DYP-dən yolların bağlanması ilə bağlı daha bir AÇIQLAMA
8-12-2020, 12:06
103

DYP-dən yolların bağlanması ilə bağlı daha bir AÇIQLAMA

Paytaxt Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı hazırlıq işləri davam edir. Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlimata görə, hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib.
Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, hərbi parad bitənədək Azneft dairəsi, Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır.
Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidirlər.
Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.
Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkün olmayacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib.

Oxşar xəbərlər

Yol polisi paradla bağlı sürücülərə müraciət edib
Hazırda paytaxtın bu yollarında tıxac var
Bakıda mötəbər tədbir: 2 marşrutun istiqaməti dəyişdirildi
Kranın yaşayış binasının üstünə aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş bağlanıb - VİDEO
Bakının bəzi yollarında sıxlıq yaranıb - Foto
Bu küçələrdə yeni zolaqlar: Avtomobil saxlayanlar cərimələnəcək
Bakının bir çox yollarında sıxlıq yaranıb
Bu küçə və prospektlərdə sıxlıq var - FOTO
Bakıda sürət həddi endirildi - XƏBƏRDARLIQ
Azərbaycanda Qələbə paradı keçiriləcək - VAXT AÇIQLANDI
Bu küçədə hərəkət məhdudlaşdırılır
Yol polisindən sürücüclərə XƏBƏRDARLIQ! karantin qaydalarını pozmayın
Bu küçələrdə avtobus zolaqları çəkilir - Fotolar
Ordumuz dekabrın 10-da keçiriləcək parada hazırlaşır - VİDEO
DYP əhaliyə müraciət etdi
Ərdoğan Bakıya gəlir - Qələbə paradında iştirak edəcək
Bakının bu yollarında sürət həddi endirildi
BNA-nın “avazı” gözəldi, amma... - GƏLİŞMƏ
Paradla bağlı mühüm açıqlama - Müharibədə döyüşən hərbçilər…
Bakıda 7 ildən sonra bu yol açıldı
“Azərbaycan özünə sığışdırmaz ki, Azadlıq meydanını erməni hərbi əsirlərlə çirkləndirsin” - GƏLİŞMƏ
Bakıda 550 küçə dezinfeksiya edilib
Sabah Bakıdakı işıqforlar fərqli qaydada işləyəcək
Müstəqillik tarixinin ilk Zəfər paradı: yeniliklər nələr olacaq? - FOTO
Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür - FOTOLAR
DİQQƏT! - Bu yolda hərəkət məhdudlaşdırılır
DİQQƏT! Bəzi avtomobil yollarında rənglənmə işləri aparılacaq
Bakıda 552 küçə dezinfeksiya edilib - Yenilənib
Alban müğənnisi Rəşid Behbudovun repertuarından oğurluq edib
Bakıda parada hazırlıq başlanıldı - FOTO