edilən transferlərdən sonra “Zirə”nin medallar uğrunda mübarizə aparacağı gözlənilən idi. Amma diqqətimi çəkən odur ki, bu qədər büdcənin qarşılığında komanda müdafiədən oynayır. Bu da baş məşqçi Rəşad Sadıqovun sabiq müdafiəçi olmasından qaynaqlanır. Görünür, məşqçi kimi də bu cür futbol oynatmağı düşünür. Adətən yarımmüdafiəçilər və hücumçular kreativ, hücum futbolu xoşlayırlar. “Zirə” isə müdafiədən hücum quran komandadır. Sırf nəticəyə hesablanmış taktikaya üstünlük verilir. Halbuki “Zirə” yarandığı müddətdən büdcəsi davamlı olaraq artır.
- Turun mərkəzi oyununda “Qarabağ”ın “Sabah”ı asanlıqla məğlub edəcəyini (2:0) gözləyirdiniz?
- Qurban Qurbanov əvvəlki turlarla müqayisədə bu dəfə meydana optimal heyətə yaxın “11-lik” buraxmışdı. Bundan əvvəlki turlarda avrokubok matçlarına görə heyətdə 90 faiz rotasiya edilirdi. Baş məşqçi hamının oyun dinamikasına uyğunlaşması üçün bu addımı atırdı. Bu dəfə komanda avrokubok matçından əvvəl çempionat oyununa çıxdı. Bu da “Sabah”ın bəxtinə düşdü. Məncə, Qurban müəllim komandasını Avropa Liqasının oyun dinamikasına, tempinə hazırlamaq üçün belə heyətə şans verdi. “Qarabağ” əsl gücünü “Sabah” önündə göstərdi. Komanda optimal “11-lik”lə çıxış edəndə tam başqa futbol oynayır. “Sabah”dan isə bu cür oyunu gözləmirdim. Halbuki ötən mövsüm “Qarabağ”ı ilk məğlub edən komanda “Sabah” olmuşdu. Murad Musayev daha çox müdafiə futboluna üstünlük vermişdi. “Qarabağ” da bu heyətlə belə imkanı əldən verməz.
- Mövsümə çempionluq iddiası ilə başlayan “Sabah”ın hesabında cəmi 4 xal var. Bu enişi nə ilə əlaqələndirmək olar?
- Komanda yay fasiləsində liderləri Aleksey Kaşuk və Coy Lens Mikelsi itirdi. Onlar nəticəyə birbaşa təsir edən futbolçular idilər. Xüsusən də Kaşuk hücumların yaradıcısı, Mikels isə tamamlayıcısı rolunu oynayırdı. Hazırkı futbolçular onları əvəz edə bilmirlər. Ardıcıl transferlər olur, kollektivə yeni oyunçular qoşulur. Yenilərin gəlişi də köhnələri stressə salır. Heyətin tam formalaşması müəyyən vaxt aparacaq. Fikrimcə, komandalar ikinci dövrədən etibarən öz güclərini göstərməyə başlayacaqlar.
- “Neftçi” də mövsümə qeyri-sabit nəticələrlə başlayıb. Son turda “Araz-Naxçıvan”a məğlubiyyəti (0:1) turun sensasiyası saymaq olar?
- “Sabah” haqqında dediklərimi “Neftçi”yə də şamil edərdim. “Neftçi”nin məğlubiyyətində “Araz-Naxçıvan”ın düzgün oyununu xüsusi vurğulayardım. Azər Bağırovun qısa müddətdə belə komanda qurmasını onun illərlə topladığı təcrübənin bəhrəsi kimi qiymətləndirirəm. Azər Bağırov döyüşkən, nəticəyə oynaya bilən komanda formalaşdırmağı bacarır. O, böyük iş görə bilir. Əminəm ki, çox şans versələr, böyük uğurlara nail olacaq. İnanıram ki, növbəti mövsüm “Araz-Naxçıvan” möhtəşəm komanda olacaq.
- Ardıcıl qələbələrlə diqqət çəkən “Səbail” Gəncədə də “Kəpəz”in qapısından 3 cavabsız top keçirdi. Artıq demək olar ki, “Səbail” axtardığı baş məşqçini tapıb?
