Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salındı
9-12-2020, 14:06
147

Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salındı

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı bir sıra tövsiyələr edilib.
Ali Məhkəmədən verilən məlumata görə, tövsiyələr aşağıdakılardır:
Sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi haqqında materiallar; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlər; zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər; bəzi kateqoriya üzrə inzibati xətalara dair işlər, iddianın təmini tədbirləri və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələr, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat və icra icraatı işləri) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin;
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilsin;
Məhkəməyədək sadələşmiş icraat materialları və cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin, Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və icraatda olan xüsusi ittiham qaydasında şikayət üzrə materiallara baxılsın;
Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;
Vətəndaşların qəbulu dayandırdığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilsin.

Oxşar xəbərlər

Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
Bakı, Sumqayıt və Abşeron ərazisində həftəsonu repetitor xidməti fəaliyyət göstərməyəcək
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ
Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi
Bu şəxslərə 190 manat yenidən veriləcək - RƏSMİ
Xüsusi karantin qaydaları bu gündən qüvvəyə minib
Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verdi
Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
Bərbərxana və gözəllik salonları da işləməyəcək - RƏSMİ
ÜST-ün karantin rejimlərinin ləğvi ilə bağlı açıqlaması təhrif edilib
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
Qubada reyd keçirilib
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək qədər uzadıldı
SMS icazə sistemi bərpa edildi
Həbsdəki sabiq icra başçısı koronavirusa yoluxdu
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
İri ticarət mərkəzləri sentyabrın 30-dək bağlı qalacaq
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
Ev dustaqlığına buraxılan məşhurlara belə nəzarət edilir
Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!