Şəhidin "qan pulu"na görə 8 qardaş və bacı üz-üzə gəldi: hamısı öz payını istəyir
19-04-2020, 21:00
212

Şəhidin "qan pulu"na görə 8 qardaş və bacı üz-üzə gəldi: hamısı öz payını istəyir

Azərbaycanda hər kəsi təəccübləndirən daha bir məhkəmə prosesi keçirilir. Bu dəfə şəhidimizin ailə üzvləri arasında şəhidliyə görə verilən "qan pulu" ilə bağlı məhkəmə çəkişməsi gedir.
1994-cü ildə Qarabağ döyüşlərində şəhid olan Ramiz Cuquyevin qardaş və bacıları məhkəmədə üz-üzə gəliblər.
Şəhid Ramiz Cuquyev Tərtər rayon sakini olub, onun ailə üzvləri də hazırda həmin rayonda yaşayırlar.
Xatırladaq ki, uzun illər Qarabağ döyüşlərində şəhid olanların ailə üzvlərinə ediləcək birdəfəlik ödəmə, "qan pulu" ilə bağlı müzakirələr gedirdi. Ötən ildən etibarən həmin birdəfəlik ödəmələrin edilməsinə başlanıldı. Həmin məbləğ 11 min manat təşkil edir.
"Qan pulu" alanlardan biri də şəhid Ramiz Cuquyevin ailə üzvləri olub. Onun atası və anası vəfat edib. Ramiz Cuquyevin 9 bacı və qardaşı var.
Razılığa əsasən həmin məbləğ onlar arasında bölünməli imiş. Bacı və qardaşlar öz aralarında bir nəfər seçərək, ona etibarnamə veriblər. Pul alındıqdan sonra aralarında bölməli imişlər.
5 qardaş və 4 bacı razılaşıblar ki, aralarından Siyavuş Cuquyev həmin pulu alsın. Belə də olub və Siyavuş Cuquyev pulu alıb. Amma problem də elə bundan sonra başlayıb.
Siyavuş Cuquyev aldığı pulu qardaş və bacıları arasında bölməyib. Onlardan sadəcə, bir nəfəri - Mürşüd Cuquyev ona düşən paydan imtina edərək Siyavuş Cuquyevə verib.
Digər 4 bacı və qardaş isə pullarını tələb edərək, məhkəməyə müraciət ediblər. Məhkəmə belə qərar çıxarıb ki, həmin məbləğ onlar arasında bölünməlidir. Qərara əsasən 8800 manat Siyavuş Cuquyevdən alınaraq digər 8 nəfərə 1100 manat olaraq ödənməlidir.
Amma Siyavuş Cuquyev bununla razılaşmır. Deyir ki, bacı və qardaşları ona etibarnamə verəndə pulu istəmirləmiş. Onu da əlavə edir ki, həmin pulu qardaşı Rasim Cuquyevə borc verib. Rasim Cuquyev isə deyir ki, qardaşı Siyavuş yalan danışır. Ona pul verməyib.
Digər bacı və qardaşlar isə deyir ki, Siyavuş Cuquyev onları aldadıb və pulu ələ keçirib.
Siyavuş Cuquyev yuxarı instansiya məhkəmələrinə müraciət edərək, özünün xeyrinə qərar çıxarılmasını istəyir.

Oxşar xəbərlər

Novruz Aslanov şəhidimizin məzarını ziyarət etdi - FOTO
Tovuz döyüşlərində şəhid olan hərbçimizin evi təmir edildi - FOTO
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Salyanda pambıq zavodunun həyətində Rəsulzadənin heykəlinin qapalı qalmasına Ramiz Mehdiyev səbəb olub- İttiham...
Gecə klubu qarşısında mübahisə: Qardaş bacısını öldürdü - Təfərrüat
“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” - Təklif
“Şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur”
“Ramiz Mehdiyev partiyaya necə gəldi heç bilmədik” – Maksim Musayev sirləri açır...
Kamillə Gülayın gizli boşandığı üzə çıxdı - Foto
“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
Xanım sədr kişiləri müdafiəyə qalxdı: - “Qadınlarımız da dinc dayanmırlar”
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Elgiz Əkbər 50 min manat təzminat istəyir - Səbəb
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
Məmurlardan müsadirə olunan əmlakın aqibəti necə olacaq?
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü
Paşinyan və ailə üzvləri koronavirusa yoluxdu
Suriyada türk əsgəri şəhid oldu
İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edildi
"Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
Nazirlikdən xaricdən qarayaxma aparan həmvətənlərimizə ETİRAZ: “Onlar öz etik səviyyələrinə görə...”
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
190 manatlıq yardım prosesi niyə uzanır?
41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi - SƏBƏB