Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakı Böyük Dəbilqə turnirinin qızıl medalını qazanıb.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirinin ikinci yarış günü kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Moldova təmsilçisi Petru Pelivan üzərində qələbə qazanaraq qızıl medal əldə edib.
Bununla da o, 5-ci dəfə Böyük Dəbilqəni qazanıb.