Sürətlə düz qarın əldə etmək istəyirsinizsə, düzgün yemək və bir sıra məşqlər etmək vacibdir. Mütəxəssislər yeməkdə özünüzü məhdudlaşdırmamağı, porsiyaları nəzarətdə saxlamağı və həddindən artıq yeməkdən çəkinməyi tövsiyə edir.
Xarici KİV xəbər verir ki, daha az və tez-tez yemək çox yeməkdən qaçınmağa kömək edə bilər.
Nə qədər yediyinizə nəzarət etmək üçün porsiyalarınızı əvvəlcədən bölün. Tərəvəz, giləmeyvə və göbələk kimi işlənməmiş qidalara üstünlük verilməlidir. Qaragilə, tərkibindəki lif və qida maddələrinə görə xüsusilə faydalıdır. Yulaf əzməsi də yaxşı seçimdir və həmçinin avokadodan əldə edə biləcəyiniz sağlam yağları pəhrizinizə əlavə etməyə dəyər.
Kifayət qədər su içmək arıqlama prosesi üçün son dərəcə vacibdir. Su toksinlərin atılmasında və yağların yandırılmasında əsas rol oynayır. Həmçinin, artan su istehlakı uzun müddət toxluq hissini qorumağa kömək edir.