Sentybarın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar.
"Unikal" xəbər verir ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.
Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan ordusunun bölmələri tərəfindən təsbit edilib.
Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.
Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur.
Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.
Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
XİN Ermənistanın təxribatı ilə bağlı MƏLUMAT YAYDI
19
sentyabr
14:22

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusu anti-terror əməliyyatlarına BAŞLADI
Ermənilərdən növbəti TƏXRİBAT: Mövqelərimiz atəşə tutuldu
Erməni təxribatı davam edir - 3 rayon atəşə tutuldu
"Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını artırır" - XİN
Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər, Daşkəsən, Xocalı və Xocavənddəki mövqelərini atəşə tutub
Düşmən Kəlbəcər və Laçında genişmiqyaslı TƏXRİBAT TÖRƏTDİ - Hərbçilərimiz yaralandı
Ermənilər mövqelərimizi yenidən ATƏŞƏ TUTDU
Erməni silahlı dəstələrinin təxribatı nəticəsində hərbi qulluqçumuz minaya düşdü
"Ermənistanın təxribatı nəticəsində itkilərimiz var" - RƏSMİ
XİN erməni təxribatı ilə bağlı BƏYANAT YAYDI
Azərbaycan Ordusunun mövqeləri ATƏŞƏ TUTULDU
Kəlbəcər və Laçında mövqelərimiz ATƏŞƏ TUTULDU
Azərbaycan Ordusunun mövqeləri ATƏŞƏ TUTULDU
Düşmən Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi ATƏŞƏ TUTDU
Ermənilər Naxçıvanı və 4 rayonumuzu ATƏŞƏ TUTDU
Ermənistanın 10 hərbçisi yaralanıb - YENİLƏNİB
Ermənilər Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalını ATƏŞƏ TUTDU
Düşmən Kəlbəcər və Xocavəndi ATƏŞƏ TUTDU
Ermənilər mövqelərimizi ATƏŞƏ TUTDU
Ermənilər Kəlbəcər, Daşkəsən, Xocalı və Xocavəndi ATƏŞƏ TUTDU
Düşmən Şuşa, Tərtər, Kəlbəcər və Daşkəsəni ATƏŞƏ TUTDU
Ermənistanın hərəkətlərinin pislənməsini gözləyirik - XİN rəsmisi
Mövqelərimiz atəşə tutuldu - RƏSMİ
Ordumuz qisas alır - 2 erməni hərbçi ÖLDÜ
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb
Düşmən yenə Kəlbəcər və Xocavəndi ATƏŞƏ TUTDU
Kəlbəcər və Laçında yerləşən mövqelərimiz ATƏŞƏ TUTULDU
Ermənilər mövqelərimizi 5 saat atəşə TUTDU
Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU
Hərbi qulluqçularımız şəhid oldu - RƏSMİ
- Ət yeməyin həqiqətən zərərli olub-olmadığı AÇIQLANDI
- Siçanları öldürən və itlərlə pis danışanlar həbs olunacaq: Qanuna dəyişiklik
- “Google Maps”in səhvinə görə adam öldü
- Azərbaycana gələn əcnəbilərin sayı artıb
- Dünyanın ən bahalı geyim markaları – SİYAHI
- Əvəz Zeynallının məhkəməsində növbəti QALMAQAL
- Rusiya Paşinyanın üstünə “xüsusi təyinatlıları” göndərdi: Moskvada verilən hökm
- Ordumuzun nəzarətinə keçən ərazidə mina partladı - YENİLƏNİB
- Rusiyadan "Oskar"la bağlı gözlənilməz qərar
- Fidan və Borrell Qarabağdakı vəziyyəti müzakirə etdilər
- Buna görə "Ateş kuşları"ndan getdi - FOTO
- İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı AÇIQLANDI
- Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı
- “Əsrin fəlakəti”nə görə saat qülləsi həmişə bu zamanı göstərəcək - VİDEO
- Ürək masajı üçün avtomatik cihaz hazırlandı
- Məşhur narkobaronun oğlu ABŞ-yə təhvil verildi
- 20 yaşlı ana körpələri öldürüb, zirzəmidə gizlədibmiş
- Gədəbəydəki mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU
- İdmançımız dünya çempionatında 3 bürünc medal qazandı
- Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir
- Sirli Hunza türkləri – 100 yaşında ölənə “gənc öldü” deyirlər
- Məşədi Natiq vəfat etdi
- Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir
- Fahişə sifariş etmək üçün arvadından BORC ALDI