"Hazırda dövlət sərhəddində bütün istiqamətlərdə əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir".
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin rəisi, polkovnik-leytenant Avtandil Abbasov deyib.
O bildirib ki, dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə zəruri tədbirlər görülür.
"Bildiririk ki, baş verə biləcək təxribat əməlləri ilə əlaqədar Dövlət Sərhəd Xidməti tərəfindən dərhal adekvat və sərt cavab tədbirləri görüləcək".