Vətən müharibəsində şəhid olan mədəniyyət işçiləri
9-12-2020, 13:02
123

Vətən müharibəsində şəhid olan mədəniyyət işçiləri

2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixləri Azərbaycan xalqımızın şan və şərəf salnaməsinə Vətən müharibəsi kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, yenilməz siyasi iradəsi, Azərbaycan Ordusunun rəşadəti, əsgər və zabitlərimizin döyüş meydanında şücaəti sayəsində bu müharibə tarixi zəfərlə başa çatdı. 30 ilə yaxın həsrətində olduğumuz yurd yerlərimiz yağı düşməndən azad olundu, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Qırx dörd gün ərzində cəbhədən gələn xoş xəbərlər, əldə olunan qələbələr harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara yüksək ruh, sonsuz qürur və fəxarət hissləri bəxş etdi, milli həmrəylimizi, xalq-dövlət birliyini daha da möhkəmlətdi. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması və həyata keçirilməsi Ordumuzun şəxsi heyətini əsaslı dərəcədə qorusa da, müharibədə itkilər qaçılmazdır. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu qəhrəmancasına həlak olmuş, yüzlərlə hərbçimiz yaralanıb.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəman oğullarımız sırasında mədəniyyət işçiləri də olmuşdur. Müharibənin ilk günlərindən mədəniyyət müəssisələrində çalışanlar da könüllü ordu sıralarına yazılmış və onlardan 65 nəfəri Vətən müharibəsində iştirak etmişdir. Müxtəlif döyüş bölgələrində qəhrəmanlıq göstərən mədəniyyət işçilərimizdən 6 nəfər, Füzuli rayon 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev, Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev, Gəncə şəhər Nizami Məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov, Göyçay şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov şəhidlik zirvəsinə ucalmışdır.

Vaxtilə Azərbaycan mədəniyyətinə xidmət edən bu igidlər Vətən yolunda canlarından keçərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışlar.
Vətən müharibəsinin şəhidləri arasında mədəniyyət sahəsində çalışan 161 nəfərin yaxın qohumu da var. 6 nəfər mədəniyyət işçimiz döyüşlərdə yaralanaraq savaşdan qazi kimi dönmüşdür.
Vətən torpağının azadlığı kimi müqəddəs amal uğrunda özünü fəda etmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, ailələrinə, yaxınlarına mətanət diləyirik. Yaralı qazilərimizin tezliklə sağalmasını arzulayırıq.
Qarabağ Azərbaycandır!

Oxşar xəbərlər

Azərbaycan şəhidlərinin sayını açıqladı -
“Bütün atılan addımlar bir məqsədi güdürdü ki...” – Ali Baş komandan
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
"Biz öz torpağımızda vuruşuruq" - Prezident
“Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”
Bakıda Vətən müharibəsi memorial kompleksi yaradılacaq - Sərəncam
MN: Vətən müharibəsində 1245 hərbi qulluqçumuz yaralanıb
Ermənistan 10 min hərbçisini itirib - General açıqladı
Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik - İlham Əliyev
Metronun yeni stansiyası "8 Noyabr" adlanacaq - RƏSMİ
Heydər Əliyev Fondu Qarabağdakı dini abidələrimizin bərpasına başlayır
İlham Əliyev milli birliyə necə nail oldu? – Dəmir yumruğun sirri
Bu gün saat 12-də şəhidlərin xatirəsi anılacaq
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
Yeni orden və medallarla bağlı layihə ikinci oxunuşda təsdiqləndi
"Biz istədiyimizə nail olacağıq" - İlham Əliyev
“Optimal Elektronika” MMC-dən Azərbaycan Ordusuna Dəstək!
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Deputat Milli Məclisdə göz yaşlarını saxlaya bilmədi
Akademik Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10000 manat vəsait köçürüb
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir
Paradla bağlı mühüm açıqlama - Müharibədə döyüşən hərbçilər…
Azərbaycan şəhidlərinin tam siyahısı açıqlandı – Rəsmi
“Onlar bizim qəlbimizdə daim yaşayacaq“ - Mehriban Əliyeva
Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir! - Məhərrəm Əliyev
Prezident Vətən Müharibəsində şəhid olanlarla bağlı paylaşım edib
“Şəhid valideynlərinə təşəkkür edirəm ki, belə igidlər yetişdiriblər” - İlham Əliyev
Daha bir Türkiyə şirkəti Azərbaycana yardım göndərib
Beyləqan "komissarı" ittiham olunur - ŞOK İDDİA