İmmuniteti gücləndirən ən yaxşı ədviyyat məlum olub. 
Ədviyyat kilo verməyə çox kömək edir. Yəni onlar təkcə yeməyin dadlı olmasında deyi, həm də sağlamlığınızda böyük rol oynayır. Bu baxımdan diqqət çəkən bir ədviyyat var, o da acı bibərdir.
Məlumata görə, acı bibər immunitet sistemini gücləndirən antioksidant olan C vitamini ilə zəngindir. Sadəcə bir çay qaşığı acı bibərdə təxminən 1 mq C vitamini var.
Bundan əlavə, acı bibərin tərkibində oksidləşdirici stresslə mübarizə aparan antiinflamatuar birləşmə olan kapsaisin var. O, həmçinin maddələr mübadiləsi sürətinizi artıraraq arıqlamağa kömək edə bilər.
Acı bibəri daha çox makaron, güveç, şorba, qovrulmuş tərəvəz və ya qızardılmış ətin üzərinə səpin. Siz hətta popkorn və qoz-fındıq kimi qəlyanaltılara da acı bibər tökməklə, onlara xüsusi dad verə bilərsiniz. 
Ancaq xatırlamaq lazımdır ki, acı bibəri də miqdarında yemək lazımdır. Diyetoloqlar bildirir ki, əhəmiyyətli dərəcədə arıqlamaq və daha güclü immunitet sistemi üçün balanslaşdırılmış pəhriz, idman və yaxşı vərdişləri özündə birləşdirən sağlam həyat tərzi ilə tamamlanmalıdır.