Məhkəmə müştəridən pul alıb, avtomobilini sığortalamayan "AtaSığorta” şirkətinin vəzifəli şəxsi barədə qərar verib.
Qaynarinfo-nun məlumatına görə, Nürəli Əhmədov (ad-soyad şərt) əvvəlcədən tanımadığı "AtaSığorta” şirkətində menecer vəzifəsində işləyən 1994-cü il tarixli Bakı sakini Cavid Səmədovdan (ad-şərti soyad) avtomobilinin sığortalanmasını istəyib.
Cavid Səmədov 21 avqust 2023-cü il tarixdə ona avtomobilini sığorta etmək məqsədi ilə "Milliön” aparatı vasitəsi ilə 80 manat məbləğində pul ödətdirib.
Nürəli Əhmədov avtomobilinin sığorta olunduğuna əmin olub və yola çıxıb. Dövlət Yol Polisinin əməkdaşları tərəfindən iki dəfə cərimə edilib. Baş verən hadisə ilə bağlı "AtaSığorta” şirkətinin menecerini məlumatlandırsa da, Cavid Səmədov müştərinin avtomobilini sığorta etməkdən boyun qaçırıb. Nəticədə Nürəli Əhmədov Xətai Rayon Polis İdarəsinə müraciət etməli olub. Polis Cavid Səmədovu saxlayıb və İnzibati Xətlar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində protokol tərtib edərək, işi məhkəməyə göndərib.
Cavid Səmədov məhkəmədə özünü təqsirli bilərək deyib ki, "AtaSığorta” şirkətində menecer vəzifəsində işləyib, 21 avqust 2023-cü il tarixdə tanımdağı şəxsdən avtomobilini sığorta etmək məqsədi ilə "Milliön” aparatı vasitəsi ilə pul alıb. Lakin unutduğu üçün avtomobili sığortalamayıb, daha sonra həmin şəxs ona qarşı aqressiv münasibət sərgiləyib və avtomobil sığortalanmadığı üçün ona cərimə yazıldığını bildirərək barəsində şikayət ərizəsi ilə polisə müraciət edib. Avtomobil sığorta edilmədiyi üçün ümumilikdə vətəndaşa 183 manat dəyərində ziyan dəyib. Cavid Səmədov zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını və zərərçəkənin ona qarşı heç bir şikayət və tələbinin olmadığını detib. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edib.
Nürəli Əhmədov məhkəmə iclasında izahat verərək göstərib ki, 21 avqust 2023-cü il tarixdə "AtaSığorta” şirkətinin işçisinə şəxs avtomobilini sığorta etdirmək məqsədi ilə 80 manat ödəyib, lakin avtomobil sığortalanmayıb, bu səbəbdən də iki dəfə cərimə olunub. O həmçinin ziyanın ödənildiyini və şikayətinin olmadığını deyib.
Məhkəmə tərəflər arasında barışıq əldə olunduğu üçün Cavid Səmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verib.
“AtaSığorta”nın meneceri pul aldı, avtomobili sığortalamadı - Müştəri iki dəfə cərimə edildi
19
sentyabr
18:15

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Atasığorta" növbəti dəfə CƏRİMƏLƏNDİ
“AtaSığorta”da nə baş verir? - Rəhbərlik prokurorluğa müraciət edib
Keçmiş nazirin şirkəti MƏHKƏMƏYƏ VERİLDİ
Daha 3 sığorta şirkəti BAĞLANMA YOLUNDA... - Ziyan içindədirlər...
"Atasığorta" CƏRİMƏLƏNDİ
Sürücülərə ŞAD XƏBƏR - Bu problem həll edildi - VİDEO
“Atəşgah sığorta” yenə də narazılıq yaradır - "İki aydır maşınımı təmir etməkdən imtina edir"
Bu sığorta şirkətinin lisenziyası LƏĞV EDİLDİ
Polisin üzərinə benzin tökən avtoxuliqan həbs edilib - VİDEO
“Xalq Sığorta” şirkəti biznesini itirir? - 7 milyonluq azalma
Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... - GİLEY
Avtomobilini satmaq istəyənlərin NƏZƏRİNƏ: Sığorta tarixçənizi korlaya bilərsiniz
Yol polisi avtomobillə azyaşlını vuraraq ÖLDÜRDÜ
Avtomobilini özü yuyanlar cərimələnəcək
Qanunsuz ov edənlərə 3 minlik cərimə
Ağcabədi sakini özünü yandırıb
Meyxanaçı Cavid Sumqayıtlı azadlıqdan məhrum EDİLDİ
Gədəbəydə Tovuz sakini BIÇAQLANDI
Evlərdən 2 milyonluq oğurluq edən "alpinistlərə" HÖKM OXUNDU
Bu sığorta şirkətləri də bağlanma təhlükəsi ilə üz-üzədir - SİYAHI
Cavid Gül evləndi - FOTO
Pərvin ilk dəfə avtomobilini göstərdi - Video
Bakı sakini hoteldə döyüldü
Azərbaycanda daha bir sığorta şirkəti ləğv olundu
Məşhur şirkət cərimələnə bilər – “Casamia” nədə ittiham olunur?
Məşhur şirkət cərimələnə bilər – “Casamia” nədə ittiham olunur?
Bakıda kişi belinə banka qoymayan arvadını döydü
31 il əvvəl şəhid olan Nurəli Abdullayev dəfn olundu
Vİlayət Eyvazov Cavid Qurbanovun qardaşını yeni vəzifəyə təyin etdi - ƏMR
“Günay Sığorta” üzərində qara buludlar... - TƏFTİŞ OLUNUR
- Səhər ortaya çıxan iki xərçəng ƏLAMƏTİ
- Sabahın hava proqnozu AÇIQLANDI
- Hamiləlikdə qəhvə və siqaretin təsiri
- Tez-tez suşi yeməyin təhlükələri
- İt istedad nümayişi zamanı sahibi ilə "DANIŞDI" - VİDEO
- Futbolçunun məşuqəsi ərinin arvadına xəyanətini AÇIQLADI
- Pişik gürcü mahnısı oxuyub ulduza çevrildi - VİDEO
- Bibər yemək REKORDÇUSU oldu: Hisslərindən DANIŞDI
- Yeni COVID-in əsas xüsusiyyəti: Özünüzü virusdan necə qoruya bilərsiniz?
- Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi
- Rusiyalı aktyor vəfat etdi
- Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilir
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”