Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 19 sentyabr 2023-cü il tarixində erkən saatlarda Xocavənd rayonunda minalardan istifadə etməklə törətdiyi diversiya hücumları nəticəsində dördü polis, ikisi mülki şəxs olmaqla altı nəfər azərbaycanlını qətlə yetirmişdir. Erməni hərbi birləşmələri bundan əlavə, Azərbaycan ordusunun mövqelərini atəşə tutması nəticəsində iki nəfər hərbi qulluqçu yaralanıb.
Bu barədə Qərbi Azərbaycan İcmasının məlumatında qeyd olunub.
“Bütün bunlar Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını tam çıxarmaq öhdəliyini yerinə yetirməkdən imtina etməsi, separatizmi dəstəkləməsi, Azərbaycanın re-inteqrasiya səylərini sabotaj etməsi və Azərbaycana qarşı beynəlxalq miqyasda kütləvi qarayaxma kampaniyası aparması kontekstində baş verir. Açıq görünür ki, Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddiasını davam etdirməkdir.
Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratmışdı. Təəssüf ki, Ermənistan irqçi mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməmiş və bir sıra bədnam havadarlarının fitnəsi ilə növbəti dəfə təxribat yolunu seçib.
Bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu Qarabağda Azərbaycanın konstitusiya quruluşunun bərpası uğrunda lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv olunmalıdır.
Biz beynəlxalq ictimaiyyəti Ermənistanın mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırırıq”, - məlumatda vurğulanır.
Qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv olunmalıdır
19
sentyabr
14:57

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını artırır" - XİN
XİN əsgərimizin şəhid olması ilə bağlı BƏYANAT YAYDI
MN və DTX məlumat yaydı: 4 şəhidimiz, 3 yaralımız var
Azərbaycan Ordusunun mövqeləri ATƏŞƏ TUTULDU
Ermənilər mövqelərimizi ATƏŞƏ TUTDU
Avropa mətbuatı erməni təcavüzündən yazdı
XİN Ermənistanın təxribatı ilə bağlı MƏLUMAT YAYDI
XİN-dən sərhəddəki vəziyyətlə bağlı açıqlama: "Növbəti hərbi-siyasi təxribatdır"
XİN-dən Ermənistanın mövqelərimizi atəşə tutması ilə bağlı AÇIQLAMA
Azərbaycan Ordusunun mövqeləri ATƏŞƏ TUTULDU
Azərbaycan MN-dən Ermənistanın müdafiə nazirinin Qarabağa səfərinə REAKSİYA
Ermənilərin sülhməramlıların olduğu ərazidə TƏXRİBAT TÖRƏTDİ
Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU
Azərbaycan Ermənistana xəbərdarlıq etdi - Nə baş verir?
Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan bir il ötür
Sülhməramlıların yerləşdiyi ərazidəki ermənilər hələ də çıxarılmayıb - MN-dən XƏBƏRDARLIQ
Ermənilər Qarabağa yeni yol çəkir - Nazirlik xəbərdarlıq etdi - VİDEO
Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər, Daşkəsən, Xocalı və Xocavənddəki mövqelərini atəşə tutub
Ermənistan ordusunda silahlı qarşıdurma: Ölən və yaralananlar var
Düşmən yenə Kəlbəcər və Xocavəndi ATƏŞƏ TUTDU
Erməni terrorunda yaxınlarını itirən uşaq: “Anamın qoxusu üçün darıxıram” + Video
"Qondarma rejimin törətdiyi terror aktlarının qarşısı alınmalıdır" - XİN
Kəlbəcər və Laçında mövqelərimiz ATƏŞƏ TUTULDU
"Ermənistan dərhal təxribata son qoymalıdır" - Çavuşoğlu (YENİLƏNİB)
Düşmənin həlak etdiyi mülki şəxslərin sayı açıqlandı
Qarabağdakı qanunsuz erməni silahlı dəstələri üçün döyüş mövqeləri yaradılır
Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB
Azərbaycan təxribatların qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək - XİN
Türkiyə hərbi təyyarəsini Naxçıvana dəstək üçün göndərdi - GƏLİŞMƏ
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət - MƏTN
- Ağ Evdə gerisayım başladı: ABŞ hökuməti fəaliyyətini dayandıra bilər
- Ağsuda yaşayış evi yandı
- İsmayıllı sakinini bıçaqlayaraq öldürən şəxs SAXLANILDI - YENİLƏNİB
- ABŞ-da "Z" simvolu olan hərbi yük maşınları satışa çıxarıldı
- Kəlbəcərdə şəhid olan əsgərimiz sabah Qusarda dəfn ediləcək - FOTO
- Dünyada qadınların girməsinin qadağan olduğu yeganə yer - FOTO
- Ərdoğan qardaşı oğlunun toyunda - FOTO
- "Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün ayrı-seçkiliyə məruz qalır” - Hikmət Hacıyev
- Türkiyəli fenomenin bacısı SAXLANILDI
- Əlində qumbara partlayan Vətən Müharibəsi iştirakçısı ÖLDÜ -YENİLƏNİB
- Türkiyəli rep ifaçısı qəzaya düşdü: Konserti ləğv olundu
- Dağıstanda azərbaycanlı bədbəxt hadisə nəticəsində həlak olub
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”