Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prosesdə ifadə verən şahid Sabunçu rayon bələdiyyə sədri bildirib ki, Ruslan Vəliyev ərazidə tikinti aparmaq üçün ona müraciət edib:
“Mən başa saldım ki, bura SOCAR-ın ərazisidir. Tikinti üçün onlardan icazə almaq lazımdır. Vergi ödəyiciləri onlardır. Amma nə Əvəz Zeynallını, nə də Elnur Şükürovu tanımıram”.
Hakim şahidlərdən Orxan Dadaşov və Telman Vəliyev məhkəməyə çağırılsa da, gəlmədiklərini elan edib.
Təqsirləndirilən şəxs Əvəz Zeynallı isə bildirib ki, həmin şəxslərin cinayət işinə heç bir aidiyyəti yoxdur:
“Şahidlərin heç birinin mənim həbsimə aidiyyəti yoxdur. İşə dəxili olan tək adam Elçin Sadıqovdur, onu çağırın məsələni də həll edin. Aidiyyəti olmayan adamları şahid çağırırsınız. Hər prosesdə bir şahid dindirməklə məhkəmə işi hara gedir?. Sizin fikriniz nədir? Belə getsə, 2025- ci ilə qədər burda qalaq? Bu nə biabırçılıqdır?"
Hakim məhkəməyə gəlməyən şəxslərin yenidən çağırılmasını istəyib. Əks-təqdirdə ifadələri elan olunmalıdır.
Daha sonra prosesdə şahid “Yaşıl Mənzərə” MMC-nin icraçı direktoru Əjdər Hüseynov ifadə verib:
"Hövsan qəsəbəsində fəaliyyət göstərirdik. MMC-ni sahibi ayrı adamdı. Oranı satmaq istəyirdik. Salman adlı maklerlə razılaşdıq, başladıq sənədləşməyə. Sənədləşmə prosesində Salman dedi ki, torpağı almaq istəyən Fərid adlı şəxs çıxarış istəyib. Buna görə də 120 min manat lazımdı. Bir müddət sonra Salman məni çağırıb dedi ki, Elnur Şükürov adlı şəxslə danışıb, prosesi 50 min manata həll edir. Mən heç birini də tanımıram".
Əvəz Zeynallı məhkəmə prosesinə etiraz edib. O, hakimə “Siz prokurordan betər olmusuzun” ifadəsini işlədib.
Hakimin xəbərdarlığına məhəl qoyulmayıb. Nəticədə hakim prosesi təxirə salıb.
Proses sentyabrın 29-da davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.
Əvəz Zeynallının məhkəməsində növbəti QALMAQAL
22
sentyabr
16:16

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Əvəz Zeynallının videogörüntüləri hakimlərə niyə verilmədi? – MƏHKƏMƏ
Əvəz Zeynallı məhkəmədə qulağına salfet TIXADI: həyat yoldaşı...
Məhkəmə Əvəz Zeynallını həbsdə saxladı
Əvəz Zeynallının həbs müddəti uzadıldı
Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır
Bloger Əvəz Hafizlini qətlə yetirən şəxsə hökm oxundu
Gecə klubundakı partlayışa görə həbs olunan FHN əməkdaşı azadlığa buraxıldı
Bakıda yarım milyon mənimsəyən direktora AĞIR CƏZA
Baş həkimin cinayət işi üzrə şahidlərdən biri vəfat etdi
"Sədərək Yusif"in oğlunun evi qarət edildi - 803 min manat...
Vüqar Səfərlinin məhkəməsi başladı
Rasim Quliyevin məhkəməsi keçirildi
Rafael Cəbrayılovun cinayət işinə xitam verildi
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Sabiq icra başçısına qarşı terrorda təqsirləndirilən şəxslər bəraət istəyir
Vilyam Hacıyevə 12 il həbs cəzası VERİLDİ
Azərbaycanda şirkət rəhbəri olan qadın 9 il azadlıqdan məhrum edildi
Rövşən Əkbərova HÖKM OXUNDU (YENİLƏNİB)
İlkin Süleymanovun məhkəməsində növbəti şahidlər ifadə verdi
Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək - TƏFƏRRÜAT
Rövşən Əkbərov məhkəmədə son söz dedi
Vəkil Rasim Quliyevə bəraət istədi
Vüqar Səfərli bu gün hakim qarşısına çıxarılacaq
Lombard sahibi məhkəmə zalında həbs edildi
Həbs edilən sabiq icra başçısının məhkəməsi keçirildi
1,5 milyonluq dələduzluq etdiyi deyilən məmur oğluna BƏRAƏT VERİLDİ
"Siyəzən broyler" şirkətində külli miqdarda yeyinti aşkarlandı — MƏHKƏMƏ
Eldar Həsənovun apellyasiya şikayəti üzrə məhkəmə keçirildi
Vilyam Hacıyevdə pnevmaniya aşkar edildi
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- 50 yaşdan sonra necə qidalanmaq lazımdır?
- "Uşaq dünyaya gətirmək qadınların borcudur" - Şimali Koreya lideri
- Məktəblilər Hüseyn Həsənovu görüb üzərinə qaçdılar – VİDEO
- Ermənistan Rusiyanı buna görə məhkəməyə verə bilər
- Ötən ay dövlət sərhədində 5,5 milyon manatlıq qaçaqmal ələ keçib - FOTO
- Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı olan qanun layihəsi dəstəklənməyib
- 8 aylıq körpəsini dənizə atdı - VİDEO
- Qayadan tullanma üzrə dünya rekordunu yenilənib - VİDEO
- Volodimir Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”
- Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
- "Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək" - Zelenski
- Rusiyalı futbol hakimi rüşvət almaqda şübhəli bilinir
- Bakıda bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ
- Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb
- 2024-cü ilin uğurlu rəngləri hansılardır? - Sevinc, enerji, yeni başlanğıclar...
- Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
- Şəkidə 40 yaşlı qadını it dişlədi
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO
- "Bavariya"nın oyunu qara görə təxirə salındı
- Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi