“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirildi
8-12-2020, 14:25
102

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirildi

Nazirlər Kabinetinin “Aqroservis” ASC ilə bağlı qərarında dəyişikliklər edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
Həmin Fərmana əsasən, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarını, lizinq yolu ilə satılması istisna olmaqla, kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edən, aqrotexniki xidmətlər göstərən və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsdir.
Qeyd ediləni nəzərə alaraq Nazirlər Kabinetinin Qərarlarına müvafiq dəyişikliklər edilib.

Oxşar xəbərlər

Bu qurumun adı dəyişdirildi
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Əhmədzadəyə bunu heç bağışlamaq olmaz... - VİDEO
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Əsgərovalara məxsus sığorta şirkəti növbədənkənar yığıncaq elan etdi
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Baş Nazirdən yeni QƏRAR
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı QƏRAR
Başqa qurumdan rüşvət üstə çıxarılanları Əhmədzadə vəzifəyə təyin edir
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
İlham Əliyev Şamaxıya pul ayırdı
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
Bir sıra şəhər və rayonda iş fəaliyyəti məhdudlaşdırılır
İnam Kərimov Fermerlər Şurasını topladı
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək
Artur Rəsizadənin verdiyi qərar ləğv edildi
Prezident 700 min ayırdı
Zaqatalada COVID-19-u “məhv edən” icra başçısı koronavirusa yoluxdu - VİDEO
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
İlham Əliyev Qusarla bağlı SƏRƏNCAM
Əliyevdən azad olunan torpaqlarla bağlı mühüm sərəncam – Qərargah yaradıldı
İlham Əliyev fərman imzaladı
Azərbaycan Ordusuna Yardım Fondu yaradılır - Fərman
“Ucar Aqroservis”in işçiləri narazılıq edir - Müraciət...
Aqrar Xidmətlər Agentliyinin ŞÜBHƏLİ TENDERİ... - Rəsmən ləğv olundu
Ermənistanı çörək qıtlığı və bahalaşma gözləyir - Erməni nazir
Nazirlik 1 milyon manatlıq dərman alır