- “Səbail”in səfər qələbələri daha çoxdur. Ümumiyyətlə, “Qarabağ”, “Neftçi” və “Sabah”ı nəzərə almasaq, digər komandalar oyunu “ikinci nömrə” kimi, yəni əks-hücum üzərində qururlar. Əsasən müdafiədə oturub, sürətli əks-hücumlara çıxmağa çalışırlar. Oyun quruculuğuna elə də fikir vermirlər, müdafiəni etibarlı saxlayaraq qələbə qazanmaq istəyirlər. “Səbail”in Gəncə səfərində vurduğu erkən qollar “Kəpəz”in oyun intizamının pozulmasına səbəb oldu. Bakı klubu sanki bunu gözləyirdi. Bu matçda erkən qollar həlledici oldu. “Səbail” çox rahat oynayırdı, rəqibin nə edəcəyini öncədən müəyyənləşdirmişdilər. Şahin Diniyev “Kəpəz”in necə futbol oynayacağını sanki bilirdi və ona uyğun tədbir görmüşdü.
- “Turan Tovuz” “Qəbələ” önündə iki top fərqi ilə önə keçsə də, üstünlüyünü qoruya bilmədi. Matçın 2:2 hesabı ilə yekunlaşması tovuzluların “yuxulamasından”, yoxsa qəbələlilərin “ayılmasından” qaynaqlanırdı?
- “Turan Tovuz” iki fərqli hissə oynadı. Matçın ilk 5 dəqiqəsində qol vurmağa çalışdılar, ardından üstünlüyü rəqibə verdilər. Tovuzlular ikinci hissəyə tam fərqli başladılar və 5 dəqiqə ərzində iki qol vurdular. Ancaq həmin iki qoldan sonra “Turan Tovuz”un müdafiəsində boşluqlar yarandı. Futbolçular konsentrasiyanı itirmişdilər. Sanki oyun bitməmiş qələbə qazanmışdılar. Elmar Baxşıyevin də əvəzləmələri bəhrə verdi. “Turan Tovuz” oyunçularının rahatlaşması səbəbindən 2 xal itirdi.
Adil Şükürov: “Qarabağ” əsl gücünü “Sabah” önündə göstərdi” - MÜSAHİBƏ
18
sentyabr
18:48

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Neftçi" - "Qarabağ" oyununun vaxtı AÇIQLANDI
“Neftçi” – “Qarabağ” oyununun vaxtı AÇIQLANDI
Azərbaycan Premyer Liqasının püşkü atıldı
“Neftçi” - “Qarabağ” oyununun başlama saatı AÇIQLANDI
"Qarabağ" "Qəbələ" ilə heç-heçə edib
“Qəbələ” “Turan Tovuz”a, “Qarabağ” “Səbail”ə qarşı
Azərbaycan Premyer Liqasında son altı mövsümün ən məhsuldar startı
Bu gün ölkə çempionatında daha 2 oyun keçiriləcək
"Neftçi" "Qarabağ"la xal fərqini azaldıb
"Neftçi” mövsümdə ilk qələbəsini qazanıb
Premyer Liqa: Bu gün daha bir oyun keçiriləcək - AFİŞA
“Qarabağ” “Neftçi”ni darmadağın etdi
“Qarabağ” Azərbaycan çempionu oldu
Premyer Liqanın püşkü atıldı
"Qarabağ" "Zirə"yə qarşı
"Sabah" "Sumqayıt"a, "Qəbələ" "Səbail"ə qarşı
Bu gün Azərbaycan derbisi keçiriləcək
Azərbaycan Premyer Liqası: “Sumqayıt” mövsümdə ilk dəfə xal itirib
Azərbaycan Premyer Liqası: Bu gün iki oyun keçiriləcək - AFİŞA
Azərbaycan Premyer Liqası: II turun təyinatları açıqlanıb
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Premyer Liqanı tərk edəcək komanda bəlli olacaq
Azərbaycanın üç komandası eyni gündə Türkiyəyə yollanacaq
“Qarabağ” bu gün çempion ola bilər
"Neftçi" "Qəbələ"ni məğlub etdi
“Şamaxı” “Sumqayıt”ı 4 qolla məğlub etdi
AFFA bu klubları cərimələdi
Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb
"Səbail"dən antirekord
Ramil Şeydayev cəzalandırıldı
- Səhər ortaya çıxan iki xərçəng ƏLAMƏTİ
- Sabahın hava proqnozu AÇIQLANDI
- Hamiləlikdə qəhvə və siqaretin təsiri
- Tez-tez suşi yeməyin təhlükələri
- İt istedad nümayişi zamanı sahibi ilə "DANIŞDI" - VİDEO
- Futbolçunun məşuqəsi ərinin arvadına xəyanətini AÇIQLADI
- Pişik gürcü mahnısı oxuyub ulduza çevrildi - VİDEO
- Bibər yemək REKORDÇUSU oldu: Hisslərindən DANIŞDI
- Yeni COVID-in əsas xüsusiyyəti: Özünüzü virusdan necə qoruya bilərsiniz?
- Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi
- Rusiyalı aktyor vəfat etdi
- Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilir
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”